Van Deyk “Liverpul”dan ayrılmaq ehtimalından danışdı
Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.
“Liverpul”un kapitanı, 36 yaşlı Vircil van Deyk klubla müqaviləsinin başa çatmasına görə narahatlıq keçirmədiyini açıqlayıb.
İdman.Biz xəbər verir ki, niderlandlı müdafiəçi futbol oynamağa davam etmək istədiyini deyib:
“Özümü yaxşı hiss edirəm, amma hazırda söhbət məndən getmir. Baxarıq. Heç bir panika yaşamıram. Oynamağa və hazırda gördüyüm işi davam etdirməyə can atıram”.
Van Deyk “Liverpul”da qalmaqla yanaşı, karyerasını başqa klubda davam etdirmək ehtimalına da toxunub:
“Bu mövsümün nələr gətirəcəyini görəcəyik. Burada indiyədək möhtəşəm vaxt keçirmişəm. Əməkdaşlığımız davam etsə, elə də olacaq. Əks halda, başqa yerə gedəcəyəm. Hazırda heç bir yenilik yoxdur, amma bu, stress keçirdiyim və ya buna bənzər bir vəziyyətdə olduğum anlamına gəlmir”.
Qeyd edək ki, Van Deyk 2018-ci ilin yanvarında “Liverpul”a keçib. Müdafiəçi 2025-ci ilin aprelində klubla müqaviləsini iki il müddətinə uzadıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 10 Noyabr 2026 18:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















