Icma.az
close
up
RU
“Putin öz imperiya arzularının girovuna çevrilib“ Britaniya kəşfiyyatı

“Putin öz imperiya arzularının girovuna çevrilib“ Britaniya kəşfiyyatı

Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.

"Rusiya vaxt qazanmağa çalışır, amma bu, yalnız onun tənəzzülünü sürətləndirir..."

Böyük Britaniyanın MI6 xarici kəşfiyyat xidmətinin  rəhbəri Riçard Mur açıq şəkildə bəyan edib ki, Vladimir Putinin Ukrayna ilə real sülh danışıqlarında maraqlı olduğuna dair "heç bir sübut yoxdur".

Moderator.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

"Putin düşündüyündən daha çətin işə girişib"

Məlumatda deyilir ki, İstambulda çıxış edən Murun sözlərinə görə, Kreml yalnız Ukraynanın kapitulyasiyası ssenarisini qəbul etməyə hazırdır, digər variantlar isə Moskva üçün mövcud deyil. Mur xatırladıb ki, Putin müharibəni asan qələbə kimi planlaşdırıb, lakin Ukrayna xalqını ciddi şəkildə qiymətləndirməyib.

"O, imperiya iradəsini bütün mövcud vasitələrlə zorla qəbul etdirmək istəyir. Amma bu, alınmır. Açığı, Putin dişləyə biləcəyindən daha çox tikə götürüb. O, öz gücünü, Ukraynanın isə iradəsini yanlış hesablayıb". MI6 rəhbəri qeyd edib ki, Putin ölkəsinin gələcəyini şəxsi mirası və "saxtalaşdırılmış tarixi vizionu" naminə qurban verir. Müharibə isə əksinə, Rusiyanın iqtisadi və siyasi tənəzzülünü daha da sürətləndirir.

"Putin həm dünyaya, həm öz xalqına, həm də özünə yalan danışır"

Britaniya kəşfiyyat rəhbəri sərt ifadələrlə çıxış edib: "Putin dünyanı inandırmağa çalışır ki, Rusiyanın qələbəsi qaçılmazdır. Amma bu, yalandır. O, dünyaya yalan danışır. O, öz xalqına yalan danışır. Ola bilsin ki, hətta özünə də yalan danışır". Mur əlavə edib ki, Moskva diplomatiya adı altında imitasiya oyunları oynayır. Danışıqlar görüntüsü yaradılır, sonra isə məsuliyyətin Ukraynanın üzərinə atılması Kremlin əsas taktikasıdır.

Kəşfiyyat müharibəsinin yeni mərhələsi

Mur eyni zamanda diqqətçəkən açıqlama da verib: MI6 artıq "darknet" üzərindən rusiyalı potensial məlumatçıların ələ alınması üçün xüsusi portal açır. Britaniya kəşfiyyatı yaxın vaxtlarda rəsmi "YouTube" kanalında təlimat xarakterli video da dərc edəcək ki, Rusiyadan olan şəxslər təhlükəsiz şəkildə məlumat ötürə bilsinlər. Bu addım göstərir ki, Qərb artıq yalnız hərbi və iqtisadi sahədə deyil, həm də kəşfiyyat müstəvisində Moskva ilə açıq qarşıdurmaya gedir.

Sülh danışıqları barədə beynəlxalq baxış

Müharibənin siyasi həlli mövzusunda digər nüfuzlu şəxslər də çıxış edib. Məsələn, Münhen Təhlükəsizlik Konfransının keçmiş rəhbəri Volfqanq İşinger bildirib ki, "danışıqlar hələ faktiki başlamayıb, amma gec-tez başlanacaq". Onun fikrincə, bu yol uzun və ağır olacaq.

Ukraynanın Hərbi Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov isə əlavə edib: "Rusiya təmsilçiləri daim danışıqlara hazır olduğunu göstərir,  əslində isə məqsəd - prosesi pozmaq və sonra günahı Ukraynanın üzərinə atmaqdır. Reallığı saxtalaşdırmaq və məsuliyyətdən qaçmaq onların klassik taktikasıdır".

Kremlin müharibəni dayandırmaq niyyətində olmadığı artıq Qərbdə də qəti fakt kimi qəbul edilir. Putin diplomatiyanı yalnız zaman qazanmaq, daxildə təbliğat aparmaq və Qərbin dəstəyini sarsıtmaq üçün istifadə edir.

Lakin MI6 rəhbərinin də dediyi kimi, bu strategiya Rusiya üçün "çeynənməsi mümkün olmayan tikədir". Ukraynanın müqaviməti və Qərbin sabit dəstəyi Putinin imperiya planlarını təkcə iflasa uğratmır, həm də Rusiyanın özünü sürətlə zəiflədir. Beləliklə, Kreml hələ də illüziyaların əsiridir, amma dünya getdikcə daha açıq şəkildə anlayır ki, Moskva yalnız güc qarşısında güzəştə gedə bilər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://moderator.az
archiveBu xəbər 19 Sentyabr 2025 17:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri