Icma.az
close
up
RU
Putin Paşinyandan qisas alacaq: Kreml Ermənistanda yeni liderlər meydana çıxaracaq

Putin Paşinyandan qisas alacaq: Kreml Ermənistanda yeni liderlər meydana çıxaracaq

Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

Qarabağı könüllü tərk etmiş ermənilər İrəvanda toplantı keçirərək Ermənistan hökumətini küçə döyüşləri ilə təhdid ediblər.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə özünü "Artsax Vətəndaşlarının Hüquqlarını Müdafiə Şurası" adlandıran qondarma qurumun bəyanatında qeyd olunub. Şuranın toplantısında öncə Qarabağdan könüllü köçən ermənilərin sosial problemləri və onların həlli yollarından bəhs olunub. Onlar hökumətdən mənzil, pul tələb ediblər: "Tələbimiz yerinə yetirilməsə, hər an küçə döyüşlərinə qayıda və daha sərt addımlar ata bilərik".

Deputat Naqif Həmzəyev Bakıvaxtı.az-a açıqlamasında deyib ki, Rusiya vaxtı gələndə Ermənistandan, Paşinyan hökumətindən ikili mövqe sərgilədiklərinə görə qisas alacaq.

Deputat vurğulayıb ki, xüsusilə 2026-cı il Ermənistanda parlament seçkilərinin yaxınlaşmasını nəzərə alsaq, müxalif qüvvələri, Rusiyaya bağlı dairələri daha da aktivləşdirib:

"İrəvan küçələrində baş verənləri də onlar idarə edirlər. Məsələnin bir tərəfi odur ki, Qarabağdan könüllü gedən erməniləri kənd yerlərinə yerləşdirmək istəyirdilər. Amma torpaqlarımızı öz istəkləri ilə tərk edən ermənilər sərhəd kəndlərində yaşamaqdan imtina edirlər. Çünki düşünürlər ki, bir müddət sonra həmin bölgələrdən də çıxmaq məcburiyyətində qala bilərlər. Ona görə də paytaxta yaxın ərazilərdə ev istəyirlər, özlərinə şərait qurulması tələbi ilə çıxış edirlər”.

Onun sözlərinə görə, ancaq məsələnin digər mühüm tərəfi odur ki, revanşist qüvvələr daim Qarabağdan könüllü gedən erməni məsələsindən öz məqsədləri üçün istifadə edəcəklər. Həmin ermənilər də revanşistlər üçün alətdir. Seçkiyə qədər prosesləri gərginləşdirmək, müxalifəti ayağa qaldırmaq niyyəti güdürlər. Paşinyan hökuməti çalışmalıdır ki, bu kateqoriyadan olan insanları zərərsizləşdirsin.

Naqif Həmzəyev: Ermənistanda Rusiyaya bağlı dairələr daha da aktivləşib

Müsahibimiz bildirib ki, Ermənistanın daxili auditoriyasında çox fərqli proseslər həyata keçilir:

"Paşinyan bugünədək bacardığı qədər liberal siyasət həyata keçirməyə çalışıb. Xalqla açıq danışmaqla mövcud problemləri ictimaiyyətin diqqətinə çatdırıb. Lakin Baş nazir son dönəmlərdə revanşistlərə qarşı sərt addımlar atmaqdan çəkinmir. Çünki əks təqdirdə 2026-cı ildəki seçkilərin çox ağır olacağının fərqindədir. Rusiyanın dəstəklədiyi qüvvələr - Sarkisyan və Köçəryan 2026-cı il seçkilərində müxalifəti öz ətrafında cəmləşdirə bilməyəcək. Onların özünə qarşı müxalifətdə xeyli dairələr var. Çünki Ermənistanı bu vəziyyətə onlar salıb. Rusiya yaxın dönəmdə erməni müxalifətini öz ətrafında toplamaq gücündə olan yeni liderlər meydana çıxaracaq".

Aydın Baxış

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:56
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 05 May 2025 14:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see273

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see196

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see188

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see183

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see163

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see158

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see158

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see154

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see146

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see144

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see134

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see134

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see133

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see133

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see130

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see126

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri