Icma.az
close
up
RU
Paşinyandan gözlənilməz addım: Ermənistanda 10 yeni məscid tikiləcək

Paşinyandan gözlənilməz addım: Ermənistanda 10 yeni məscid tikiləcək

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyə ilə münasibətlərin normallaşması çərçivəsində ölkə daxilində on yeni məscid tikmək üçün bir prosesə başladığı bildirilir. 

“Cebheinfo.az” xəbər verir ki, məscidlərdən beşi Türkiyə sərhədinə yaxın bölgələrdə, digər beşi isə böyük şəhərlərdə tikiləcək. 

Layihənin iki ölkə arasında mədəni və dini əlaqələri gücləndirəcəyi gözlənilir.Ermənistan hakimiyyətinə yaxın mənbələr layihənin Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən dəstəkləndiyini iddia edirlər. Ərdoğanın bu təşəbbüsü iki ölkə arasında əlaqələri gücləndirmək üçün fürsət kimi gördüyü bildirilir.

Əhalinin təxminən 98 faizi xristian olan Ermənistanda Paşinyan layihəni qəbul etdiyi və hətta Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi vasitəsilə maliyyələşdirildiyi bildirilir. Yeni məscidlərin tikintisinə dekabrın əvvəlində başlanacağı gözlənilir. Hazırda Ermənistanda fəaliyyət göstərən yeganə məscid İrəvanda yerləşən 18-ci əsrə aid Hüseynəli xan məscididir (“Göy məscid”).

Qeyd edək ki, Ermənistanda 10 məscidin inşası yalnz Türkiyə ilə deyil, həm Azərbaycanla münasibətlərin normallaşması baxmından müsbət təşəbbüs hesab edilə bilər. Çünki 1988-ci ildən başlayaraq, Azərbaycan xalqına qarşı etnik və dini zəmində etnik təmizləmə və soyqırım siyasəti həyata keçirilib. Ermənilərdə islamafob siyasəti Azərbaycan ərazisindəki məscidlərin dağıdılmasına, tövlə kimi istifadə edilməsinə səbəb olub.

1988-1989-cu illərdə azərbaycanlıların kütləvi deportasiyasından sonra Ermənistanda çox az sayda müsəlman əhali qalıb.Ermənistandakı müsəlmanların sayı barədə sonuncu statistika 2011-ci ilə aiddir. Həmin göstəriciyə görə, Ermənistanda cəmi 812 nəfər müsəlman yaşayıb. Ona görə də Ermənistanda yeni məscidlərin inşası islamafob düşüncə tərzinin aradan qalxması baxımından müsbət hadisədir. 

Ancaq inşa ediləcək məscidlərin sayı müsəlman əhalinin sayı ilə uyğun gəlmir. Əgər Qərbi azərbaycanlılar öz dogma yurdlarına qayıdarsa, o halda Ermənistanda müsəlman əhalinin sayı  sürətlə arta bilər. Nikol Paşinyanın müsəlman azərbaycanlıların Ermənistana qayıdışına razılıq vermədiyi fonunda məscidlər tikdirməsi reallıqla bir araya sığmır.

İşğal dövründə Ermənistanda Azərbaycanın dini-mədəni irsi məhv edilib. Yeni məscid inşa etməzdən öncə dağıdılmış abidələri bərpa etmək daha məqsəduyğun olardı. İrəvan şəhərinin mərkəzindəki “Göy məscid”in adı dəyişdirilərək “İran məscidi” qoyulub.

Paşinyan dini müstəvidə Azərbaycanla münasibətləri qaydaya salmaq üçün ölkədə məscidlər tikdirməklə yanaşı, ilk növbədə, “Göy məscid”in adını özünə qaytarsa, daha tolerant və sülhsevər addım olar.

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Açar sözlər: Paşinyan qərar

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:266
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 15 Noyabr 2025 13:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri