Putin Paşinyanla görüş üçün şərt irəli sürüb? Səfirdən açıqlama
Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.
Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin arasında görüş üçün ilkin şərtlər irəli sürülməsi ilə bağlı məlumatları təkzib edib.
"AzPolitika" Oxu.az-a istinadla xəbər verir ki, bu barədə Sergey Kopırkin Ermənistanın İctimai Radiosuna verdiyi müsahibədə danışıb.
Jurnalist ona İrəvanın "Rosatom"un respublikada yeni atom elektrik stansiyası (AES) tikməsinə qərar verəcəyi və ya Ermənistan dəmiryollarının idarə olunması üzrə Rusiyanın konsessiyasının davam etdirilməsi lehinə müsbət dəyişiklik olacağı təqdirdə görüşün baş tuta biləcəyinə dair sual ünvanlayıb.
"Mən belə bir ssenaridən xəbərsizəm. Bildiyim qədərilə, bu görüş üçün heç bir ilkin şərt irəli sürülməyib", - deyə Kopırkin sualı cavablandırıb.
Xatırladaq ki, Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) sammiti çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanla danışıqlardan sonra Rusiya Prezidenti Vladimir Putin onu iki ölkə arasında qarşılıqlı əlaqələrin konkret məsələlərini müzakirə etmək üçün Moskvaya dəvət etdiyini bildirmişdi.
Eyni zamanda, oktyabrın əvvəlində Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan etmişdi ki, Paşinyanın Moskvaya səfərinin dəqiq tarixi hələ müəyyən edilməyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 09 Noyabr 2026 15:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















