Icma.az
close
up
RU
Putin “Poseydon” və “Burevestnik” layihələrinin müəlliflərini mükafatlandırdı “Effektliliyi şübhə doğirur...”

Putin “Poseydon” və “Burevestnik” layihələrinin müəlliflərini mükafatlandırdı “Effektliliyi şübhə doğirur...”

Azpolitika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Rusiya Prezidenti Vladimir Putin noyabrın 4-də Kremldəki mərasimdə nüvə silahı proqramlarının mühüm layihələrinin – pilotsuz sualtı aparatı “Poseydon” və nüvə mühərrikli qanadlı raket “Burevestnik”in yaradıcılarını mükafatlandırıb.

Kremlin rəsmi saytında kimin və hansı ordenlərlə təltif olunduğu açıqlanmasa da, Putin bu silah sistemlərini “XXI əsr üçün tarixi əhəmiyyət daşıyan layihələr” adlandırıb. Onun sözlərinə görə, Rusiya digər nüvə dövlətləri kimi öz potensialını inkişaf etdirməkdə davam edir, lakin “heç kimə təhdid yaratmır”.

Putin qeyd edib ki, “Burevestnik” raketinin reaktorunun işə salınması cəmi bir neçə dəqiqə çəkir və layihə zamanı əldə edilən texnologiyalar gələcəkdə mülki sahələrdə — rabitə sistemlərindən tutmuş güclü kompüterlərə və hətta Ayda perspektiv stansiyanın yaradılmasına qədər — tətbiq edilə bilər.

Rusiya lideri həmçinin bildirib ki, bu il ağır qitələrarası “Sarmat” raketi sınaq-əməliyyat növbətçiliyinə qəbul ediləcək, gələn ildən isə tam döyüş növbətçiliyinə keçəcək. Bundan əlavə, orta mənzilli “Oreşnik” raket kompleksinin seriyalı istehsalına başlanıldığı elan olunub.

Hərbi ekspertlər və analitiklər bildirirlər ki, “Burevestnik” layihəsi texniki baxımdan unikal elan edilsə də, onun uğurlu sınaqları barədə iddialar şübhə doğurur. Müstəqil mənbələrdən sınaqların uğurla keçirildiyinə dair təsdiq yoxdur. Eyni zamanda, mütəxəssislər bu proqramları Kreml üçün daha çox siyasi təsir aləti kimi qiymətləndirirlər. “Sarmat” raketinin sınaqları zamanı bir sıra uğursuzluqların baş verməsi də sistemin etibarlılığına dair suallar doğurur.

"AzPolitika.info"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 05 Noyabr 2025 15:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hikmət Babaoğlu: Ruben Vardanyanın ömürlük həbs cəzasına məhkum edilməsi çox ədalətli qərar olar

19 Dekabr 2025 20:44see252

Burak Yılmaz 4 gün əvvəl ayrıldığı kluba qayıtdı RƏSMİ

19 Dekabr 2025 18:56see240

Elm və musiqi eyni səhnədə: NDU nun dəvəti ilə Umut Yıldız Naxçıvanda

19 Dekabr 2025 11:28see234

Nazirlik Qarabağ Toxum şirkətində maliyyə nöqsanı AŞKARLADI

20 Dekabr 2025 16:33see209

“Azərbaycanın bank sistemi Ermənistanın bank sistemi ilə müqayisədə zəifdir” DEPUTAT

19 Dekabr 2025 14:13see176

Avtomobil nəhəngi 37 min avtomobili geri çağırır

20 Dekabr 2025 11:09see157

Azərbaycanda Balıqçılıq haqqında yeni qanun qəbul olunacaq

19 Dekabr 2025 11:26see156

FT: “AK nin təşəbbüsünün qatili Corca Meloni olub”

19 Dekabr 2025 15:39see152

Çexiya təşəbbüsü davam edəcək...

20 Dekabr 2025 04:22see147

Türkiyə Super Liqası: Antalyaspor səfərdən xalsız döndü

20 Dekabr 2025 02:06see146

Məhkəmə Hüquq Şurasının nümayəndə heyəti Albaniyada təcrübə səfərində olub

19 Dekabr 2025 18:52see144

Ərzaq bazarında qiymət artımı inflyasiyanı necə üstələyir?

20 Dekabr 2025 11:53see142

Fotoqraflar nadir qurbağaların ölümünə səbəb oldular FOTO

19 Dekabr 2025 18:05see141

Neftçi Yevlaxa yola düşdü

19 Dekabr 2025 19:11see139

Zelenski istedadlı sənətkardır Putindən həmin videoya münasibət

19 Dekabr 2025 13:59see138

Özbəkistan Azərbaycanla tarixi filmlər istehsalına başlayır “Dirik tarix” layihəsi

19 Dekabr 2025 17:14see137

La Liqa: “Valensiya” və “Malyorka” sülhlə ayrılıblar

20 Dekabr 2025 02:06see135

KİV: Pentaqon ardıcıl səkkizinci ildir KONKRET

20 Dekabr 2025 00:35see135

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see135

Saçların daha sürətli uzanmasını təmin edən TƏBİİ YAĞLAR

20 Dekabr 2025 02:36see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri