Icma.az
close
up
RU
Putin qələbəni necə nüfuzdan salır... Qırmızı Meydanda təkadamlıq PARAD

Putin qələbəni necə nüfuzdan salır... Qırmızı Meydanda təkadamlıq PARAD

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Rusiya Prezidenti Vladimir Putin uzun illərdir İkinci Dünya müharibəsində qazanılan qələbəni şəxsi siyasi mirası kimi təqdim edir. O, tarixi hadisəni yalnız Rusiya Federasiyasının zəfəri kimi qabardır, müharibədə iştirak edən digər Sovet xalqlarını, həmçinin anti-Hitler koalisiyasındakı digər ölkələrin rolunu ya görməzliyə vurur, ya da bilərəkdən arxa plana keçirir.

Kreml üçün 9 May sadəcə tarixi hadisə deyil, həm də daxili təbliğatın mərkəzi simvoludur – xalqı "böyük qələbə" ətrafında səfərbər etmək, düşmən obrazı yaratmaq və sistemin legitimliyini möhkəmləndirmək vasitəsidir.

Avropada Qələbə Günü mayın 8-də qeyd olunur. Səbəbi sadədir – Almaniya 1945-ci ildə imzalanmış təslim aktı Berlin vaxtı ilə 8 may axşamı qüvvəyə minib. Lakin Moskva bu tarixi dəyişərək öz vaxt qurşağına uyğun mayın  9-a keçirib və illərdir bu günü özünəməxsus ideoloji yüklə müşayiət edir. Hərbi paradlar, təntənəli çıxışlar – hamısı bir məqsədə xidmət edir: keçmişin qələbəsini indiki hakimiyyətin güc nümayişinə çevirmək.

Amma bu il keçirilən paradın fonunda Kremlin yaratmağa çalışdığı "böyük mənzərə" çat verir. Qırmızı Meydan əvvəlki illərlə müqayisədə daha tənhadır. Paradın 80 illiyi kimi simvolik və önəmli ildönümündə iştirak edən liderlərin sayı əvvəlki təntənəli illərlə müqayisədə kəskin azalıb.

Xatırladaq ki, 1995-ci ildə – müharibənin 50 illiyində – Moskvaya 56 dövlət başçısı və BMT-nin baş katibi qatılmışdı. ABŞ prezidenti Bill Klinton, Fransa prezidenti Fransua Mitteran, Çin lideri Ciang Zemin, Almaniya kansleri Helmut Kol və digərləri bu tarixi günü birlikdə qeyd etmişdilər. 2005-ci ildə isə bu rəqəm 50-dən çox idi – ABŞ prezidenti Corc Buş, Fransa prezidenti Jak Şirak və digər dünya liderləri yüksək səviyyəli qonaqlar sırasında idi.

İlk çatlar 2015-ci ildə artıq görünürdü – dəvət olunmuş 68 liderdən cəmi 26-sı Moskvaya gəlmişdi. Və nəhayət, 2025-ci ildə – müharibənin 80-ci ildönümündə – vəziyyət dramatik şəkildə dəyişib. Parad bir vaxtlar olduğu kimi dünya liderlərinin toplaşdığı diplomatik və tarixi hadisə deyil – bu gün Moskva səhnəsində yalnız bir neçə "dost" ölkənin rəhbərləri yer alıb. Nə Qərbin aparıcı liderləri, nə də Yaponiyanın, Cənubi Koreyanın və Kanadanın nümayəndələri tədbirə qatılmayıblar.

Putinin illərlə formalaşdırdığı "qələbə kultu" indi onun təkəbbürlə qurduğu beynəlxalq imicinin nə qədər çökmüş olduğunu göstərir. Ukrayna müharibəsi, beynəlxalq təcrid, sanksiyalar və Rusiyanın geosiyasi sabitliyini itirməsi nəticəsində, 9 May paradı daha çox nostalji xarakterli daxili tədbirə çevrilib. Hərbi texnikaların yeriməsi artıq güc nümayişindən çox, keçmişin qalıqlarına bənzəyir.

Qələbə gününü öz mülkiyyətinə çevirmək cəhdi Putini bu simvolun əsirinə çevirib. İndi artıq dünya liderləri Qırmızı Meydana gəlmirlər – bu həm Rusiya diplomatiyasının uğursuzluğunun, həm də Putin dövrünün ideoloji tənəzzülünün simvoludur.

Elnur Əmirov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://modern.az
archiveBu xəbər 09 May 2025 12:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see223

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see187

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see164

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see158

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see158

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see156

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see150

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see149

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see148

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see142

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see137

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see136

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see135

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see133

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see132

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see132

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see132

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see132

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see129

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri