VƏTƏN MÜHARİBƏSİNDƏ TİBB PERSONALININ SAYI VƏ TƏRKİBİ Ağ xalatlı qəhrəmanlar
Azpolitika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Zülfüqar Məhərrəmov
e-poçt: [email protected]
2020-ci il ikinci ildənötən beş il ərzində istər yerli istərsə də müxtəlif xarici kütləvi informasiya vasitələrində ikinci Qarabag müharibəsi haqqında bir çox yazılar dərc olunmuşdur.
Müharibənin aparılması diplomatik, ideoloji hazırlıqdan başqa ölkənin iqtisadi və hərbi hazırlığını, elmi potensialının da səfərbər olunmasını tələb edir. Çünki müharibə çox böyük miqyaslı sosial hadisə olduğu üçün onun aparılması da böyük miqyasda güc, qüvvə və potensial tələb edir[1].
Burada kimin strateji resursu çoxdursa, o qalib gəlir.Bunun üçün Azərbaycanın nəhəng iqtisadi potensialı, əhalisi,səhiyyəsi, diplomatik resursları və güclü ordusu var
Təkcə onu demək kifayətdir ki, bu müharibədə 10 min həkim və tibb işçiləri ordusu döyüş bölgəsində və arxa cəbhədə çalıçaraq şücaət, misilsiz iradə və humanizm möcüzələri göstərdilər.Hərbi həkimlər yüzlərlə əsgər və zabiti döyüş sıralarına qaytardılar.Döyüş meydanında,düşmən atəşi altında tibbi yardım göstərir, şərait tələb etdikdə özləri də döyüşçü olub,başqalarını da sürüyərək atəş altından çıxarırdılar.Döyüş əməliyyatları zamanı döyüş meydanlarında 3 minə yaxın insan həyatını itirdi 11 mindən çox insan əlil qaldı.Qələbə ilə qayıdan əsgər və zabitlərimizin çoxu həkimlərin fədakar əməyi sayəsində sag qalıb mülki işlərinə qayıtdılar.
Azərbaycan cəmiyyətində hazırda müharibənin nəticələri, Azərbaycanın zəfəri müzakirə olunur.Bu, milli şüurumuz üçün yeni bir başlanğıcdır.Bir mübarizədə haqlı olmaq işin onda biridir, əsas məsələ bu haqqı mədəniyyətə daşıya bilməkdir. Dünyanın bütün əzilən xalqları öz haqlarını mədəniyyətə daşıya bilməyən xalqlarıdır. Biz bu məsələni hərbi-siyasi səviyyədən tarixi-mədəni səviyyəyə daşımağı bacarmalıyıq.
Müharibə ərəfəsində səhiyyənin vəziyyəti.
Səhiyyəyə ayrılan büdcə vəsaiti son 10 il әrzində 10 dәfədən çox artıb. Bu dövrdə böyük әksəriyyəti respublikanın bölgәlәrində olan 500-dәn artıq tibb müәssisəsinin tikintisi və ya әsaslı tәmiri hәyata keçirilib, tibb müəssisәlәrinin hamısı müasir texnika və avadanlıqla tәchiz olunub.Bu dövrdə səhiyyə sahəsinə dövlət tərəfindən ayrılan vəsaitin həcmi 11 dəfə artıb. Azərbaycanda ötən 10 ilə yaxın dövr ərzində iqtisadi irəliləyiş, dövlətin iqtisadi potensialının artması ölkədə səhiyyənin inkişafına və əhalinin sağlamlığının qorunması problemlərinin davamlı həllinə nail olmağa imkan yaradıb. Ölkə rəhbərliyi tərəfindən müəyyən edilən uzunmüddətli inkişaf strategiyasının mühüm istiqamətlərindən biri kimi səhiyyənin inkişafını, əhalinin dünya strandartlarına uyğun tibbi yardımla təmin olunmasını təmin etmək üçün genişmiqyaslı islahatlar həyata keçirilir. Bu sahəyə hər il böyük həcmdə investisiyalar yatırılmaqdadır. Səhiyyə sistemi dövlət büdcəsindən böyük xərclər tələb edən sosial sahə olduğuna görə bu sahədə irimiqyaslı islahatların aparılması, xəstəxanaların yenidən qurulması, onların ən müasir tibb avadanlıqları ilə təchiz olunması, yeni müalicə-diaqnostika mərkəzlərinin tikintisi üçün dövlətin iqtisadi imkanlarının genişlənməsi zəruri idi. Bu baxımdan Azərbaycanda səhiyyə islahatları ölkə iqtisadiyyatında sürətli inkişafın başlaması ilə parallel olaraq 2004-cü ildən etibarən daha da genişlənib. Səhiyyə sistemində həyata keçirilən islahatların uğurla nəticələnməsi üçün inkişaf etmiş ölkələrin təcrübəsi ilə tanışlıq, Azərbaycanın səhiyyə idarə və müəssisələrinin müxtəlif beynəlxalq təşkilatlarla əməkdaşlığı mühüm əhəmiyyət kəsb edir [2]
Tibb işçilərinin sayı və tərkibinin dinamikası.
Ikinci Qarabag müharibəsi dövründə cəbhəyanı bölgələr tibb işçilərinin çatışmamazlıgından əziyyət çəkməyib.Cədvəl-1 və Cədvəl2-dən göründüyü kimi həm həkimlər həm də orta tibb kadrları lazımı səviyyədə olmuşlar.Həkimlərin ümumi sayında ən çox terapevtlər,cərrahlar, pediatrlar, orta tibb kadrlarından isə tibb bacıları, feldşerlər digər sahələrə nisbətən daha dolgun komplektləşdirilmişdir.2020-ci ilin əvvəlinə ölkədə 31800 həkim fəaliyyət göstərib.Onlardan 21 mini qadın 10800-ü kişidir.Həkimlərin 26800 nəfəri dövlət , 5 min nəfəri isə qeyri-dövlət müəssisələrində çalışır[3].
Tibb heyyətinin tərkibindən danışarkən qeyd etmək olar ki, hətta dar ixtisaslar üzrə həkimlərin sayında (məs, oftalmoloqlar, nevropotoloqlar və s) təminat kifayət qədərdir. Cədvəldən göründüyü kimi həkimlər və tibb işçiləri ilə təminat kifayət qədərdir.
Şəkil1.2019-2021-ci illərdə həkim heyyətinin və orta tibb işçilərinin dinamikası.
Müharibə başlayan gündən Milli orduya tibb işçilərinin səfərbərliyi hərbi xəstəxanalarda və səhra qospitallarında işləmək üçün işə qəbul əhəmiyyətli şəkildə artmışdır.
Sentyabrın 27-ə cəbhəyanı ərazilərin tibb məntəqələrinin kadrları kifayət qədər idi və 90-100%arası dəyişirdi.Tibb heyətinin tərkibindən danışarkən onun geniş spektirdə oldugunu, hətta dar ixtisaslı həkimlərin- oftalmoloqlar, onkoloqlar, nevropatoloqların təmsil etdiklərini görürük.Bölgədəki həkimlərin ümumi sayının coxu, cərrahlar, terapevtlər və pediatrlar olmuşlar.Müqayisə üçün deyək ki, Azərbaycanın başqa bölgələrində tibb işçilərinin kadrlarla təminatı hər 10.000 nəfərə həkimlər 32 nəfər, orta tibb işçiləri isə 55.9 nəfər olmuşdur[4].
Müharibə dövründə səhiyyə xidmətinin vəzifələri.
Prezident İlham Əliyev Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə görüşün yekun çıxışında müharibə haqqqnda danışarkən; müharibəyə hərtərəfli hazırıq görülmüşdü -həm iqtisadi sahədə, hərbi-quruculuq sahəsində,maddi-texniki təminat sahəsində və eyni zamanda, səhiyyə sahəsində.Ona görə məsələn ,biz füzuli rayonunda təmas xəttinə yaxın iki böyük tibb mərkəzi yaratdıq. Yevlaxda , ondan sonra Goranboyda, Agdamda, Bərdədə böyük tibb mərkəzləri yaratdıq.Yaralınmış hərbiçilərimizin orada müalicəsi hesab edirəm ki, onların bir çoxlarının həyatının xilas olmasına səbəb olmuşdur.44 günlük Vətən müharibəsi zamanı cəbhəyanı bölgələrdə fəaliyyət göstərən xəstəxanaların əhəmiyyəti və bu xəstəxanalarda çalışan tibb işçilərinin fədəkarlıgı yaralı əsgərlərimizin müalicəsi üçün böyük imkanlar açdı.

Müharibə zamanı 159 hərbi tibb işçisi yaralanıb. Ümumilikdə 86 tibb işçisi xidməti vəzifəsini yerinə yetirərkən qəhrəmancasına şəhid olub. Onlardan 10-u həkim, 7-si feldşer, 69-u sanitar-təlimatçıdır.
Vətən müharibəsindəyaralanan və şəhid olan tibb heyyətinin sayı, (nəfər) [5].
Yaralanan tibb işçilərinin sayı-cəmi. Şəhid olan tibb işçilərinin sayı-cəmi. (nəfər)159
86 Onlardan: Həkimlər Feldşer Sanitar-təlimatçı 10 7 69
Vətən müharibəsinin yeganə xanım şəhidi Arəstə Baxışova da tibbi işçisi olub. Azərbaycan Ordusunun çavuşu, hərbi feldşer Arəstə Baxışova Füzuli, Zəngilan və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbçilərə döyüş meydanında tibbi yardım göstərib.
Bu mövzuda danışan Müdafiə Nazirliyinin Tibb İdarəsinin rəisi vəzifəsini icra edən polkovnik Firudin Nəbiyev dedi ki, Vətən müharibəsindədə tibb xidmətinin qarşısında duran əsas vəzifənin yalnız yaralanan hərbi qulluqçulara tibbi yardım göstərməkdən, onları müalicə etməkdən ibarət deyil, həm də COVID-19 pandemiyası ilə də mübarizə aparmaq, şəxsi heyət arasında yayılmasının qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görməkdən ibarət olduğunu unutmamalıyıq. Hərbi tibb müəssisələrinin, xəstəxanaların Səhiyyə Nazirliyi və TƏBİB ilə birgə fəaliyyəti nəticəsində Silahlı Qüvvələrimizin şəxsi heyəti və Vətən müharibəsi zamanı yaralanan hərbi qulluqçular arasında koronavirus infeksiyasının yayılması qeydə alınmadı[6].
Tibb xidməti general-mayoru Elxan İbrahimovun Zəfərdən sonra mətbuata açıqlamasında bildirdiyi kimi, tibb xidmətinin qarşısında duran əsas vəzifələr[6].
1.Müharibədə yaralılara və xəstələrə yardım.
2.COVİD-19 pandemiyası və ilə mübarizə
3.Qabaqlayıcı tədbirlər görməklə qoşunların sanitar müalicəsini tənzimləmək
Pandemiya əleyhinə ən sərt tədbirlər görülmüşdü
a)Cəbhə ilə arxa arasında pandemiya əleyhinə maniyələr yaratmaq.b)Yolxücu xəstələri vaxtında aşkar etmək üçün sistematik müşahidəc)Qoşunların sanitar müalicəsinin tənzimlənməsid)Effektiv peyvəndlərdən istifadə və digər tədbirlər.2020-ci ilin əvvəlinə ölkədə 31 800 həkim fəaliyyət göstərib. Onlardan 21 mini qadın, 10 800-ü isə kişidir. Həkimlərin 26 800 nəfəri dövlət, 5 mini qeyri-dövlət tibb müəssisələrində çalışır,565 xəstəxana və 1745 ambulatoriya-poliklinika müəssisəsi fəaliyyət göstərib[7].
Hərbi və mülki səhiyyə orqanlarının müharibənin hər cür yolxucu xəstəliklərinin qarşısını almaq üçün cəbhə və arxadakıların aktiv qarşılıqlı əlaqəsini və ən ciddi epidemiya tədbirləri sistemini yaratmaq olmuşdur. Məqsədyönlü profilaktika sayəsində qoşunların və əhalinin pandemiyaya qarşı müdafiəsi məsələləri bütün müharibə boyu ugurla davam etmişdir.Hərbi tibb xidməti, hamam, camaşırxana və dezinfeksiya xidmətlərinin effektiv sistemini yaratmışdı.44 günlük Vətən müharibəsi zamanı cəbhəyanı bölgələrdə fəaliyyət göstərən xəstəxanaların əhəmiyyəti və bu xəstəxanalarda çalışan tibb işçilərinin fədakarlığı tibb sahəsinə diqqətin həmişə öndə olmasını zəriri edir. Bir çox cəbhəyanı rayonlarda müasir tələblərə cavab verən xəstəxanalarımızın olması yaralı əsgərlərimizin müalicəsi üçün böyük imkanlar yaratdı.
Azərbaycan ordusunda tibbi təminat, təchizat və qan komponentləri ilə baglı heç bir problem olmamışdır.Ordumuzun qan və qan komponentlərinə olan tələbatı Silahlı Qüvvələrin Baş klinik Hospitalının Qan Bankı bölməsi tərəfindən tam təmin edilmişdir və hərbi tibb müəssisələrində bütün qan qruplarından ehtiyatlar mövcud olmuşdur [8].
Azərbaycanda hər il qan donorlarının sayı artır.2018-ci ildə donorların sayı 90 min 490 nəfər olub ki, bu da 42 ton 983 litr qan edir. Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlmirzəyeva deyib.Onun sözlərinə görə, Qan Bankında hər zaman kifayət qədər qan ehtiyatı saxlanılır. Z.Əlmirzəyeva bildirib ki, 2017-ci ildə donorların sayı 85 min olubsa, ötən il artıq bu rəqəm 90 minə yüksəlib: “Bir ayda qan verənlərin sayı 3000-4000 arasında dəyişir.
Direktor qeyd edib ki, il ərzində qadınlar 4, kişilər 5 dəfə qan verə bilər: Qan Bankı strateji obyektdir və hər zaman tükənməyən qan ehtiyatı olmalıdır. Qanın da müəyyən saxlanma müddəti var. Eritrosit kütləsi tərkibindəki qoruyucudan asılı olaraq bir ay və ya 42 gün saxlana bilir. Plazma isə iki il müddətində dondurulmuş şəkildə saxlanıla bilir. Ona görə qan ehtiyatı daima yenilənir[9].
TƏBİB-in Xəstəliklərin kontrolu və profilaktikası departamentinin sədri Yaqut QarayevaBakıda ‘‘COVİD-19:Erkən və Gecikmiş Fəsadlar‘‘mövzusunda beynəlxalq konfransda çıxış edərkən deyib.O, həkimlərin 44 günlük Vətən müharibəsində xidmətindən danışb:‘‘Vətən müharibəsi zamanı yaralılara 10 000 tibbi personal, 1300 könüllü, 100 xaricdən dəvət olunan mütəxəsis xidmət göstərib‘‘[10].
Sentyabrın 27-dənVətən müharibəsinin başlanması ilə baglıdöyüş zonalarına yaxın olan rayonlarda təcili tibb xidmət göstərilməsi ilə əlaqədar məqsədi ilə Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının kollektivi səfərbər olub:Gündəlik 38 briqada olmaqla, 200-ə yaxın həkimvə orta tibb işçiləri növbə ilə döyüş bölgələrinə ezam edilərək, yaralı hərbiçilərə ilkin tibbi yardım göstərilməsi,ön cəbhədən yaxınlıqdakı hospitallara, vəziyyəti agır olanları isə paytaxt və rayon mərkəzi xəstəxanalara daşınmasında, həmçinin, helikopterlə şəhərə çatdırılan agır yaralıların hospitallara yerləşdirilməsi və bir xəstəxanadan digərinə daşınmasında aktiv iştirak ediblər [11].Tibbi briqadanın nəzdində demək olar ki, bütün ixtisaslar üzrə həkimlər - ümumi cərrahlar, travmatoloq-ortopedlər, neyrocərrah, döş boşluğu cərrahı, həkim reanimatoloq-anestezioloq və orta-kiçik tibbi personalları var idi. Vətən müharibəsi aparılan döyüş taktikasına, silah və hərbi texnikaların xüsusiyyətlərinə görə Birinci Qarabağ savaşından fərqləndiyi kimi qeydə alınan yaralanmalar, travmalar, yaralıların ağırlıq dərəcəsi də tamamilə fərqlənirdi. Müştərək travmalar üstünlük təşkil edirdi. Əksər yaralılarda bədənin böyük sahələrini əhatə edən yanıqlar, eyni zamanda, baş, üz, göz, döş qəfəsi, qarın boşluğu yaralanmaları, ətrafların açıq yaraları, sınıqları müşahidə edilirdi. Hərbi qulluqçular bədənin müxtəlif sahələrində çoxsaylı qəlpə yaraları ilə gətirilirdilər[12].

Azərbaycan təbabətinin mühüm xüsusiyyətləri mülki və hərbi təbabətin birliyi, arxa cəbhənin tibbi xidmətinə rəhbərlik, yaralılara və xəstələrə tibbi yardım göstərilməsinin davamlılıgı formalaşdı.Mütəxəsislər, cərrahlar, xəstəxanalar və tibb taburları yüzlərlə yaralıların ilkin müalicəsini, gipsə salınmasını, sınıqların müalicəsini, cərrahi əməliyyatı həyata keçirdi. Bundan əlavə hərbi səhra əməliyyatının ən vacib problemlərindən biri yardımın təşkilində cərrahi çeşidləmə və evakuasiya məsələlərinin həlli idi.Yaralıların həyatı üçün mübarizə yaralanandan dərhal sonra birbaşa döyüş meydanında başladl.Bütün tibb işçiləri döyüş sahəsindəki yaralıların ölümünün əsas səbəblərinin çok və qan itkisi oldugunu açıq şəkildə bildirirdilər.Bu problemi həll edərkən müvəffəqiyyətin ən vacib şərti ilk tibbi yardımın vaxtı və keyfiyyəti idi.Ölkədə güniş bir evakuasiya xəstəxanaları şəbəkəsi (tək profilli və çoxsahəli) yaradıldı.Bu sistemin nəzəri əsaslandırılmasında İ Əliyev . Evakuasiya ilə mərhələli müalicə sistemi müharibənin əvvəlində qurulmuş və strateji vəziyyətdən asılı olaraq daim dəyişdirilmiş və təkmilləşdirilmişdir.Sistemin əsas elementləri döyüş sahəsindəki ilk tibbi yardımdan başlayaraq, ölkənin ön və arxa tərəfindəki xəstəxana bazalarında tam bir ixtisaslaşmış şəkildə yaralılara və xəstələrə aydın və ardıcıl tibbi yardım göstərməyi əhatə edirdi.Yaralıların çəbhənin xəstəxana bazalarından ölkənin arxa xəstəxanalarına çıxarılması ilkin halda tibb maşınları, sonra isə həm helikopter və həm də nəqliyyat vasitələri tərəfindən həyata keçirildi.Cəbhə bölgəsiondən ölkənin arxa hissəsinə qədər nəqliyyat trafikinin həcmi 20 min nəfərdən cox olmuşdur.
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə aparılan və torpaqlarımızın işğaldan azad olunması ilə nəticələnən 44 günlük Vətən müharibəsində yaralanan hərbi qulluqçuların sayı açıqlanıb.Aprelin 14-də Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının yaradılmasının 30-cu ildönümünə həsr olunan tədbirdə çıxış edən Müdafiə naziri general-polkovnik Zakir Həsənov Vətən müharibəsi zamanı yaralıların döyüş meydanından təxliyə olunması, 11 110 nəfərə tibbi yardımın göstərilməsi və tezliklə sağalması üçün əllərindən gələni edən tibb işçilərinə təşəkkürünü bildirib [13].Qeyd etmək lazımdır ki,ümumilikdə müharibədə 11 min əsgər və zabit xəstəxanaya yerləşdirilib.Hərbiçilərin yalnız 6,1%- həkimlər tərəfindən xilas edilə bilməyib.48 tibb müəssisəsiş 1.2.və 3-cü kateqoriyalar üzrə bu prosesə cəlb olunmuşdu. 720 personal 18 briqada yaradaraq bu prosesə cəlb edilmişdi.44 gün ərzində 6 minə qədər vətəndaça pisxoloji yardım edilmişdir[14].44 günlük müharibədə hər gün orta hesabla 68 hərbicimiz həlak olmuşdur. (3000/44=68,18).Ümumilikdə müharibə dövründə təxminən 45 tona yaxın konservləşdirilmiş qan ehtiyatı olmuşdur.44 günlük Vətən müharibəsində yaralanmış və müalicə kursları tamamlanmış 3967 hərbi qulluqçuya ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyin olunub.
İkinci Dünya Müharibəsindən conra 1949-1956-cı illərdə SSRİ-də 35 cildlik “1941-1945-ci illər Böyük Vətən müharibəsində Sovet Tibbinin Təcrübəsi” əsəri nəşr olundu.Gələcəkdə bizdə də belə bir əsəri yazacaq müəliflər kollektivinin olacagına ümidvar oldugumuzu bildiririk.
Vətən müharibəsi Azərbaycan Ordusunda tibb xidmətinin yüksək səviyyədə olduğunu, Azərbaycan həkiminin fədakarlığını bir daha təsdiqlədi. Döyüş əməliyyatlarında şəxsi heyətin döyüş hazırlığı ilə yanaşı, maddi-texniki və tibbi təminatın, sosial-məişət şəraitinin yüksək səviyyədə olması mühüm rol oynadı. Qələbəni həm də bunların vəhdəti təmin etdi.
Nəticə
Qələbəmizin əldə olunmasına tibb işçiləri əvəzsiz töhfə verdilər.Cəbhədə və arxada otuz iki minə yaxın həkimin və əlli beş mindən yuxarı orta tibb işçiləri ordusunun çəsarət, misilsiz zehni möhkəmlik və humanizm möcüzələri göstərdiyini söyləmək kifayətdir. Müharibə dövründə həkim kadrları və orta tibb işçiləri çatışmamazlıgı ilə baglı heç bir problem olmadı.Yüzlərlə əsgər və zabitimizin həyatını xilas etdilər.Yaralıların 64,3% xidmətə qayıtdı.Fövqaladə vəziyyətdə əhali mülki xəstəxanalarda belə tibb işçilərinin və orta tibb heyətinin çatışmamazlıgı ilə qarşılaşmadı. Tibb kadrları ilə vaxtında təminat bu problemlərin olmasına imkan vermədi. Vaxt keçdikcə 44 günlük müharibədə müəyyən təcrübə əldə edilib və əldə edilən bu təcrübə gələcək nəzəri və praktiki bir özül rolunu oynayacaqdır. Toplanan xeyli miqdarda hərbi tibb elmimizin təcrübi qənaətlərinin nəzəri tədqiqatlara çevrilməsi lazımdır.Biz bir millət və xalq olaraq bu məsələni hərbi-siyasi səviyyədən tarixi-mədəni səviyyəyə daşımagı bacarmalıyıq.
2020-ci il 27 sentyabrda başlayan Vətən müharibəsində tibb xidməti Azərbaycanın səhiyyə sisteminin bütün bu effektiv üstünlüklətini,onun dövrün tələblərinə necə cavab verməyə və qarşıya qoyulan vəzifələri yerinə yetirməyə necə qadir oldugunu üzə çıxardı.Tibbi yardımın yetərliliyi, tibbi yardım göstərilməsinin sürəti və səmərəliliyi kimi problemləri nəzərə almadan onu qiymətləndirmək çətindir.Buna görə də onun öyrənilməsi retrospektiv tədqiqatlar üçün böyük maraq dogurur.
İstifadə olunan ədəbiyyat
1.https://ordu.az/az/news/147573/herb-tarixinin-pred...
2.https://bizimlider.com/gundem/4078-ismayilli-shiyy... 14-05-2021.
3.Azərbaycanda həkimlərin sayı açıqlanıb. /03.06.2020/
https://ona.az/az/sosial/azerbaycanda-hekimlerin-s...
4.https://www.stat.gov.az/source/healthcare/
5. Milli ordu qəzeti 23 oktyabr 2021-ci il səh7
6.https://mod.gov.az/az/pre/38088.html 23 oktyabr2021
7.https://ona.az/az/sosial/azerbaycanda-hekimlerin-s...
8.https://files.preslib.az/site/qarabag/xronika_az.p...
9.http://femida.az/az/news/106189/azerbaycanda-ne-qe... Aprel 2019
10. https://report.az/sehiyye-xeberler/azerbaycanda-pa... personalin-sayi-aciqlanib/
11.https://oxu.az/society/450149
12.https://azertag.az/xeber/Hekim_cerrah_Bezen_bir_ya...
13.https://azpolitika.info/?p=671134
14.https://www.youtube.com/watch?v=8jTHQcQKFp8
15.Ломазофф А. Всемирная история войн. С древнейших времен до наших дней. Москва, Колибри, 2015, 320 с
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 09 Noyabr 2025 14:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















