Putin: Qərb milli maraqlarını müdafiə edən ölkələri sanksiya ilə hədələyir
Gununsesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Rusiya Prezidenti Vladimir Putin Qərb ölkələrinin öz milli maraqlarını müdafiə edən dövlətlərə qarşı ikinci dərəcəli sanksiyalarla hədələdiyini bildirib.
Gununsesi.info xəbər verir ki, Vladimir Putin bunu Yeni Dehlidə keçirilən BRICS biznes forumunda çıxışı zamanı deyib.
Rusiya liderinin sözlərinə görə, beynəlxalq nəqliyyat dəhlizlərinin qarşısının alınması və dəniz gəmilərinin ələ keçirilməsi istiqamətində cəhdlər edilir.
“Başqalarının maraqlarına uyğun hərəkət etməyə razı olmayan və öz milli maraqlarını müdafiə edən ölkələrə qarşı qanunsuz məhdudiyyətlər tətbiq edilir, eyni zamanda ikinci dərəcəli sanksiyalarla hədələnirlər”, – Putin bildirib.
O, Rusiyaya qarşı 30 mindən çox sanksiyanın tətbiq edildiyini vurğulayıb. Putinin sözlərinə görə, bu, dünyanın digər ölkələrinə qarşı tətbiq olunan sanksiyaların ümumi sayından təxminən iki dəfə çoxdur.
Qeyd edək ki, Vladimir Putin sentyabrın 11-də üçgünlük səfər çərçivəsində Hindistana gəlib. O, artıq Hindistanın Baş naziri Narendra Modi ilə danışıqlar aparıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 11 Sentyabr 2026 20:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















