Icma.az
close
up
RU
“Putin qorxu, yalan və zorakılıq üzərində qurulmuş imperiyanın simasıdır“ Hikmət Cavadov

“Putin qorxu, yalan və zorakılıq üzərində qurulmuş imperiyanın simasıdır“ Hikmət Cavadov

Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Tarix bu dövrü utanc və mənəvi çürümə zamanı kimi yadda saxlayacaq..."

"Oktyabrın 7-də hərbi cinayətkar, Rusiya diktatoru Vladimir Putinin doğum günüdür. O, Rusiyada "millətin lideri", "torpaqları birləşdirən", "Rusiyanın xilaskarı" kimi təqdim olunur".

Moderator.az xəbər verir ki, bu barədə Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporu Ümumukrayna İctimai Təşkilatının sədri Hikmət Cavadov "gordonua.com" nəşrindəki bloqunda yazıb.

Müəllif yazır: "Lakin onun hakimiyyəti uzandıqca bir həqiqət daha aydın görünür: qarşımızda dövlət xadimi deyil, nəhəng bir ölkənin tənəzzül rəmzi - hakimiyyət zirvəsinə istedadla deyil, mənəvi və əxlaqi korluqla yüksəlmiş bir adam dayanır.

Qorxu, təbliğat və dağıdıcı instinkt üzərində qurulan hakimiyyət

Artıq dörddə bir əsrdir ki, Rusiya bir nəfərin - fövqəladə bacarıqları olmayan, lakin özünü qoruma instinkti ilə yaşayan bir insanın idarəsindədir. Onun hakimiyyəti nə xarizmaya, nə intellektə, nə də iqtisadi uğurlara əsaslanır. O, qorxuya, yalan təbliğatına və azadlıqla bağlı hər şeyi məhv etməyə hazır olan zorakılığa söykənir.

Putin dünyanın ən böyük ərazisinə malik ölkənin siyasi zirvəsinə yüksəlmiş ən adi, bəsit insandır. O, nə islahatçıdır, nə strateq, nə də mütəfəkkirdir. Onun leksikonu köhnəlmiş klişelər toplusu, dünyagörüşü isə sovet kinindən və imperiya komplekslərindən ibarət zəhərli qarışıqdır.

Mənəvi boşluq və tarixi saxtalaşdırma

Bu, sadəcə savad çatışmazlığı deyil - bu, ideoloji boşluqdur. Hər dəfə danışanda bu boşluq açıq şəkildə üzə çıxır. Onun çıxışları artıq çoxdan mənasız yalan axınına çevrilib - uydurma iqtibaslar, saxta faktlar, xəyal məhsulları bir-birinə qarışır.

Putin Ukraynanın qədim tarixindən danışa bilir, halbuki bu barədə ən kiçik təsəvvürü belə yoxdur. O, İkinci Dünya müharibəsini yenidən yazmağa cəhd edir, amma faktlara və tarixlərə belə baxmır. Bu cəfəngiyatı ciddi şəkildə şərh etmək artıq mənasızdır.

Bu gün ona inananlar belə anlayır ki, qarşılarında reallıq hissini itirmiş bir insan dayanır. O, öz miflərində yaşayır - guya "Rusiya diz üstündən qalxır", dünya isə "əbədi düşməndir".

Nasizmi təkrarlayan düşüncə tərzi

Oktyabrın 2-də "Valday" klubunun sessiyasında Putin bəyan edib ki, guya Polşa İkinci Dünya müharibəsi ərəfəsində Almaniyanın təklifini qəbul etmədiyi üçün "səhv edib". Onun sözlərinə görə, Almaniya "Dansiq və Dansiq dəhlizi məsələsini sülh yolu ilə həll etməyi" təklif edib, amma Polşa imtina edib və nəticədə "ilk qurban olub".

Bu, təkcə yalan deyil - bu, Hitlerə bəraət qazandırmaq cəhdidir. Putinin ritorikası 1939-cu ilin gebbelssayağı yalanlarının təkrarıdır: guya Polşa "öz günahına görə" məhv edilib. Bu gün də o, eyni məntiqlə deyir ki, "Ukrayna öz günahına görə" Rusiyanın hücumuna məruz qalıb.

Bu, nasizmin birbaşa əksidir. Putin təkcə öz ölkəsini Hitler Almaniyası ilə eyniləşdirmir - o, bunu bilərəkdən edir. O, bəlkə özünü Hitler saymır, amma eyni prinsiplərlə davranır: təhrif edilmiş tarix, güc kultu, azadlığa nifrət və "tarixi missiyaya" kor inanclıq.

Rusiya üçün mənəvi və mədəni fəlakət

Putin yalnız dünyanı deyil, öz ölkəsini də alçaldıb. "Böyük mədəniyyət" iddiasında olan Rusiya onun dövründə təcridin, zorakılığın və yalanın rəmzinə çevrilib.

Bu gün bir çox ölkələrdə haqlı sual səslənir: Puşkinin, Tolstoyun, Çaykovskinin əsərlərinin mənası nədir, əgər bu xalq onların tərbiyəsində böyüyüb, amma uşaqların qətlini, şəhərlərin bombalanmasını alqışlayırsa? Belə "mədəniyyət" insan sevgisini deyil, həyatın təhqirini doğurursa, o zaman onun dəyəri nədir?

Mən sevinirəm ki, sevdiyim sovet aktyorları - Yevstiqneyev, Vısotski, Qaft, Qerdt, Kvaşa, Filatov bu dövrləri görmədilər.  Çünki indi onların qarşısında acı bir seçim olardı: ya vicdanlı qalıb "xarici agent" olmaq, ya da özlərini satıb rejimin maskaradına çevrilmək. Onlar şərəf və xatirə ilə getdilər. İndiki "xalq artistləri" isə işğalçılar üçün konsertlər verir, qatillərə təbriklər yazırlar - bu, bugünkü Rusiyanın reallığıdır.

Qorxu və alçaldılma imperiyası

Putin öz ətrafını da sevmir - onlara eyni laqeydlik və soyuq kinayə ilə yanaşır. Yaddaşlarda 2022-ci ilin fevralında Təhlükəsizlik Şurasının iclası qalıb: o zaman Putin milyonların gözü qarşısında Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkini təhqir etmişdi.

Putin o an özünü "ağa" kimi digərləri isə  kölələr kimi hiss edirdi. Bu epizod Rusiyanın yeni tarixində bir rəmzə çevrilib: qorxu insan ləyaqətini necə məhv edir. O zalda heç kim sadəcə qalxıb çıxmağa cəsarət etmədi.

Amma bu alçaldılma artıq təkcə Kremllə məhdudlaşmır - o, bütün ölkəyə yayılıb. On milyonlarla insan susur, bəziləri isə daha betərini edir - donos yazır, cəbhəyə yardım toplayır, "xüsusi əməliyyatı" müdafiə edir, uşaq qətllərinə "NATO-dan müdafiə" adı ilə bəraət qazandırır.

Gələcək nəsillərin utancı

Gələcək nəsil ruslar bu illəri xatırlayanda, atalarına qarşı utanc və nifrət hiss edəcəklər. Necə ki, indi 1937-də susanları və 1941-də svastika altında yürüyənləri xatırlayırıq. Onlar da dərslikləri yenidən yazacaq, bəhanələr axtaracaq, "obyektiv səbəblər" deyəcəklər. Amma bu, artıq heç nəyi dəyişməyəcək - tarix bu dövrü utanc və mənəvi çürümə zamanı kimi yadda saxlayacaq.

Rusiya - çökən nəhəngin kölgəsi

25 il ərzində Putin nəhəng təbii sərvətlərə və intellektual potensiala malik ölkəni Çinin xammal əlavəsinə çevirib. İndi Rusiyanın valyuta mənbəyi yalnız neft, qaz və müharibədir. İqtisadiyyat çökür, texnologiyalar yoxa çıxır, milyonlarla gənc və təhsillilər isə milyonlarla ölkəni tərk edir.

Rusiya artıq dünya siyasətinin subyekti deyil - o, obyektə çevrilib. Hətta onun müttəfiqləri də ehtiyatla baxır, çünki qarşılarında təhlükəli, amma ölümə yaxınlaşan bir vəhşi dayanır.

Bu gün Putin üçün təbriklər yazılacaq, konsertlər keçiriləcək, atəşfəşanlıq olacaq - amma eyni anda Ukraynanın səmasında yenidən partlayış səsləri eşidiləcək. Və bu, Putin üçün ən sevimli, onun "qələbə" anlayışına ən uyğun salyut olacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:52
embedMənbə:https://moderator.az
archiveBu xəbər 09 Oktyabr 2025 17:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan Azərbaycandan konteyner daşıyan iki dəniz gəmisi alacaq

25 Noyabr 2025 12:58see236

Şakanın cənazəsini niyə YANDIRDILAR...

25 Noyabr 2025 13:31see234

Facebook un zərərli sosial şəbəkə olduğu üzə çıxıb

24 Noyabr 2025 18:03see201

14 yaşlı Nərminənin ölümünə səbəb olan həkimlərə Yüngül cəza verildi

25 Noyabr 2025 10:28see155

Masazırda yayılan kəskin qaz qoxusunun SƏBƏBİ açıqlandı RƏSMİ

24 Noyabr 2025 16:21see147

Dekabrda Prezident Administrasiyasının vətəndaş qəbulu CƏDVƏLİ

24 Noyabr 2025 18:33see147

Mehriban Zəkiyə qarşı dələduzluq Video

26 Noyabr 2025 10:59see146

Uşağın məktəb proqramının çətin olduğunu necə anlamaq olar? 5 əlamət

25 Noyabr 2025 13:52see143

Karvan Yevlax ın baş məşqçi postundan istefa verməmişəm Azər Həşimov

25 Noyabr 2025 00:02see143

Samir Abasov Neftçi dən qalmaqallı şəkildə ayrıldı o, klubdan tam həcmli kompensasiya tələb edib!

24 Noyabr 2025 22:11see141

Lüksemburqda Azərbaycan stendi 15 illik davamlı iştirakı ilə yenidən diqqət mərkəzində olub

24 Noyabr 2025 16:50see140

İki əsrə aid bina hər an çökə bilər Sakinlər TƏHLÜKƏDƏ VİDEO

24 Noyabr 2025 23:22see138

İstəsəm, 20 yaşında qız alaram, yeməyim qaymaq, baldır

24 Noyabr 2025 15:53see135

“Çelsi”nin keçmiş müdafiəçisi: “Liverpul” dağılıb”

25 Noyabr 2025 01:11see132

Azərbaycanda Peşəkar Mühasib Sertifikatı əldə edənlərin sayı 6,2 mini keçib

24 Noyabr 2025 15:52see130

“Bu axşam bunu etmək mümkün olmayacaq” Vitaliy Borisovun ə AÇIQLAMASI

24 Noyabr 2025 15:26see130

Serbiyadan Azərbaycana birbaşa aviareyslər açılacaq

25 Noyabr 2025 01:22see128

Ali Məhkəmə həbs edilmiş xəzinədarla bağlı qərarı ləğv etdi

25 Noyabr 2025 17:01see126

Meyitdən alınan orqan neçə saat yararlıdır?

24 Noyabr 2025 17:10see125

Keçmiş prezidentin 27 illik həbs həyatı başladı

26 Noyabr 2025 01:06see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri