Putin sərəncam imzaladı: “Eurovision”a qarşı “İntervision” keçiriləcək
Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Rusiya prezidenti Vladimir Putin “İntervision” musiqi müsabiqəsinin 2025-ci ildə keçirilməsi haqqında sərəncam imzalayıb.
Modern.az xəbər verir ki, müvafiq sənəd hüquqi aktların dərci üçün rəsmi internet saytında yerləşdirilib.
“İntervision” musiqi müsabiqəsi “Eurovision”un alternativi olacaq.
“İntervision” müsabiqəsi Moskva və Moskva vilayətində keçiriləcək.
Bildirilir ki, təşkilat komitəsinin sədri baş nazirin müavini Dmitri Çernışenko olacaq. Müsabiqənin dəqiq tarixləri və onun formatı sənəddə göstərilməyib.
MDB, BRICS, ŞƏT, Latın Amerikasının 20-yə yaxın ölkəsi bu musiqi müsabiqəsində iştirakını artıq təsdiqləyib.
Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy əvvəllər bildirib ki, “İntervision” 2025-ci ilin sentyabrında baş tutacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 04 Fevral 2025 10:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















