Icma.az
close
up
RU
Putin Suriyada Əsədi həyat yoldaşı ilə əvəzləmək istəyibmiş...

Putin Suriyada Əsədi həyat yoldaşı ilə əvəzləmək istəyibmiş...

Bakupost saytına istinadən Icma.az xəbər verir.


Rusiya prezidenti Vladimir Putinin ətrafı Suriyada hakimiyyət dəyişikliyi planı hazırlayıb və ölkə prezidenti Bəşər Əsədin yerinə onun həyat yoldaşı Əsma Əsədin gətirilməsi variantını nəzərdən keçirib.

"Bakupost" Musavat.com-a istinadla xəbər verir ki, bu barədə Böyük Britaniyanın "The Observer" qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, Kreml 2024-cü ilin dekabrında Bəşər Əsəd hakimiyyətini itirməzdən bir neçə ay əvvəl onun mümkün varislərinin siyahısını hazırlayıb. Siyahıda ilk yerdə Əsma Əsəd olub.

Qəzetin keçmiş Suriya hakimiyyətinə yaxın mənbəsinin sözlərinə görə, 24 il ölkənin birinci xanımı olan Əsma Əsəd prezident sarayında əsas təsir fiqurlarından biri sayılırdı.

"Əgər Əsma razı deyildisə, prezident vasitəsilə heç bir qərarı keçirmək mümkün olmurdu. Bəşər Əsəd, demək olar ki, bütün məsələlərdə onunla məsləhətləşirdi", – deyə mənbə bildirib.

Məlumata görə, 50 yaşlı Əsma Əsəd "İqtisadi Şura"ya rəhbərlik edib və ölkə iqtisadiyyatının böyük hissəsinə nəzarəti həyata keçirib. İş adamlarının öz aktivlərini məhz Əsəd ailəsinin etibarlı şəxslərinə verməyə məcbur olunduğu da qeyd edilir. Buna qarşı çıxanlar isə vergidən yayınma ittihamı ilə təqib olunub, bank hesabları dondurulub və ya müəssisələri bağlanıb.

"The Observer" yazır ki, Vladimir Putin Bəşər Əsəddən narazı olub. Kreml hesab edirdi ki, Rusiyanın hərbi dəstəyinə baxmayaraq, Əsəd nə vətəndaş müharibəsini dayandıra, nə də ölkədə siyasi sabitliyi təmin edə bilib. Mənbənin sözlərinə görə, ona hakimiyyəti həyat yoldaşına vermək təklifi də edilib, lakin Əsəd bu ideyanı lağa qoyub.

Suriya rejiminin süqutundan sonra Bəşər və Əsma Əsəd Rusiyaya qaçıblar. Məlumata görə, keçmiş prezident faktiki olaraq Rusiyanı tərk edə bilməsə də, Əsma Əsəd xarici ölkələrə səfərlərini davam etdirir. Bildirilir ki, o, mütəmadi olaraq Dubaya gedir və sonuncu səfəri zamanı "Waldorf Astoria" hotelində qalıb. Bununla yanaşı, onun doğulduğu Böyük Britaniyaya və Avropa İttifaqı ölkələrinə girişinə qadağa tətbiq olunub.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 14 İyul 2026 22:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see509

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see461

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see359

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see300

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see296

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see284

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see267

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see244

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see239

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see232

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see228

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see222

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see220

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see216

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see215

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see210

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see198

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see194

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see186

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri