Putin Suriyanın XİN başçısı ilə görüşüb
Azxeber.com saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Rusiya Prezidenti Vladimir Putin Kremldə Suriyanın xarici işlər naziri Əsəd əş-Şibani və onu müşayiət edən nümayəndə heyəti ilə görüşüb.
Bu barədə Suriyanın SANA agentliyi məlumat yayıb.
Daha əvvəl Əş-Şibani Rusiyanın xarici işlər naziri Sergey Lavrovla danışıqlar aparıb. "Syria TV”nin verdiyi məlumata görə, Moskvaya ilk dəfə rəsmi səfərə gələn Suriya nümayəndə heyətinin tərkibinə müdafiə naziri Murhaf Əbu Qəsra, kəşfiyyat rəhbəri Hüseyn Sələmə, xarici işlər nazirinin müşaviri İbrahim əl-Olabi və XİN dəftərxanasının rəhbəri Muhsen Mahbaş daxildir.
Nümayəndə heyəti Rusiyanın müdafiə naziri Andrey Belousov ilə də görüş keçirib, görüş zamanı tərəflər bir sıra hərbi məsələləri müzakirə ediblər.
/report
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 31 İyul 2025 23:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















