Icma.az
close
up
RU
“Putin Tramp görüşünün reallaşma perspektivi yüksəkdir”

“Putin Tramp görüşünün reallaşma perspektivi yüksəkdir”

Icma.az, Xalqcebhesi portalına istinadən məlumatı açıqlayır.

Əli Zülfüqaroğlu: “Avropa İttifaqı ilə ABŞ arasında ziddiyyətlərin dərinləşməsi Rusiya üçün yeni imkanlar yaradır”

Beynəlxalq münasibətlər sistemində ABŞ və Rusiya arasında münasibətlərin normallaşdırılması qlobal siyasətin əsas məsələlərdəndir. Hər iki ölkə müxtəlif siyasi və iqtisadi maraqlara sahib olsa da, strateji baxımdan qarşılıqlı əməkdaşlığı özünü qabarıq şəkildə göstərir. Bu baxımdan ABŞ Prezidenti Donald Trampın mümkün dönüşü fonunda Moskva ilə münasibətlərin yenidən qurulması və Rusiya lideri Vladimr Putinlə görüş ehtimalı xüsusi maraq doğurur.

Tərəflər arasında münasibətlərin perspektivi barədə Crossmedia.az-a açıqlamasında Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının İdarə Heyətinin üzvü, politoloq Əli Zülfüqaroğlu qeyd edib ki, o, Putinlə Tramp arasında görüş ehtimalını yüksək qiymətləndirir: “Həm Moskva, həm də Vaşinqton münasibətlərin normallaşdırılmasında maraqlıdır. Hər iki ölkənin prioritet hesab etdiyi bir sıra istiqamətlər mövcuddur. Məsələn, Rusiya üzərində ciddi sanksiyalar tətbiq olunur və bu, ölkə iqtisadiyyatına əhəmiyyətli dərəcədə problem yaradır. Rusiya da çalışır ki, bu sanksiyalar aradan qaldırılsın və beləliklə ölkədə iqtisadi vəziyyət normallaşdırılsın. Eyni zamanda ABŞ-nin də daxili vəziyyəti kifayət qədər problemlidir. Vaşinqtonun müxtəlif ölkələrə sanksiyalar tətbiq etməsi ölkə daxilində də iqtisadi çətinliklərə yol açır. Buna görə də Trampın prioritetləri arasında əvvəlcə ABŞ iqtisadiyyatını düzəltmək və müharibələrdən yayınmaq mövcuddur".

Ə.Zülfüqaroğlu vurğulayıb ki, ABŞ-nin Rusiya ilə münasibətləri normallaşdırılmasının kökündə bir sıra təməl səbəblər də var: "İdeoloji, siyasi, iqtisadi və digər müstəvilərdə bunu qiymətləndirmək mümkündür. Bir digər məsələ isə ABŞ-nin Çin ilə rəqabət mühitində Rusiyanın dəstəyinə ehtiyac duymasıdır. Rusiya-Çin İttifaqının əngəllənməsi və beləliklə Rusiya ilə münasibətləri normallaşdırandan sonra Çinlə iqtisadi cəhətdən rəqabət imkanlarını gücləndirmək istəyir. Eyni zamanda, Ukrayna məsələsi də var. Bu, Rusiya ilə ABŞ arasındakı münasibətlərin normallaşdırılması istiqamətində əsas şərtdir. Bu istiqamətdə iki ölkə arasındakı müəyyən razılaşmaların əldə olunması bir sıra geosiyasi proseslərlə bağlı problemlərin meydana çıxmasına səbəb olur".

Politoloq, həmçinin bildirib ki, Avropa İttifaqı (Aİ) ilə ABŞ arasında ziddiyyətlərin dərinləşməsi Rusiya üçün yeni imkanları yaradır: "Rusiyanın Avropa İttifaqına təzyiq kartı kimi istifadə olunma ehtimalları artır, bu da eyni zamanda Rusiya ilə ABŞ arasında konsensusun əldə olunması üçün zəmin formalaşdırır. Eyni zamanda, Rusiya ilə ABŞ arasında dövlətlərarası münasibətlər sisteminin normallaşdırılması istiqamətində sürətli prosesin getdiyini nəzərə alsaq, Putin-Tramp görüşünün reallaşma perspektivini yüksək dəyərləndirmək mümkündür".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 05 Mart 2025 23:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see426

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see418

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see295

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see275

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see264

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see257

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see254

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see251

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see249

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see233

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see222

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see216

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see214

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see212

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see209

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see208

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see207

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see204

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see203

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri