Razi Nurullayev: “Məhkəmədə əsas meyar ədalətli araşdırma olmalıdır”
Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.
“Mülki Prosessual və İnzibati Prosessual Məcəllələrə təqdim olunan dəyişikliklərin məhkəmə sisteminin daha çevik və səmərəli fəaliyyət göstərməsi baxımından mühüm əhəmiyyət daşıdığını qəbul edirəm.
Məhkəmə aidiyyəti ilə ərazi aidiyyəti arasındakı fərqlərin dəqiqləşdirilməsi, prosessual qaydaların sistemləşdirilməsi və işlərə baxılma müddətlərinin azaldılması müsbət addımlardır. Amma burada bir prinsipial məsələyə xüsusi diqqət yetirmək istəyirəm: məhkəmə icraatının sürətləndirilməsi vətəndaşın hüquqlarının müdafiəsi hesabına baş verməməlidir”.
“Cebheinfo.az” xəbər verir ki, bunu parlamentin bugünkü plenar iclasında Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev deyib.
Deputat qeyd edib ki, xüsusilə ərazi aidiyyəti qaydalarının pozulmasına görə məhkəmə qərarlarının ləğvinin məhdudlaşdırılması məsələsi diqqətlə qiymətləndirilməlidir:
“Əlbəttə, sırf texniki xarakter daşıyan pozuntular səbəbindən məhkəmə prosesi illərlə uzanmamalıdır. Lakin aidiyyət pozuntusu vətəndaşın qanuni məhkəmədə baxılmaq hüququna, işin obyektiv araşdırılmasına və müdafiə imkanlarına təsir göstərirsə, bu hal hüquqi qiymətləndirmədən kənarda qala bilməz.
Digər məsələ apellyasiya şikayətlərinə tək hakim tərəfindən baxılmasıdır. Bu yanaşma iş yükünün azaldılmasına kömək edəcək və bunu dəstəkləyirəm. Bununla belə, qərar qəbul edilərkən əsas meyar yalnız sürət deyil, həm də ədalətli araşdırmanın keyfiyyəti olmalıdır. Kiçik iddia üzrə mübahisənin məbləği az ola bilər, amma həmin məbləğ vətəndaş üçün böyük əhəmiyyət daşıya bilər. Maddəyə xüsus hallar və istisnalar əlavə edilərsə və şərtlər müəyyənləşərsə, daha ədalətli yanaşma olar.
Yazılı icraatın genişləndirilməsi də məqsədəuyğundur. Ancaq tərəflərin dinlənilməsinin vacib olduğu hallarda şifahi baxış və mövqeyini əsaslandırmaq imkanları qorunmalıdır. Bu bəndə də xüsusi və istisna hallar və şərtləri əlavə olunarsa, daha məqbul hesab edərdim”.
R.Nurullayev əlavə edib ki, məhkəmə islahatının nəticəsi yalnız daha sürətli qərarlarla deyil, vətəndaşın ədalətə daha asan çıxışı və hüquqlarının daha etibarlı qorunması ilə ölçülməlidir:
“Bu baxımdan təklif olunan dəyişikliklərin məhz həmin prinsiplər əsasında dəqiqləşdirilməsini vacib sayıram”.
Vilayət Muxtar
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 27 Oktyabr 2026 12:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















