Putin Trampın kürəkəni haqda inanılmaz faktları açıqladı
Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampın kürəkəni Cared Kuşnerə Holokost dövründə Belarusda partizan müqavimətində iştirak etmiş babası ilə bağlı arxiv sənədlərini göstərib.
“Cebheinfo.az”-ın məlumatına görə, Kuşner bu barədə “New York Magazine” nəşrinə verdiyi müsahibədə danışıb.
Noyabrın 12-də Kremldə keçirilən danışıqlar zamanı Putin ona babası Cozef Kuşnerlə bağlı arxiv sənədlərini təqdim edib.
Cozef Kuşner gələcək həyat yoldaşı Raya ilə birlikdə Holokostdan xilas olub və yəhudi partizan hərəkatında iştirak edib.
Kuşner bu jesti SSRİ və ABŞ-nin Nasist Almaniyasına qarşı mübarizədə müttəfiq olduqlarına dair “incə bir işarə” adlandırıb.
1943-cü ildə Kuşnerin nənəsi Novoqrudok gettosundan yeraltı tunel vasitəsilə qaçaraq partizan dəstəsinə qoşulub.
Gələcək həyat yoldaşı da həmin dəstədə olub. Müharibədən sonra cütlük ABŞ-a mühacirət edib.
Putin, Kuşner və Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff arasındakı görüş Ukraynadakı münaqişənin həllinə yönəlmiş müzakirələr çərçivəsində baş tutub.
Qeyd edək ki, Cared Kuşner əslən Belarus yəhudisidir.
Müşfiq Abdulla
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:29
Bu xəbər 24 Noyabr 2026 11:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















