Putin Ukrayna müharibəsində ona pul toplayan azərbaycanlıları da hədəfə alır FOOD CİTY yə BASQIN GÖZLƏNİLİR
Gununsesi saytına istinadən Icma.az xəbər verir.
Son zamanlar Rusiya ilə Azərbaycan arasında yaşanan gərginlik davam edir.
Gununsesi.info–nun Rusiyadakı mənbələrə istinadən verdiyi xəbərə görə, bu ölkənin hüquq-mühafizə orqanları azərbaycanlıların kompakt çalışdığı ayrı-ayrı bazarlara reydlər keçirir. Bu reydlər zamanı yüzlərlə azərbaycanlı polis bölmələrinə aparılır.
Məlumata görə, Moskvanın ən böyük ticarət mərkəzlərindən biri olan “Food City”yə belə basqın gözlənilir.
Adıçəkilən bazarda çalışan şəxslərin saytımıza verdiyi məlumata görə, bazar administrasiyası tərəfindən onlara bu barədə xəbərdarlıq edilib.
Xəbərdarlıqda bilirilir ki, sənədləri qaydasında olmayan şəxslər bir müddət bazara daxil olmasın.
Soydaşlarımızın sözlərinə görə, Rusiyanın Ukraynaya qarşı müharibəsi başlanandan sonra bu ölkənin ordusuna dəstək məqsədiylə “Food City”də pulyığma kampaniyası keçirlib.
“Bazarın əsas sahibi olan Qod Nisanovun təşəbbüsü ilə gerçəkləşən bu kampaniya zamanı rus ordusuna milyonlarla vəsait köçürülüb. Pulun əsas hissəsi Qod Nisanovun olsa da bazarda çalışan minlərlə azərbaycanlı olaraq biz də bu təşəbbüsə qoşulduq” deyə soydaşlarımız əlavə edib.
Son proseslərdən narahat olan azərbaycanlılar bazarın sahibi olan Qod Nisanov və İlham Rəhimovdan kömək gözlədiklərini deyib.
Elmar
Gununsesi.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 14 İyul 2025 11:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















