Putin Ukraynada əməliyyatı dayandırdı, atəşkəs elan etdi
Icma.az xəbər verir, Milli.az saytına əsaslanaraq.
Rusiya prezidenti Vladimir Putin Pasxa bayramı ilə əlaqədar olaraq 11 aprel saat 16:00-dan 12 aprel 2026-cı il tarixinin sonuna qədər hərbi atəşkəs elan edib.
Milli.Az xəbər verir ki, Rusiya müdafiə naziri Andrey Belousov və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi - Birləşmiş Qüvvələr Qrupunun komandanı Valeri Gerasimova bu müddət ərzində bütün istiqamətlərdə hərbi əməliyyatları dayandırmaq tapşırılıb.
Kremlin yaydığı məlumata görə, Rusiya qoşunlarına Ukraynanın mümkün təxribatlarına, eləcə də istənilən təcavüzkar hərəkətlərə qarşı durmağa hazır olmaq tapşırılıb.
"Moskva ümid edir ki, Ukrayna tərəfi Pasxa atəşkəsi ilə bağlı Rusiya Federasiyasından nümunə götürəcək", - deyə Kremlin məlumatında qeyd olunub.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:165
Bu xəbər 10 Aprel 2026 00:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















