Icma.az
close
up
RU
Putin Ukraynadan yeni ərazilər tələb edir

Putin Ukraynadan yeni ərazilər tələb edir

Icma.az, Xalqcebhesi portalına istinadən məlumat yayır.

Rusiya Prezidenti Vladimir Putin jurnalistlərin suallarını cavablandırarkən deyib ki, Rusiya Ukrayna ilə, o cümlədən ərazi məsələləri ilə bağlı razılığa gəlmək istəyir, lakin bu, hazırda Kiyev üçün hüquqi cəhətdən mümkün deyil. Buna görə də Moskva gələcək razılaşmanın müddəalarının beynəlxalq səviyyədə tanınmasında israr edir.

"Əlbəttə ki, biz sonda Ukrayna ilə razılığa gəlmək istəyirik. Amma hazırda bu, sadəcə olaraq, praktiki və hüquqi cəhətdən mümkün deyil. Onlardan kim bacarırsa, kim istəyirsə, danışıqlar aparsınlar", - deyə prezident qeyd edib.

Digər tərəfdən isə o, qeyd edib ki, Rusiyanın indi yeni ərazilərinin Ukrayna tərəfindən deyil, beynəlxalq ictimaiyyət tərəfindən tanınmasına ehtiyacı var.

Intermarium İnstitutunun direktoru, politoloq Valentin Qayday “Xalq Cəbhəsi”nə deyib ki, Putinə baxanda bütün dünyaya küsmüş, çoxdan paralel reallıqda yaşayan xəstə bir qoca görürəm.

O, "xüsusi hərbi əməliyyatının" plana uyğun getdiyini israr etməyə davam edir. Hansı plan? Dörd ilə yaxın müharibə - bu plana uyğundurmu? NATO-nun genişlənməsi plana uyğundurmu? Bir milyon yarıma yaxınlaşan rus ordusunun itkiləri bu da plana uyğundurmu?

“Kapitalın və işləyən əhalinin xaricə axını, yüzlərlə müəssisənin müflisləşməsi və gəlirsizliyi, faktiki beynəlxalq təcrid, Çindən asılılıq, yanacaq qıtlığı, yüzlərlə rus mülki vətəndaşının həlak olması və digər böhran tendensiyaları, onun fikrincə, bunlar da “planın” tərkib hissəsidirmi?

Ona görə də Putinin açıqlamaları ciddi qəbul edilməməlidir. O, ya blef edir, ya da həqiqətən lazımi məlumatdan məhrumdur.

Rusiya bu gün heç kimə nəyisə diqtə edəcək vəziyyətdə deyil. Ukraynaya qarşı dörd ilə yaxın davam edən təcavüzünün ilkin nəticələri göstərir ki, Rusiya faktiki olaraq bu müharibəni uduzur.

Bu tam uğursuzluqdur. Və əgər Putin onun yerində olsaydı, o, fantaziyalar haqqında deyil, Rusiya dövlətini necə qoruyub saxlamaq və 1917 və 1991-ci illərin faciəli taleyini təkrarlamamaq barədə düşünməli idi.

Dünyada Şimali Koreya, Nikaraqua və Eritreya kimi yaramaz dövlətlərdən başqa heç kim işğal olunmuş Ukrayna ərazilərini Rusiyanın bir hissəsi kimi tanımır. Nə Çin, nə Hindistan, nə Türkiyə, nə də İran ələ keçirilən Ukrayna torpaqlarını Rusiya ərazisi kimi tanımır” – deyib politoloq.

Ukrayna Milli Strateji Araşdırmalar İnstitutunun direktor müavini, iqtisad elmləri doktoru, politoloq Vyaçeslav Potapenkonun fikrincə isə dörd ilə yaxın müddətdə Rusiya və Ukrayna arasındakı müharibə sərhədləri aşaraq Qərblə Qlobal Cənub arasında qarşıdurma cəbhələrindən birinə çevrildi. Müvafiq olaraq, müharibənin dayandırılması yalnız bu prosesin əsas iştirakçıları arasında razılaşma yolu ilə mümkündür: "Buna görə də, məsələn, Rusiyanın təmin edə biləcəyi təhlükəsizlik zəmanətləri Ukraynanı az maraqlandırır. Eynilə, Ukrayna tərəfindən işğal olunmuş ərazilərin potensial tanınması da Rusiya rəhbərliyini maraqlandırmır".

Ukrayna Milli Strateji Araşdırmalar İnstitutunun Xarici Siyasət Araşdırmaları Mərkəzinin baş məsləhətçisi, iqtisad elmləri namizədi İvan Us isə deyib ki, Putin Hitlerin yolu ilə gedir: “Aydındır ki, Rusiyanın 2022-ci ildə cəhd etdiyi kimi bütün Ukraynanı ələ keçirməyə gücü çatmır. Ona görə də onlar müharibəni bitirmək üçün məqbul olan yol axtarırlar. 2014-cü ildən bəri tutduqları Ukrayna ərazilərinin tanınmasının zəruriliyi ilə bağlı iddialara gəlincə, bu, mahiyyətcə 1938-ci ildə Hitlerin işğalçılıq siyasəti kimidir, o da həmin vaxt belə bir xahiş etmişdi.

Və ondan sonra o, 1939-cu ildə İkinci Dünya Müharibəsinə başladı. Beləliklə, Putin işğal olunmuş əraziləri tanımaqla dünya nizamını yüksəltməli, sonra isə onu yüksəltməyə davam etməlidir”.

Politoloq Çingiz Şahbazi isə deyib ki, Putinin atdığı addımlardan belə anlaşılır ki, güc kimdədirsə o, qanunları müəyyən etmə hüququna malikdir: "Mən belə başa düşdüm ki, beynəlxalq hüquq normalarına uyğun gəlməsə belə, Rusiya prezidenti Vladimir Putin, dünya ictimaiyyətini real faktlar qarşısında beynəlxalq hüquq və siyasət arenasında rəsmən qəbul edilməsini istəyir. Yəni, Rusiya prezidenti Vladimir Putinə görə reallıq və faktları elə beynəlxalq hüquq normaları kimi qəbul edilməsi lazımdır".

"Konkret olaraq prezident Putin, işğal altında saxladığı Krımı Rusiyaya birləşdirilməsini və paralel olaraq Donetsk və Luqansk vilayətlərinin suverenliyini beynəlxalq hüquqda tanınmasını istəyir və məhz bu baxımdan mövcud durumu böhran olaraq dəyərləndirir. Həmçinin Ukrayna hakimiyyətini saymazdan gələrək, məsələnin həllinə tamamilə bir başqa yöndən baxmağa çalışır. Bu da əlbəttə ki, ABŞ prezidentinin irəli sürdüyü Tramp planı layihəsi çərçivəsində, Rusiyanın Ukraynaya psixoloji təsir mexanizmi kimi qəbul etmək olar - politoloq deyib.

O, qeyd edib ki, Putinin bu niyyətinin altında heç şübhəsiz ki, siyasi məqsədlər var. Bu, xüsusilə də işğal altında saxladığı əraziləri legitimləşdirmək və daha sonra gələcəkdə bu ərazilərə qarşı hərbi və diplomatik müdaxilələri, ölkəsinə qarşı hücum, təcavüz, işğal olaraq təqdim etməkdən ibarətdir: "Putinin atdığı addımlardan belə anlaşılır ki, dünya artıq köhnə qaydalarla idarə edilə bilməz və güc kimdədirsə o, qanunları müəyyən etmə hüququna malikdir. Bu baxımdan Putinə görə, bir dəfə güc tətbiq edilmiş ərazilərin, əvvəlki statusuna qayıtma ehtimalı, hüquqi baxımdan real görünmür və bu səbəbdən status-kvonun yazılı şəkildə razılaşma yolu ilə sabitləşdirilməsi lazımdır.

Yəni, prezident Putinin açıqlamasından belə anlaşılır ki, Rusiyanın faktiki olaraq nəzarətində olan ərazilər, diplomatik və hüquqi baxımdan tanınmalıdır. Əks halda vəziyyət çox qeyri-sabit olaraq davam edəcək. Bəli, bu həmçinin bir təhdiddir və bu fikirlərin beynəlxalq aləmdə necə qarşılanaçağı haqda danışmağa da ehtiyac yoxdur. Çünki, hər şey aydındır. Hesab edirəm ki, ABŞ-ın əlində kifayət qədər səbəblər və vasitələr var ki, bu haqda düşünməlidir və dünyanı bürüməkdə olan həqiqi böhranı dəf etmək üçün hərəkətə keçməkdə gecikməməlidir".

Siyasi şərhçi Mürtəza Bünyadlı isə mövzuya geniş aspektdən yanaşıb. Deyib ki, Donald Trampın Ukrayna müharibəsinin dayandırılması ilə bağlı təklif etdiyi sülh planı artıq faktiki olaraq dalana dirənib. Putinin son bəyanatları da göstərir ki, nə Rusiya, nə Ukrayna, nə də Avropa bu planın təqdim etdiyi çərçivəni qəbul edir.

"Putin bildirir ki, Kremlin ayrıca “sülh müqaviləsi layihəsi” yoxdur, sadəcə müzakirəyə çıxarmaq istədiyi bir sıra şərtlər var. Gələn həftə Moskvada ABŞ nümayəndə heyəti ilə danışıqlarda məhz bu şərtlər müzakirə olunacaq.

Rusiyanın əsas tələbləri bunlardır:

• Krım və Donbas üzərində suverenliyin beynəlxalq tanınması

• Döyüşlərin Ukrayna ordusu mövqelərini tərk etdikdən sonra dayandırılması

• Zelenski hökuməti ilə hüquqi sənəd imzalamağın mənasız olması

• Avropa ilə təhlükəsizlik məsələlərini müzakirəyə hazır olmaq

• Rus aktivlərinin müsadirəsi halında əks tədbirlər paketinin hazırlanması".

O, qeyd edib ki, bu şərtlər Ukrayna və Qərbin qəbul edə biləcəyi çərçivəyə uyğun gəlmir. Vaşinqton Rusiyanın bir sıra mövqelərini nəzərə aldığını desə də, ərazi məsələlərində geri addım atmır. Trampın planındakı bəzi bəndlər isə hazırkı geosiyasi reallıqdan uzaqdır və tərəflərin minimal tələblərini belə qarşılamır: "Tramp planının dalana dirənmə səbəbləri:

• Tərəflərin heç biri əsas tələblərindən imtina etmir

• Ukrayna və Rusiya arasında etimad mühitinin olmaması

• Avropa təhlükəsizliyi məsələsində bir mövqedə deyil

• ABŞ-ın həm daxilində. Həm də avropalı müttəfiqləri arasında siyasi fikir ayrılığının olmasıdır.

Bəs belə olan şəraitdə müharibənin uzanması kimə sərf edir?

Müharibənin davamı ən çox Ukraynaya zərər vurur. Bu, həm də bir vəkalət müharibəsidir və Kiyev kollektiv Qərbin strateji maraqlarının ön xəttinə çıxarılıb.

Bununla yanaşı, ABŞ-ın müəyyən siyasi dairələri, Qərb hərbi-sənaye kompleksi, Çin geosiyasi balansını dəyişməsi baxımdan müharibənin uzanmasından qazanır.

Nəticə olaraq Trampın planı reallıqdan uzaqdır və tərəflərin heç biri üçün qəbuledilən deyil. Rusiyanın sərt mövqeyi, Ukraynanın geri çəkilməməsi və Qərbin daxili parçalanması sülh prosesini tıxayıb. Bu isə Avropanı uzunmüddətli təhlükəsizlik böhranına, Ukraynanı isə daha böyük itkilərə aparır".

Cavid

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:398
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 03 Dekabr 2025 23:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see431

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see302

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see277

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see251

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see235

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see226

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see221

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see217

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see217

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see214

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see202

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see194

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see193

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see192

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see191

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see185

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see185

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see184

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see183

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri