Icma.az
close
up
RU
Putin Ukraynanı tam istəyir?

Putin Ukraynanı tam istəyir?

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Rusiya Ukrayna ilə sülh müqaviləsinin imzalanmasında maraqlı deyil. Moskva Ukraynanın ərazisində öz hədəflərinə nail oluna qədər müharibəni davam etdirmək niyyətindədir. Rusiyanın dövlət rəhbərliyi bunu açıq şəkildə bəyan edir.

Rusiyanın xarici işlər naziri Serqey Lavrov Dövlət Dumasında “Hökumət Saatı”nda çıxışı zamanı bildirib ki, Rusiya Ukrayna ilə bağlı maraqlarına uyğun olmayan sülh müqaviləsi şərtlərini imzalamayacaq: "Biz maraqlarımıza uyğun olmayan sülh imzalamayacağıq. Rusiya Prezidenti Vladimir Putin bu barədə dəfələrlə danışıb. Ancaq güzəştə getməyə hazırıq”.

Lavrov əlavə edib ki, heç bir razılaşma güzəşt olmadan əldə edilə bilməz.

Maraqlıdır, Rusiyanın maraqları əsasən nəyə söykənib? Moskanın başlıca hədəfləri nədir? Moskva Krım, Donetsk və Luqanskdan savayı Ukraynada başqa hansı ərazilərə iddialıdır? Kreml Ukraynanın tam kapitulasiyasını istəyir?

Məsələ ilə bağlı politoloq Xəqani Cəfərli “Cebheinfo.az” – a şərhində qeyd edib ki, Rusiya hər hansı formada Ukraynada müharibəni dayandırmaq istəyir:

 “2022-ci ilin fevralın 24-də Rusiyanın Ukraynanın ərazisində hərbi əməliyyatlar başlamasında, doğrusunu desək, Ukraynanın ərazisinə təcavüz etməkdə əsas məqsədi Ukraynanın silahsızlaşdırmaq, Ukraynada “de-nasifikasiya” adı altında Zelenski hakimiyyətini devirib Rusiya yönümlü hakimiyyət qurmaq və Ukraynanı bütövlükdə öz nəzarəti altında almaq idi.

Lakin dörd il ərzində Ukrayna ordusunun və Ukrayna xalqının cəsarətli və şiddətli müqaviməti nəticəsində Moskva öz hədəflərinə nail ola bilmədi və öz məqsədlərindən geri çəkilərək Ukrayna ərazisinin bir hissəsini işğal etməklə kifayətlənməyə çalışır. Rusiyanın güzəştlərinə gəlincə, Kreml bəyan edir ki, əgər sülh müqaviləsində onun maraqları nəzərə alınarsa, Moskva Ukraynaya qarşı müharibəni davam etdirməyəcək, əlavə ərazi iddiaları irəli sürməyəcək və guya ki, Ukraynanı tam işğal etmək planları yoxdur.

Bu kimi sərsəm bəyanatlarını kompromis kimi qiymətləndirirlər. Son dörd il ərzində bir vilayət – Donetski işğal edə bilməyən Rusiya nə vaxta qədər Ukraynanı tam işğal edə bilər. Ekspertlərin hesablamalarına görə, bunun üçün yüz il vaxt lazımdır. Rusiyanın çox uzun müddət ərzində müharibəni davam etdirmək imkanları yoxdur. Moskva Ukrayna ilə müharibəni dayandırmağa məcburdur. Əks halda bu müharibə Rusiya iqtisadiyyatına daha ağır və sarsıdıcı zərbə vuracaq”.

X.Cəfərlinin sözlərinə görə, Rusiya müvəqqəti atəşkəsi təmin edən sazişin imzalanmasını istəyir:

“Ukraynanın Rusiyaya ərazi məsələsində güzəştə getməsi qeyri-mümkündür. Bu, heç bir zaman baş verməyəcək. Nə Ukrayna konstitusiyası, nə Ukrayna xalqı, nə də Ukraynanın müttəfiqləri belə bir halın baş verməsinə imkan verər”.

Yunis Abdullayev

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:160
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 12 Fevral 2026 17:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see483

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see363

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see324

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see295

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see267

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see264

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see261

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see231

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see217

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see213

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see213

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see212

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see212

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see210

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see208

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see208

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see205

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see198

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see179

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri