Icma.az
close
up
RU
Menu

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Ruslar üçün inflyasiya qumbarası...

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

Serialdakı Arda illər sonra (Foto)

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

İran Prezidenti: Amerikaya etibar etmirik

Putin və Ərdoğan üzüzə: Kim qalıb gələcək?

Putin və Ərdoğan üzüzə: Kim qalıb gələcək?

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

Suriyada 13 illik müharibənin yeni mərhələsi başlayıb. 

Ölkə daxilində vəziyyət gərginləşib. Bu mərhələdə Suriyada hakimiyyət uğrunda dörd əsas qüvvə mübarizə aparır:

1. Əsəd qüvvələri: 

Suriyanın hökumət qüvvələrini və Milli Müdafiə dəstələrini özündə birləşdirir. Əsədin ordusu İranın dəstəklədiyi hərbiləşdirilmiş birləşmələrdən də güc alır. Hökumət qüvvələrinin nəzarətində olan bir çox bölgə hazırda təhlükə altındadır.

2. PYD/YPG: 

ABŞ tərəfindən dəstəklənən və PKK-nın Suriya qanadı sayılan bu təşkilat əsasən Suriyanın şərqində fəaliyyət göstərir. Onun əsas üzvləri kürd mənşəli döyüşçülərdir. PYD/YPG həm Türkiyə, həm də Əsəd qüvvələri ilə qarşıdurma şəraitindədir.

3. “Heyət Təhrir əş-Şam” (HTŞ): 

2016-cı ilə qədər “Əl-Qaidə”yə bağlı olan və daha sonra müstəqil fəaliyyətə keçən bu qruplaşma hazırda Əsəd qüvvələrinə qarşı ən güclü müxalifətdir. 

HTŞ Hələbi ələ keçirərək cənubda Huma şəhərinə doğru irəliləyir.

4. Azad Suriya Ordusu (ASO): 

Türkiyənin dəstəklədiyi ASO əsasən Suriyanın şimalında möhkəmlənib və hazırda Tel-Rifat şəhərinə hücum edərək PYD/YPG-nin nəzarətində olan bölgələrə sızır.

Suriyadakı son gərginlik Türkiyə ilə Rusiya arasında qarşıdurma riskini artırıb. Hər iki ölkə bölgədə öz maraqlarını qorumağa çalışır. Rusiya əsasən Əsəd rejimini dəstəkləyir və yalnız hava qüvvələrindən istifadə edir. İran isə quru qüvvələri ilə Əsəd rejiminə dəstək üçün öz proksi qruplaşmalarını Dəməşq rejiminə göndərir. İranın dəstəkçiləri arasında “Həşd əş-Şəbi”, “Kataib-Hizbullah” və “Fatimiyyun” qruplaşmaları da var.

Türkiyə üçün əsas məqsəd isə kürdlərin təsirini zəiflətmək və sərhəd təhlükəsizliyini təmin etməkdir. 

Bununla belə, bölgədə ABŞ-nin mövcudluğu və PYD/YPG-yə dəstəyi Ankara ilə Vaşinqton arasında gərginliyi artırır.

Suriyada artan qarşıdurma və daxili qeyri-sabitlik fonunda əsas suallardan biri də ölkənin parçalanıb-parçalanmayacağıdır. Məlumatlara görə, İran və Rusiya Əsəd rejiminə dəstək üçün bütün resurslarını səfərbər etməyə hazırdır. Hökumət qüvvələrinin son döyüşlərdə onlarla itki verməsi isə rejimin hərbi baxımdan zəiflədiyini göstərir. 

Lakin beynəlxalq oyunçuların, xüsusilə İran, Rusiya və Türkiyənin  iştirakı ilə mümkün danışıqlar yaxın zamanda vəziyyətin nisbi sabitliyinə gətirib çıxara bilər.

Bu gərginlik fonunda Suriyanın gələcəyi çox güman ki, böyük güclərin masadakı razılaşmalarına bağlı olacaq. Hərbi əməliyyatların intensivliyi, müxalif qüvvələrin və terror təşkilatlarının artan təsiri Yaxın Şərqdə yeni destabilizasiya zonası riski yaradır. Ancaq Suriya münaqişəsinin tam həlli hələ də görünmür.

Türkiyəli politoloq, "Ankara-Moskva" analitik şəbəkəsinin aparıcı eksperti Engin Özer “Cebheinfo.az”-a-ya bildirib ki, Türkiyənin dəstəklədiyi müxalif qruplar Tel-Rifatdan sonra Menbic istiqamətində hərəkət etməyi planlaşdırırlar. Onun sözlərinə görə, Menbic strateji əhəmiyyətə malik olub. İlk hədəf isə YPG qüvvələrinin Fəratın şərqinə sıxışdırılması və təbii bir sərhədin yaradılmasıdır.

“Hadisələr hansı istiqamətə doğru inkişaf edə bilər?” sualına cavab verən ekspert deyib ki, hazırda HTŞ (“Heyət Təhrir əş-Şam) ilə bağlı bir məqamı vurğulamaq lazımdır: 

“HTŞ Türkiyə ilə əlaqəli bir qurum və ya təşkilat deyil. Onların idarəetmə sisteminə görə, Türkiyə ilə koordinasiyalı bir fəaliyyətləri yoxdur. 

"HTŞ rejimlə münaqişədədir və birbaşa olaraq YPG ilə əlaqələri mövcud deyil. Türkiyənin dəstəklədiyi qrupların hazırkı əsas hədəfi YPG-dir. Bu nöqtədə HTŞ ilə Türkiyə dəstəkli qrupları fərqləndirmək vacibdir. Müxalif qrupların növbəti addımları Hums istiqamətində irəliləmək olacaq. Onlar Humsu ikinci hədəf kimi müəyyən edərək orada qüvvələrini birləşdirəcək və Dəməşqə gedən logistik yolları bağlamağa çalışacaqlar".

“Bu durumda Suriya parçalanacaqmı?” fikrinə münasibət bildirən Özer deyib ki, ölkə artıq fiziki olaraq parçalanıb:

"Ölkə daxilində dövlət və hakimiyyət hər bölgədə eyni səviyyədə deyil. Belə ki, Suriya uzun müddətdir parçalanmış ölkə olaraq qalır.

Suallardan biri də odur ki, Rusiya niyə sakit qalır? Rusiyanın bu mövzu ilə bağlı səssiz qalmasının səbəblərindən biri odur ki, bu məsələdə sərt açıqlamalar Türkiyə ilə münasibətləri pozma riski yaradır. Məhz buna görə Rusiya ehtiyatlı davranır.

Türkiyənin rəsmi açıqlamaları Suriya Milli Ordusunun (SMO) YPG-yə qarşı keçirdiyi əməliyyatları ətraflı şəkildə təsvir edir. Lakin HTŞ ilə əlaqəli olmadığı üçün Türkiyə hökuməti HTŞ-nin nə edəcəyi və hansı hədəfləri olduğu barədə açıqlama verə bilməz. Bu səbəbdən HTŞ ilə bağlı hökumətin mövqe bildirməsini gözləmək düzgün olmaz”.

Rusiyalı politoloq Darya Qrevsova “Cebheinfo.az”-a bildirib ki, Suriyadakı vəziyyəti, orada nələrin baş verdiyini və bunun necə nəticələnəcəyini dəqiq demək çətindir:

“Ancaq biz bir şeyi görürük ki, Suriya ordusu bu cür hadisələrin inkişafına hazır deyildi”. 

Onun sözlərinə görə, bu, Əsədin və Suriya xüsusi xidmət orqanlarının uğursuzluğudur: 

“Çünki radikal islamçıların belə bir hücumuna şərait yaradıblar. Hazırda bu radikal islamçılar, HTŞ və eyni zamanda protürk Suriya Milli Ordusu, həmçinin qərbyönümlü Azad Suriya Ordusu hərəkət edir. Beləliklə, bu qruplaşmalar aktiv şəkildə irəliləyir, artıq Hələb şəhərini tutublar və indi orada döyüşlər gedir.

Biz həm də başa düşürük ki, bu, yalnız Suriya rəhbərliyinin deyil, həm də İranın uğursuzluğudur. İranın döyüşən proksi ordusu ölkəni məhz bu cür xarici təhdidlərdən qorumağa məsul idi.

Rusiyaya gəldikdə isə, o, yalnız aviasiyadan istifadə edir, yerdə heç bir gücü qalmayıb. Bu, ümumilikdə Rusiya üçün müəyyən qədər problem olsa da, İran və ya Suriya ordusu üçün o qədər ciddi uğursuzluq sayılmır, çünki Rusiya yalnız hava məkanına cavabdehdir. Bununla bağlı Rusiya yaxın zamanda Suriya ərazisinə təyyarələr göndərməyi və aviasiyanı aktiv istifadə etməyi planlaşdırır. Döyüşçülər başlayan kimi Rusiya 72 saat ərzində öz ordusunu cəmləşdirib".

Hücumların səbəblərini araşdıran ekspert ehtimal edir ki, Suriyanın rəhbərliyində qarışıqlıq olub. Müxalifət qüvvələri isə bu qarışıqlıqdan istifadə edib və öz sponsorlarından maliyyə alıblar:

"Sponsorlar arasında İsrail, ABŞ və Türkiyə ola bilər. İsrail İrana və Suriyaya zərər vermək, ABŞ isə uzun müddətdir Əsədi devirmək istəyir. Türkiyə isə oradan kürdləri sıxışdırmaq və öz təsirini gücləndirməkdə maraqlıdır.

Digər xarici oyunçulara, məsələn, Səudiyyə Ərəbistanına və ya Birləşmiş Ərəb Əmirliklərinə baxsaq, əvvəllər onlar Əsədin düşmənlərini dəstəkləyirdilər. Lakin vəziyyət sabitləşəndən sonra artıq Əsədin özünü dəstəkləməyə başladılar”.

Suriyanın parçalanması məsələsinə toxunan ekspert bunun baş verəcəyini ehtimal etmir: 

“Suriya bütün resurslarını toplayacaq, İran və Rusiya da ona dəstək göstərəcək. Onların artıq bir neçə dəfə belə mübarizələrdən keçmək təcrübəsi var. Lakin Rusiyanın burada xərcləri hərbi potensialının cəmi 1%-ni təşkil edəcək və bu, Ukraynadakı əməliyyatlara ciddi təsir göstərməyəcək. Orada aviasiya istifadə olunacaq və bəlkə kiçik bir kontingent də köçürülə bilər.

Əsəd Ərdoğana sülh danışıqları təklifi göndərib, lakin Ərdoğandan konkret bəyanatlar bildirilməyib. Deməli, Əsəd və Ərdoğan arasında hər hansı bir razılaşma hələ yoxdur. Hazırda heç bir tərəfdə vahid komandanlıq mərkəzi də yoxdur. Buna görə də hər bir ölkənin və ya silahlı qruplaşmanın gələcək hərəkətlərinin məntiqini anlamaq, maliyyə və hərbi imkanlarını proqnozlaşdırmaq çətindir”.

Ekspert müxalifətin uğurlarının səbəbləri arasında Suriyada yoxsulluğun geniş yayılması və sanksiyaların təsirini göstərib:

“Əhali çarəsizlik içində və dolanışıq üçün radikal islamçı qruplaşmalara qoşulur. Eyni zamanda, insanlar daha güclü təsir və nizam-intizam arzulayır, buna görə də silahlı qüvvələrə qarşı fəal müqavimət göstərmirlər.

Görünür ki, dünya oyunçularının, Rusiya, İran və Türkiyənin iştirakı ilə müəyyən razılaşmalar olacaq. Buna görə də Suriyanın rəhbərliyi üçün kritik vəziyyətin yaranması ehtimalı azdır, Əsəd hakimiyyətdə qalacaq".

Səbinə Uğur
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:161
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 03 Dekabr 2024 13:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see349

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see345

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see333

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see292

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see262

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see243

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see224

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see208

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see189

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see187

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see186

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see186

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see184

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see175

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

20 Oktyabr 2026 01:35see172

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

20 Oktyabr 2026 01:30see171

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see169

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see160

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see160

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri