Icma.az
close
up
RU
Putin və Si birləşir, Hindistan qarşısını kəsir BRICS də savaş

Putin və Si birləşir, Hindistan qarşısını kəsir BRICS də savaş

Hurriyyet portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Rusiya Prezidenti Vladimir Putin BRICS sammitində iştirak etmək və Baş nazir Narendra Modi ilə ikitərəfli görüş keçirmək məqsədilə Hindistana üç günlük səfəri başlayıb. Bu səfər iki liderin Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) sammiti çərçivəsindəki görüşündən cəmi bir neçə gün reallaşıb".

Bu barədə Musavat.com-a açıqlamasında "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

Politoloq vurğulayıb ki, Putinin səfəri Hindistan və Rusiyanın mülki aviasiya sahəsində əməkdaşlığı dərinləşdirməyə çalışdığı və Rusiya təyyarələrinin Hindistanda istehsalı imkanları ilə bağlı müzakirələrin genişləndiyi bir dövrə təsadüf edir:

"Çin lideri Si Cinpinin də Hindistandakı sammitdə iştirakı təsdiqlənib. Si Cinpini Hindistana səfərində təxminən 400 rəsmidən ibarət nümayəndə heyəti müşayiət edəcək. Halbuki, Pekin son ana qədər Çin liderinin sammitdə iştirak edib-etməyəcəyinə dair məlumat yaymırdı. Bu Si Cinpinin 2019-cu ildən bəri Hindistana ilk səfər olacaq. Bu səfər, Himalay dağlarındakı mübahisəli sərhəddə baş verən və hər iki tərəfdən itkilərlə nəticələnən hərbi toqquşmadan altı il sonra reallaşacaq".

Elxan Şahinoğlunun sözlərinə görə, Çin və Hindistan arasında münasibətlərdə müəyyən irəliləyişlər müşahidə olunur. Uçuşların və viza rejiminin bərpası, yüksək səviyyəli görüşlərin intensivləşməsi bunun göstəriciləridir. Lakin buna baxmayaraq, iki ölkə arasında problemlər tam aradan qalxmayıb:

"Son vaxtlar nüvə silahına malik bu iki Asiya nəhəngi arasında əlaqələr yenidən yaxşılaşmağa başlayıb; uçuşlar, viza rejimi və yüksək səviyyəli təmaslar tədricən bərpa olunur. Bununla belə, iki ölkə arasında etimadsızlıq hələ də qalmaqdadır; mübahisəli sərhəd məsələsi, artan ticarət kəsiri və strateji rəqabət ikitərəfli münasibətləri mürəkkəbləşdirməkdə davam edir. Bir qisim ekspertin fikrincə, Hindistanda keçiriləcək sammitin BRICS çərçivəsində əməkdaşlığa təkan verəcəyi, üzv ölkələrə və daha geniş mənada "Qlobal Cənub"a qarşılıqlı faydalı əməkdaşlıq imkanlarını genişləndirməyə kömək edəcəyi, həmçinin çoxtərəfliliyə sadiqliyi bir daha təsdiqləyəcəyi gözlənilir. Hindistan 2026-cı ildəki BRICS sədrliyi üçün "Dayanıqlılıq, innovasiya, əməkdaşlıq və davamlılıq naminə quruculuq" mövzusunu seçib və bu zaman insan mərkəzli yanaşmaya, eləcə də "Qlobal Cənub" ölkələri arasında daha güclü əməkdaşlığa xüsusi diqqət yetirilməsini nəzərdə tutub. Hindistan BRICS sədrliyindən istifadə edərək startaplar, innovasiya, dayanıqlı təchizat zəncirləri və yaşıl enerji sahələrində praktiki, inkişaf yönümlü nəticələrə doğru istiqamətləndirməyi, eyni zamanda milli valyutalarla ticarətin artırılmasına və qlobal təsisatlarda islahatların aparılmasına nail olmağı hədəfləyir".

Politoloq eyni zamanda, Hindistanın ABŞ-ın tarif siyasətindən narazı olduğunu da vurğulayır: "Yeni Dehli Vaşinqtonun tarif siyasətini də qəbul etmir. ABŞ tarif siyasətinin iqtisadi dəyişkənliyi artırdığı bir vaxtda BRICS ticarət nazirləri çoxtərəfli ticarət qaydalarının qorunub saxlanılmasına və canlandırılmasına çağırıblar. Digər tərəfdən Hindistanın ABŞ dollarına qarşı maliyyə üsyanına rəhbərlik etməkdə heç bir marağı yoxdur. Yeni Dehli BRICS valyutasına qarşı çıxır və bunun əvəzinə yerli valyuta ilə hesablaşma və sərhədyanı ödənişlərin asanlaşdırılması kimi praktik tədbirləri dəstəkləyir".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 11 Sentyabr 2026 17:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see362

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see348

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see340

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see334

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see333

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see304

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see299

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see291

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see270

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see266

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see243

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see241

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see224

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see215

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see205

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see204

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see198

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see198

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see194

Второй день мероприятий OBS Global в ОАЭ

25 Oktyabr 2026 00:17see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri