Icma.az
close
up
RU
PUTİN VƏ TRAMP ÜÇÜN “KUPYANSK XƏCALƏTİ” Zelenski Rusiyanın “işğal etdiyi” şəhərdə necə peyda olub? + VİDEO

PUTİN VƏ TRAMP ÜÇÜN “KUPYANSK XƏCALƏTİ” Zelenski Rusiyanın “işğal etdiyi” şəhərdə necə peyda olub? + VİDEO

Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.

Rusiya ordusunda və “Z-bloqerlər” arasında xeyli vaxtdır “kreditlə qələbə” adlı bir anlayış dolaşır. Bu o deməkdir ki, əvvəlcə yerlərdəki komandirlər raport, mükafat, orden xatirinə bir yaşayış məntəqəsinin guya işğal edildiyi barədə Baş Qərargaha, oradan da Baş Qərargah rəisi Valeri Gerasimov Vladimir Putinə məruzə edir. Putin də çıxıb fəxrlə bu “qələbə”ni elan edərək, Qərbə və dünyaya meydan oxuyur. Əslində isə həmin yaşayış məntəqəsi – kənd, qəsəbə, şəhər hələ işğal olunmayıb, ya onun uğrunda döyüşlər gedir, ya da ora tərəflərin heç birinin tam nəzarətində olmayan boz zonadır. Bundan sonra isə rus komandirlər artıq elan olunmuş, əslində isə “kreditə götürülmüş qələbə”ni təmin etmək üçün nə yolla olursa olsun, əsgərləri “ət maşını”na göndərməklə həmin məntəqələri işğal etyməyə çalışırlar. Bu da daha böyük itkilərə səbəb olur. 

İndi həmin mənzərə Xarkov vilayətinin Kupyansk şəhəri ətrafında müşahidə olunur. Şəhər 2022-ci ilin əvvəlində bir dəfə işğal edilib. Lakin həmin ilin payızında Ukraynanın əks-hücum kampaniyası zamanı azad olunub. Son iki ilə yaxın müddətdə isə ruslar onu yenidən işğal etmək üçün əlindən gələni edirlər. Artıq iki aya yaxındır ki, Rusiya hərbi-siyasi rəhbərliyi müxtəlif səviyyələrdə Kupyanskın işğal edildiyini bəyan edir, səs-küylü bəyanatlar verirlər. Son bir aya yaxın müddətdə isə şəxsən Vladimir Putin bir neçə dəfə Kupyanskın rusların tam nəzarətində olduğunu bəyan edib.

Lakin Ukrayna Prezidenti Volodimir Zelenskinin dünən Kupyanska getməsi, oradan video və bəyanat yayımlaması Kremli yumşaq desək, “mat qoyub”: “Bu gün Kupyansk istiqamətində, Ukrayna üçün bütün tapşırıqları yerinə yetirən əsgərlərimizin yanındayam. Ruslar Kupyansk barədə çox danışırdılar, amma reallıq ortadadır. Bölmələrimizi ziyarət edib onları təbrik etdim. Burada döyüşən hər kəsə təşəkkür edirəm!”

Müstəqil ekspertlərin bildirdiyinə görə, Zelenskinin video paylaşdığı nöqtə Kupyanskın tam girəcəyindədir və bu nöqtədən təxminən 1.5-2 kilometr məsafədə, şəhərin içində mühasirəyə salınan rus hərbi bölmələri ilə döyüşlər gedir. Beləliklə, məlum olub ki, Kupyanskda Ukrayna yox, rus ordusu mühasirəyə düşüb. Ukrayna tərəfinin rəsmi məlumatına görə, şəhərdə təxminən 200 Rusiya əsgəri ilişib qalıb və onların yerüstü təchizat yolları tam kəsilib. Məlumata görə, Ukrayna Müdafiə Qüvvələri Kupyanskın şimal-qərb hissəsini tam nəzarətə götürüb.

Etibarlı mənbə kimi tanınan “DeepState” monitorinq layihəsinə görə, əməliyyat davam edir, çünki mühasirədəki ruslar hələ də şəhər mərkəzində mövqelərini saxlayırlar: "Ukrayna Silahlı Qüvvələrinin uğurlu hərəkətlərini təsdiqləyən xeyli görüntülər internetdə artıq mövcuddur, ona görə də müzakirə etmək üçün təhlükəsiz olan məlumatları dərc edirik".

Analitiklər qeyd ediblər ki, əməliyyat blok xəttinin yaradılması və şəhərdəki Rusiya Silahlı Qüvvələri qarnizonunun əsas qüvvələrdən kəsilməsi ilə başlayıb: "Müdafiə qüvvələri tez bir zamanda Radkovka və Kondraşovkanı azad edib, həmçinin Qolubovka üzərində atəş nəzarətini ələ keçirib. Bundan sonra Moskalivka və Kupyanskın şimal-qərb hissəsi təmizlənib".

Ukrayna mətbuatı Ukrayna Silahlı Qüvvələrinin şəhər mərkəzindəki Rusiya qoşunlarını müəyyən etməyə və məhv etməyə davam etdiyini bildirir.

Putin hələ ötən ayın sonunda Qırğızıstanda keçirilən sammitdə mikrafonlar qarşısında özündən razı, yekəxana tərzdə bəyan etmişdi ki, Kupyansk tamamilə Rusiyanın nəzarətindədir: "Bildiyimiz kimi, oradakı düşmən qüvvələri tamamilə məhv edilib, şəhər tamamilə bizim əlimizdədir və Oskol çayının sol sahilində daha 15 batalyon, 3500 nəfərlik heyət mühasirədədir. Bəzi komandirlərimiz həmin ərazidəki Ukrayna Silahlı Qüvvələrinin əsgərlərinin artıq “bomj” kimi göründüyünü deyirlər. Bu, zarafat deyil. Təsəvvür edin, orada 3500 nəfər var. Oraya pilotsuz təyyarə ilə yemək, köhnəlmiş forma və sursat atmaq - bu mümkün deyil. Bilmirəm, həftələrdir ki, bu vəziyyətdədirlər; indi demək olar ki, karantindədirlər…”

Putin əlavə etmişdi ki, Ukrayna Rusiyanın tələblərinə riayət etməsə, digər şəhərləri də Kupyanskın aqibəti gözləyir. Eyni iddianı o, dekabrın 2-də də təkrarlamış və demişdi ki, Kupyansk artıq bir həftədir ki, Rusiyanın əlindədir…

İndi isə Putinin dediklərinin açıq-aşkar yalan, bəyanatlarının isə sabun köpüyü olduğu növbəti dəfə təsdiqini tapır.

Xatırladaq ki, ötən ay Putin xarici jurnalistləri “mühasirədəki Ukrayna ordusunun ağır vəziyyəti ilə tanış olmaq üçün” Pokrovska və Kupyanska dəvət etmişdi. Bu gün isə nə işdirsə, Pokrovskun “mühasirəsi” heç cür bitmir, Kupyanskdan isə Zelenski video paylaşır. Mühasirəyə düşən də 15 Ukrayna batalyonu, 3.5 min Ukrayna əsgəri və s. deyil, rus qoşunlarıdır.

Bütün bunlar təkcə xarici yox, daxili auditoriyanın da gözündə Putin üçün biabırçılıqdır. Zelenskinin Kupyansk səfəri və şəhərin rusların nəzarətində olduğuna dair bəyanatların yalan olduğunun sübutu təkcə Putinə yox, həm də Ukraynanı hər imkanda təkləməyə və kapitulyasiyaya məcbur etməyə çalışan Trampa tərs şillədir. Cəsarət məsələsini bir tərəfə qoyaq. Zatən “Priqojin qiyamı” zamanı Sankt-Petrburqa qaçan, hansı bunkerdə gizləndiyi də məlum olmayan, həmçinin, cəbhə xəttinin həndəvərinə belə dolaşmağı ağlına gətirməyən Putinlə müharibənin ilk günlərində, rusların paytaxtın bir addımlığında olduğu vaxtda, bütün təzyiq və təkliflərə baxmayaraq, Kiyevi tərk etməyən, cəbhə xəttinə, “boz zona”nın 1-2 kilometrliyinə qədər dəfələrlə səfərlər edən və əsgərlərə ən azından ruh verməyə çalışan Zelenskini müqayisə etmək doğru olmazdı. “Kupyansk əhvalatı” açıq şəkildə onu da göstərdi ki, “dünyanın ikinci ordusu” və nüvə zərbəsi blefi ilə Qərbi barmağına dolayan Putin və bu işdə ona əlindən gələn köməyi əsirgəməyən Tramp daha mötəbər mənbədir, yoxsa “əlində heç bir kozırı olmayan” Zelenski?

C.Məmmədli

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 13 Dekabr 2025 13:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see379

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see290

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see238

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see237

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see197

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see197

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see181

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see179

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see179

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see176

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see162

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see159

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see158

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see157

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see150

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see149

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see145

Mirəli Seyidov dünyasını dəyişdi

27 Yanvar 2026 15:05see144

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see144

Əməkdar idman ustası və əməkdar məşqçi dünyasını dəyişdi

27 Yanvar 2026 15:35see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri