Icma.az
close
up
RU
Putin və Zelenski ilə gizli diplomatiya? Ekspertdən sülhlə bağlı mühüm AÇIQLAMA

Putin və Zelenski ilə gizli diplomatiya? Ekspertdən sülhlə bağlı mühüm AÇIQLAMA

Icma.az, Redaktor.az saytına istinadən bildirir.

“Stiv Uitkoff və Kuşnerin əvvəlcə Moskvada Vladimir Putin, dərhal ardından isə Kiyevdə Volodimir Zelenski ilə görüşməsi Rusiya-Ukrayna müharibəsində diplomatik kanalların yenidən hərəkətə keçdiyinə işarə edir”.

Bunu Redaktor.az-a beynəlxalq siyasət üzrə ekspert İsmail Cingöz deyib.

Onun sözlərinə görə, bu təmasları “sülh çox yaxındır” kimi qiymətləndirmək hələ tezdir:

“Daha doğru ifadə etsək, sülhün özündən əvvəl, sülhü mümkün edə biləcək diplomatik zəminin yenidən qurulmağa çalışıldığı bir mərhələdəyik”.

Ekspert bildirdi ki, müharibənin əsas düyün nöqtələri hələ də qalır. Onun sözlərinə görə, ərazi məsələsi, Ukraynanın gələcək təhlükəsizlik təminatları, Rusiyanın tələbləri, sanksiyalar və müharibədən sonra Avropada təhlükəsizlik arxitekturasının necə formalaşacağı ilə bağlı ciddi fikir ayrılıqları davam edir.

Cingöz qeyd etdi ki, bir neçə yüksək səviyyəli görüşün keçirilməsi müharibəni başa çatdırmaq üçün kifayət etməyə bilər. Bununla belə, Vaşinqtonun eyni nümayəndələri qısa müddətdə həm Moskvaya, həm də Kiyevə göndərməsi mühüm mesajdır.

“Bu vəziyyət göstərir ki, hərbi mübarizə ilə yanaşı, artıq müharibənin hansı şərtlərlə başa çatdırıla biləcəyi sualı da daha ciddi şəkildə müzakirə olunmağa başlayıb”, - deyə o vurğulayıb.

Ekspert Türkiyənin də prosesdə mühüm rol oynaya biləcəyini bildirdi. Onun fikrincə, Moskva və Kiyevlə birbaşa danışa bilən Ankara Qara dəniz təhlükəsizliyindəki mövqeyi, İstanbul danışıqları, taxıl dəhlizi və əsir mübadiləsi təcrübəsi ilə növbəti mərhələdə vasitəçilik imkanlarına malikdir.

Cingözün sözlərinə görə, Azərbaycan üçün isə əsas prinsip dəyişməz olaraq qalır:

“Suverenlik, ərazi bütövlüyü və beynəlxalq hüquqa hörmət. Bakının Ukrayna məsələsində bu günə qədər qoruduğu bu mövqe göstərir ki, mümkün sülh nizamı da yalnız münaqişələri dayandıran deyil, gələcəkdə yeni müharibələrin qarşısını alacaq hüquqi əsaslara söykənməlidir”.

O əlavə etdi ki, Rusiya-Ukrayna müharibəsinin başa çatması Qara dəniz-Xəzər xəttinin təhlükəsizliyi, Orta Dəhlizin inkişafı, enerji və ticarət yollarının sabitliyi baxımından türk dünyası üçün də mühüm əhəmiyyət daşıyır.

Ekspert yekunda bildirdi ki, hazırda “sülh gəldi” demək mümkün deyil:

“Lakin diplomatiyanın yenidən müharibənin önünə keçməyə çalışdığı yeni bir dövrə daxil olduğumuzu söyləmək olar. Əsas müəyyənedici amil görüşlərin sayı deyil, Moskva və Kiyevin əsas mövqelərində qarşılıqlı və davamlı yumşalmanın başlayıb-başlamayacağıdır. Sülhün əsl göstəricisi diplomatik fotolar deyil, cəbhədə silahların susması olacaq”.

Xədicə BAXIŞLI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:192
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 08 Sentyabr 2026 18:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see482

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see466

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see391

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see384

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see360

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see353

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see344

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see343

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see340

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see318

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see292

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see289

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see263

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see239

Uşaqlara vitamin verməklə immuniteti gücləndirmək mümkün deyil Səhiyyə Nazirliyinin eksperti

24 Noyabr 2026 22:15see235

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see232

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see212

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see207

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see198

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri