Icma.az
close
up
RU
İlk dəniz milli parkı yaradılacaq

İlk dəniz milli parkı yaradılacaq

Axsham.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycanda ilk dəniz milli parkının yaradılması istiqamətində işlərə başlanılıb, xəritələşmə işləri artıq yekunlaşıb.

Axşam.az “Trend”ə istinadən xəbər verir ki, bu fikirləri Bakıda keçirilən Birinci Azərbaycan Regional Akvakultura Forumunun “Xəzərdən təsərrüfata: Balıq ehtiyatlarının qorunmasında akvakulturanın rolu” adlı panelində Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Rəşad Allahverdiyev bildirib.

Rəşad Allahverdiyev qeyd edib ki, bu istiqamətdə Abşeron Milli Parkına dəniz akvatoriyasının daxil edilməsi nəzərdə tutulur:

“Ölkənin ən kiçik milli parkı Bakı şəhərinə yaxın yerləşən, 700 hektar ərazini əhatə edən Abşeron Milli Parkıdır. Artıq ölkədə ilk dəniz milli parkının yaradılması ilə bağlı işlərə başlamışıq. Xəritələşmə işlərini yekunlaşdırmışıq. Dəniz akvatoriyası da milli parka daxil olacaq. Həmin akvatoriyada mühafizənin təmin olunması üçün reydlərin keçirilməsi və qanunsuz balıq ovunun qarşısının alınması istiqamətində tədbirlər görüləcək.

Fəaliyyətin əsas istiqamətlərindən biri xüsusi mühafizə olunan təbiət ərazilərinin genişləndirilməsi və ekosistemlərin təbii vəziyyətdə qorunmasıdır. Ağgöl Milli Parkında su ekosistemi və balıq ehtiyatları təbii şəraitdə mühafizə olunur”.

R.Allahverdiyev əlavə edib ki, balıqların kürüləmə dövründə və digər həssas vaxtlarda mühafizə tədbirləri gücləndirilir:

“Ərazilərdə mühafizə ilboyu həyata keçirilir. Kürüləmə dövründə və digər həssas vaxtlarda isə növbəli sistemlə sutkalıq iş rejiminə keçirik ki, qanun pozuntularının qarşısı alınsın”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://axsam.az
archiveBu xəbər 05 Noyabr 2026 16:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri