Icma.az
close
up
RU
Zəfər Günü Berlində təntənə ilə qeyd olunub Foto

Zəfər Günü Berlində təntənə ilə qeyd olunub Foto

Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycanın Almaniyadakı səfirliyi Vətən müharibəsində şanlı Zəfərin altıncı ildönümü münasibətilə Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində noyabrın 4-də “Sülh və birgəyaşayış” adlı tədbir təşkil edib.
Bizim.Media xəbər verir ki, Mədəniyyət Mərkəzinin dəstəyilə keçirilən tədbirdə 350-dək qonaq, o cümlədən Almaniya Bundestaqının və dövlət qurumlarının təmsilçiləri, xarici ölkələrin səfirləri, hərbi attaşelər, jurnalistlər, elm və mədəniyyət xadimləri, eləcə də Almaniyada yaşayan Azərbaycan, türk və digər icmaların üzvləri iştirak ediblər.
Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra 8 Noyabr - Zəfər Gününə həsr olunan film nümayiş etdirilib.
Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Elgün Niftəli çıxışında 8 Noyabr - Zəfər Gününün Azərbaycanın ərazi bütövlüyü ilə yanaşı, milli-mədəni kimliyi baxımından da müstəsna önəm daşıdığını vurğulayaraq, bu əlamətdar günün sülh və birgəyaşayış ideyalarını tərənnüm edən mədəniyyət və musiqi vasitəsilə qeyd olunmasının xüsusi məna kəsb etdiyini bildirib. Azərbaycan musiqisinin zəngin ənənələrindən bəhs edən E.Niftəli milli musiqi ilə cazın vəhdətinin bu ənənələrin müasir ifadə formalarından biri olduğunu qeyd edərək, “Qaytağı” ansamblının ifasında təqdim olunan konsertin dinləyicilərə xoş təəssüratlar bəxş edəcəyinə əminliyini ifadə edib.
Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev çıxış edərək, 8 Noyabr – Zəfər Gününün Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri olduğunu vurğulayıb, bu tarixin milli birlik, qəhrəmanlıq və ərazi bütövlüyünün bərpasının rəmzi olduğunu bildirib.
Diplomat Vətən müharibəsində canlarından keçən şəhidlərin xatirəsini dərin ehtiramla yad edib, qazanılan Zəfərin Azərbaycan Silahlı Qüvvələrinin misilsiz şücaəti, xalqımızın birliyi və Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi sayəsində mümkün olduğunu qeyd edib. N.Ağayev işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və quruculuq işlərinin aparıldığını, dağıdılmış şəhər və kəndlərdə həyatın yenidən canlandığını, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtdığını diqqətə çatdırıb.

Səfir uzun illər ərzində Azərbaycan ərazilərinin işğal altında saxlanılmasının, yüz minlərlə azərbaycanlının doğma yurdlarından didərgin salınmasının, 10 min kvadrat kilometr ərazidə şəhər və kəndlərin yerlə-yeksan edilməsinin ağır nəticələrini xatırladıb. N.Ağayev ədalətli bir dünyada bu cinayətlərin hərtərəfli araşdırılmalı və bütün təqsirkarların məsuliyyətə cəlb edilməli olduğunu vurğulayaraq, beynəlxalq münasibətlərdə hüquqla ədalət arasında dərin uçurumun mövcudluğuna təəssüflə diqqət çəkib.

Diplomat Azərbaycanın onilliklər boyunca suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərinə, eləcə də BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə əməl olunmasına çağırışlar etdiyini, lakin bu çağırışların nəticəsiz qaldığını, işğala göz yumulduğunu bildirib. N.Ağayev bu gün beynəlxalq platformalarda, xüsusilə Avropada həmin prinsiplərin böyük qətiyyətlə müdafiə edildiyini qeyd edərək, Azərbaycanın əraziləri işğal altında olduğu, yüz minlərlə vətəndaşı didərgin salındığı və bütöv şəhər və kəndləri məhv edildiyi dövrdə eyni qətiyyətin harada olduğunu sual edib. Səfir Azərbaycanın ərazi bütövlüyünün və xalqımızın çəkdiyi əzabların digərlərindən daha az dəyər daşımadığını vurğulayaraq, beynəlxalq hüququn bütün dövlətlərə münasibətdə ikili standartlara və siyasi riyakarlığa yol verilmədən tətbiq edilməsinin vacibliyini bildirib.
N.Ağayev Azərbaycanın bu ədalətsizlikləri unutmadığını və unutmayacağını, lakin bütün bunlara baxmayaraq şüurlu şəkildə sülh yolunu seçdiyini qeyd edərək, 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanmasını, regionda davamlı sülhün təmin olunması istiqamətində ölkəmizin atdığı konkret addımları diqqətə çatdırıb.
Sonra “Qaytağı” ansamblının ifasında etno-caz konserti təqdim olunub. 2000-ci ildə Azərbaycanın Xalq artisti, tanınmış akkordeon ifaçısı Ənvər Sadıqov tərəfindən yaradılan “Qaytağı” ansamblı Azərbaycan musiqisinin zəngin ənənələrini müasir caz elementləri ilə birləşdirən özünəməxsus etno-caz üslubu ilə seçilir. Tanınmış pianoçu, əməkdar artist Emil Əfrasiyabın da yer aldığı ansamblın rəngarəng ifası iştirakçılara unudulmaz təəsüratlar bəxş edib. Azərbaycanın musiqi irsinin zənginliyini və müasir ifadə imkanlarını nümayiş etdirərək sülh, qarşılıqlı anlaşma və mədəniyyətlərarası dialoq ideyalarını musiqinin dili ilə tərənnüm edən möhtəşəm konsert hərarətli və ayaqüstü alqışlarla qarşılanıb.
Sonda Azərbaycan mətbəxinin təamlarının təqdim olunduğu qəbul təşkil edilib.

Əlaqə: Elçin Mirzəyev
Azərbaycanın Almaniyadakı Səfirliyinin 3-cü katibi
Hubertusallee 43
14193 Berlin
Tel: +49 (0) 30 219 161 33
Fax: + 49 (0) 30 219 161 52
Email: [email protected]
Web: www.berlin.mfa.gov.az
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:95
embedMənbə:https://bizim.media
archiveBu xəbər 05 Noyabr 2026 16:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see493

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see398

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see356

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see309

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see275

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see268

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see256

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see248

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see240

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see231

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see226

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see221

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see219

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see217

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see213

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see211

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see203

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see199

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see184

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri