Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Tənhalığın çox asan müalicəsi

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Putin Zelenski görüşü Bakı və ya İstanbulda keçirilə bilər

Putin Zelenski görüşü Bakı və ya İstanbulda keçirilə bilər

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ukrayna prezidenti Volodimir Zelenski Rusiya lideri Vladimir Putinlə mümkün görüşlə bağlı ilk dəfə müsbət mesaj verib. O bildirib ki, nəhayət, Putin görüşə razılaşıb. Bununla belə, Zelenski görüşün vaxtı və keçiriləcəyi məkanla bağlı əlavə detal açıqlamayıb.

Mümkün görüşün hansı ölkədə keçiriləcəyi isə beynəlxalq gündəmin əsas müzakirə mövzularından birinə çevrilib. Son illərdə beynəlxalq diplomatiyada etibarlı tərəfdaş kimi çıxış edən Azərbaycanın belə bir görüş üçün platforma ola biləcəyi ehtimalı da müzakirə olunur. Eləcə də bundan əvvəl Ukrayna və Rusiya nümayəndə heyətləri üçün görüş yerinə çevrilmiş İstanbulda da iki liderin bir araya gəlməsi mümkün görünür.

Modern.az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Rasim Musabəyov bu yaxınlarda hər hansı görüşün olacağını gözləmədiyini bildirib:

“Bu məqamda Rusiya tərəfinin sözlərini diqqətlə izləmək lazımdır. Rusiya prezidenti deyib ki, görüşmək olar, qoy Zelenski Moskvaya gəlsin. Zelenski gedib Moskvada başını əyib Rusiyanın qarşısında duran deyil. Ayrı bir yerdə görüşmək üçün isə proqram elə hazırlanmalıdır ki, orada əsas sənədləri imzalamaq mümkün olsun. Söhbət əsaslı sənədlərə gəlib çıxanda Rusiya prezidentinin xarici məsələlər üzrə müşaviri Yuri Uşakov yenə də Ukrayna tərəfindən qəbulolunmaz sayılan şərtlər irəli sürür. Ruslar tələb edirlər ki, Donbassın 6 min kilometr ərazisini Ukrayna öz xoşu ilə təhvil verməlidir. Bu isə mümkün deyil. Ona görə də yaxın vaxtlarda liderlərin görüşünü gözləmirəm".

Görüşün Azərbaycanda keçirilmə ehtimalı ilə bağlı isə parlamentari deyib:

"Azərbaycanın şərait yaratmağa bütün imkanları mövcuddur. Coğrafi və siyasi baxımdan həm Ukrayna, həm də Rusiya üçün Bakı şəhəri görüş üçün məqbuldur. Sadəcə olaraq, tərəflər real sülhə addımlarının atılmasını elan etmirlər. Belə bir addım atılacağı təqdirdə, əlbəttə, Bakı bu görüşü həyata keçirmək üçün hazırdır".

Türkiyə Böyük Millət Məclisinin (TBMM) hakim Ədalət və İnkişaf Partiyasından (AK Partiya) olan deputatı, Türkiyə-Azərbaycan Dostluq qrupunun sədri Şamil Ayrım saytımıza açıqlamasında Türkiyənin ən güclü namizədlərdən biri olduğunu söyləyib:

“Belə bir liderlər zirvəsinin baş tutacağı halda, ev sahibi ölkələr arasında ən güclü namizədlərdən birinin Türkiyə olduğu qiymətləndirilir. Türkiyə müharibə boyunca həm Moskva, həm də Kiyevlə əlaqələri qoruyub saxlaya bilən balanslı diplomatik yanaşması sayəsində beynəlxalq ictimaiyyətdə xüsusi mövqe qazanıb.

İstanbulda keçirilən danışıqlar - Taxıl Dəhlizi sazişi, əsir mübadiləsi prosesləri və Qara dəniz təhlükəsizliyi ilə bağlı təşəbbüslər Türkiyənin vasitəçilik potensialını konkret şəkildə ortaya qoyub. Xüsusilə, prezident Rəcəb Tayyib Ərdoğanın hər iki liderlə birbaşa əlaqə qura bilməsi Türkiyənin diplomatik çəkisini artıran mühüm amillərdən biri hesab olunur”.

Parlamentari vurğulayıb ki, İstanbulun yenidən diplomatik təmasların mərkəzinə çevrilməsi ehtimalı kifayət qədər yüksəkdir:

“Türkiyənin mümkün zirvə görüşü üçün önə çıxmasının əsas səbəbləri - tərəflərlə kommunikasiya kanallarını açıq saxlaya bilməsi, balanslaşdırıcı və konstruktiv xarici siyasət yanaşması, Qara dənizdə strateji rolu, əvvəlki danışıqlarda etibarlı platforma formalaşdırması, regional sülh və sabitlik istiqamətində aktiv diplomatiya yürütməsi kimi faktorlarla əlaqəlidir.

Bununla yanaşı, belə bir görüşün keçirilməsi yalnız ev sahibi ölkənin seçimi ilə bağlı deyil. Cəbhədəki hərbi vəziyyət, ABŞ və Avropanın yanaşması, Rusiyanın təhlükəsizlik gözləntiləri və Ukraynanın diplomatik şərtləri prosesin istiqamətini müəyyən edəcək əsas amillərdir. Lakin mövcud vəziyyət nəzərə alındıqda, İstanbulun yenidən diplomatik təmasların mərkəzinə çevrilməsi ehtimalı kifayət qədər yüksək görünür. İstanbul keçmişdə olduğu kimi, bu gün də Şərqlə Qərb arasında diplomatik körpü qura bilən ən mühüm şəhərlərdən biri statusunu qoruyur. Belə bir zirvə görüşünün Türkiyədə keçirilməsi regional sülh səylərinin güclənməsi, Qara dənizdə sabitliyin dəstəklənməsi, enerji və ərzaq təhlükəsizliyi ilə bağlı risklərin azaldılması, Türkiyənin qlobal diplomatiyadakı rolunun daha da möhkəmlənməsi baxımından mühüm nəticələr doğura bilər”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:109
embedMənbə:https://modern.az
archiveBu xəbər 13 May 2026 09:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see599

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see504

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see454

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see327

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see313

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see306

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see299

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see285

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see269

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see261

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see248

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see236

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see232

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see209

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see206

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see206

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see203

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see190

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see190

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri