Icma.az
close
up
RU
“Putindən başlamış pis yaşamağa adət etmiş rus mujikinə qədər Rusiyada hər kəs...“

“Putindən başlamış pis yaşamağa adət etmiş rus mujikinə qədər Rusiyada hər kəs...“

Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.

Bu gün “Deutsche Welle”-də jurnalist Anna Narınskayanın “Putin Rusyası dəyişmir” məqaləsini oxudum. Müəllif Putin rejiminin dəyişməz mahiyyətini və bunun yalnız Rusiya üçün deyil, bəşəriyyətə də böyük təhlükə olduğunu yazıb. Rusiyanın çox uzaq olmayan tarixini yada salıb xanım jurnalistə ürəyimdə kiçik bir irad tutdum ki, yalnız Putin Rusiyası deyil, ümumiyyətlə Rusiya imperiyasına kimin rəhbərlik etməsindən, hansı rejimin olmasından asılı olmayaraq Rusiya dəyişmir. Hətta, Tramp ənənəvi Amerika siyasətini dəyişə bilir, amma Rusiyanın imperiya mahiyyəti dəyişmir. Çar Rusiyasının da, Sovet Rusiyasının da, bu günkü Rusiya Federasiyasının da mahiyyəti hər zaman eyni olub - dünyaya hökm etmək.  Bunun üçün torpaqlar tutmaq, tuta bilmədiyini də təsiri altında saxlamaq. Hətta ağır, təhlükəli vəziyyətə düşəndə, hansısa dövlət ona yardım edib çətin durumdan qurtarsa da, yenə də öz mahiyyətindən bir addım belə geri atmamaq.

Məqalə müəllifinin yazısından iki cümləni diqqətinizə çatdırmağı məqsədəuyğun hesab edirəm. “Putin və Tramp eynilə Brejnev və Honekker kimi sorucu öpüşsələr belə, Putin Rusiyası dəyişməyəcək. Rusiya Federasiyası Amerika prezidentini razı salmaq üçün Ukraynanı bombalamağı dayandırsa belə (nə vaxta qədər məlum deyil), Putinin Rusiyası dəyişməyəcək. Hətta, bank SWIFT-i, bütün növ kredit kartları, McDonald's və “Zara” Rusiyaya qayıtsa, təyyarələr birbaşa Nyu-York və Parisə uçsa belə - Putin Rusiyası dəyişməyəcək”. Yəni, sanksiyalar içində boğulan və dünyadan təcrid olan Rusiya sanksiyalar götürülsə belə, yenə də həmin Rusiya olaraq qalacaq. 

İkincü Dünya müharibəsində Rusiyaya kömək edən ABŞ və Böyük Britaniyanı savaşdan sonra düşmən gördükləri kimi. 1922-ci ildə Lenin SSRİ adı ilə Rusiya imperiaysını yaradanda, bolşeviklərdən canını qurtarıb Parisə mühacir etmiş çar generalı Denikin növbəti gün yeni il axşamında ayağa qalxaraq Leninin şərəfinə badə qaldırır. Ondan soruşanda ki, nədən mübarizə apardığın, düşmən bildiyin birinin sağlığına badə qaldırırsan? Denikinin cavabı belə olur:” Adının SSRİ olması əsas deyil, vacib olan odur ki, Rusiya imperiyası yenidən ərazilərini qaytardı və buna görə Leninin sağlığına içirəm”. 

Anna Narınskayanın məqaləsindən sonra Putinin “Oreşnik” raketləri haqqında dedikləri ilə də tanış oldum. Gözləmək olardı ki, Rusiya prezidenti ABŞ-Rusiya danışıqları barədə nəsə bir fikir bildirəcək, amma yox, o dağıdıcı qüvvəsi böyük olan raketi ilə öyündü. Putin: “ Bütün dünya “Oreşnik”dən danışır. Hansı materiallardan hazırlanıb? Döyüş başlıqlarındakı temperatur Günəşin səthindəki temperatura uyğundur“. Yəni, hamının gözlədiyi sülhdən danışmaq əvəzinə, raketinin daha çox insanın külünü göyə sovuracağı ilə, başqa hədəfləri kökündən məhv etmək gücündə olmağı ilə fəxr etdi. Doğrudan da, heç nə dəyişməyib. 

 Minskdə oxuyanda mühazirələrin birində müəllim təhlükəsizlik üçün hərbi xərclərin önəmindən danışanda belə bir əhvalat söylədi. Bilirsiniz ki, kosmosa peyklər Qazaxıstanın Baykonur kosmodromundan qalxır. Növbəti dəfə kosmodromda Yerin süni peyki buraxılandan iki gün sonra milliyətcə qazax olan bir yaşlı kişi Moskvaya gəlir və Leninin mavzoleyi qarşısında oturub etiraz aksiyası keçirməyə cəhd edir. Kişinin ayağında da yalnız tay ayaqqabı olur. Etirazın səbəbini soruşanda deyir ki, az qala ayda bir dəfə peyk buraxırsız. Bunun üçün də xeyli pul xərcləyirsiz, amma mən qazancımla ayağıma yalnız ayaqqabının tayını ala bilirəm, cüt ayaqqabı almaq imkanım yoxdur. Xeyrini bilmədiyimiz peykə sərf etdiyinizdənsə, elə edin ki, ayaqqabı ala bilək”. Ona qulaq asan səlahiyyətli şəxsin cavabı belə olur:” Əgər o sputnik qalxmazsa, sən o ayaqqabının heç ayağındakı tayını da ala bilməzsən”. İndi Rusiyanın iqtisadi sanksiyalarla boğulduğu bir vaxtda, Ukrayna ilə sülh danışıqlarının getdiyi zamanda Putin ölkəsinə və dünyaya demək istədi ki, Sizin nə çətinliyə düşmənizdən asılı olmayaraq biz daha dağıdıcı silahlarla hamını qorxutmalıyıq və bununla fəxr edirik. Heç nə dəyişməyib.

Hələ sabah Rusiyada “Ordu günü” qeyd ediləcək və Putindən başlamış pis yaşamağa adət etmiş rus mujikinə qədər Rusiyada hər kəs dünyanı bir daha əsgəri, silahı ilə hədələyəcək. Necə ki, müdafiə naziri Belousov dünən bir dəstə hərbiçini təltif edəndə bu sözləri dedi: ”Bu gün Rusiyanın kollektiv Qərblə qarşıdurmasında həlledici məqam gəlib çatıb. Böyük Vətənimizin taleyi indi hər bir insanın, hər bir əsgərin, zabitin fəaliyyətindən asılıdır. Biz sizə və ən çətin vəzifələrin öhdəsindən gəlmək istəyinizə inanırıq”. Bu gün “kollektiv Qərb”, sabah “bütün dünya” ilə əvəz olunsa təəccüblənməyin, çünki heç nə dəyişməyib...

İlham İsmayıl

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:311
embedMənbə:https://moderator.az
archiveBu xəbər 22 Fevral 2025 14:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri