Icma.az
close
up
RU
Putindən ikibaşlı Qarabağ açıqlaması Kreml Paşinyanın “könlünü alır”, yoxsa?...

Putindən ikibaşlı Qarabağ açıqlaması Kreml Paşinyanın “könlünü alır”, yoxsa?...

Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.

Vladimir Putin KTMT-nin son toplantısında Ermənistanın bu təşkilatdakı davranışları, daha doğrusu, KTMT ilə “məsafə saxlaması” məsələsinə toxunub. Məlum olduğu kimi, rəsmi İrəvan KTMT-nin tədbirlərinə qatılmasa da, eyni zamanda təşkilatı tərk etmir. Bu isə təşkilata üzv ölkələr tərəfindən birmənalı qarşılanmır. 
“AzPolitika” xəbər verir ki, KTMT-nin son iclasında Ermənistanla bağlı vəziyyəti şərh edən Putin İrəvanın KTMT-də tam iştiraka qayıdacağını istisna etməyib: “Ermənistan fasilə verdiyini bəyan edib, təşkilatdan çıxdığını elan etməyib. Ermənistan bugünkü iclasda qəbul edilən bütün sənədləri dəstəkləyir və bizim diqqətimizi buna yönəldir. Əgər belədirsə, o zaman Ermənistanın KTMT çərçivəsində tamhüquqlu işə qayıtması imkanı mövcuddur. Baxarıq…"
Daha sonra Putin Ermənistanın KTMT ilə bağlı davranışlarını özünəməxsus şəkildə ölkə daxilindəki vəziyyət və Qarabağla əlaqələndirib: “Ermənistanla KTMT arasındakı mövcud vəziyyəti çox güman ki, Ermənistanın özündəki daxili siyasi proseslər diktə edir. Təbii ki, bütün bunlar Qarabağdakı böhranın nəticələri ilə bağlıdır. Ermənistana qarşı heç bir xarici təcavüz olmayıb. KTMT isə xarici təcavüzdən qorunmaq üçün yaradılıb… Qarabağla bağlı hadisələrin özünəməxsus xüsusiyyətləri var, çünki Ermənistan Qarabağı müstəqil dövlət kimi tanımırdı və təbii ki, onu öz dövlət perimetrinə daxil etməyib. Bu o deməkdir ki, Qarabağda baş verənlərin hüquqi baxımdan Ermənistanla birbaşa əlaqəsi olmayıb”.
Münaqişənin bitməsindən və Azərbaycanın qəti qələbəsindən bir neçə il keçməsinə baxmayaraq, Rusiya başçısının yenidən Qarabağ mövzusunda nəsə deməsi heç də müsbət hal sayıla bilməz. Doğrudur, Putin bir tərəfdən bu məsələ ilə bağlı əvvəlki tezislərini təkrarlayaraq, bir növ Ermənistanın müharibədəki məğlubiyyətinə görə məsuliyyəti KTMT-nin üzərindən atmağa çalışıb. Lakin onun bunu “Ermənistan Qarabağı müstəqil dövlət kimi tanımırdı və öz dövlət perimetrinə daxil etmirdi” kimi ifadələrlə əsaslandırması qəti qəbuledilməzdir. Putinin sözlərindən belə çıxır ki, əgər Ermənistan Qarabağdakı keçmiş qondarma qurumun “müstəqilliyini tanısaydı”, yaxud bizim əraziləri rəsmən özününkü elan etsəydi, KTMT-nin hərbi müdaxiləsi üçün hüquqi əsas yaranardı? Məlum olduğu kimi, bu absurd, irticaçı və işğalçı yanaşmanı Putin bu gün Ukraynada tətbiq etməkdədir. Əvvəlcə qondarma “dnr” və “lnr”-in “müstəqilliyini” tanıyan Moskva daha sonra bir qədər də irəli gedərək, Ukraynanın beynəlxalq hüquq tərəfindən tanınan suveren ərazisinə aid dörd vilayəti öz əraziləri elan edərək, bunu konstitusiyasına saldı. Bu yolla açıq işğal faktına qondarma hüquqi don geydirməyə çalışan Putin sanki Ermənistana da vaxtında eyni üsuldan istifadə etmədiyinə görə irad bildirir. Bütün bunların fonunda Azərbaycanın İrəvandan Ermənistan Konstitusiyasından Azərbaycana qarşı ərazi idialarının çıxarılmasını tələb etməsi və bunu sülh imzalamaq üçün şərt kimi qoyması olduqca başadüşüləndir.
Onu da unutmayaq ki, hətta 44 günlük müharibədən sonra da Kreml münaqişənin tam bitməsinə imkan vermirdi və onun həllini “gələcək nəsillərə” saxlamaq istəyirdi. Son çıxışında Rusiyanın XİN başçısı Sergey Lavrov da Azərbaycanla Ermənistanın sülh imzalamağa hazır olmadığını, bunun üçün uzun vaxta ehtiyac olduğunu dedi. Bütün bunlar Rusiyanın hələ də bölgəmizdəki vəziyyəti müxtəlif manipulyasiyalar və gərginlik ocaqları yaratmaqla öz nəzarətində saxlamaqda maraqlı olduğunu, gerçək sülhün, inkişafın əldə olunmasını istəmədiyini göstərir. Lakin Azərbaycan qardaş və müttəfiq Türkiyə ilə birgə əvvəlki acılı günlərin qayıtmasına imkan verməyəcək. Azərbaycan ordusunun, xalqının, iqtidarının qətiyyəti və şücaəti sayəsində qaytarılan torpaqlarımız heç zaman başqa dövlətlərin bölgəmizdəki geosiyasi maraqlarının təmin edilməsində alət kimi istifadə olunmayacaq.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 29 Noyabr 2024 21:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see203

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see187

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see159

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see157

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see150

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see146

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see137

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see136

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see131

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see129

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see128

Xameneidən etiraf: Vəziyyət yaxşı deyil, həqiqətən...

17 Yanvar 2026 19:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri