Putindən Trampa eyhamlı təbrik
Aznews.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Moskva ABŞ -ın yeni seçilmiş prezidenti Donald Trampı dövlət başçısı vəzifəsinə başlaması münasibətilə təbrik edir və onunla dialoqa hazırdır. AzNews.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya lideri Vladimir Putin Təhlükəsizlik Şurasının iclasında deyib.
“Biz həmçinin onun [Trampın] üçüncü dünya müharibəsinin qarşısını almaq üçün hər şeyi etmək lazım olduğuna dair bəyanatını eşidirik. Təbii ki, biz bu münasibəti alqışlayırıq və Amerika Birləşmiş Ştatlarının seçilmiş prezidentini vəzifəyə başlaması münasibətilə təbrik edirik”, - Rusiya lideri bildirib.
Putin həmçinin vurğulayıb ki, Rusiya Trampın Moskva ilə Vaşinqton arasında təmasların bərpası zərurəti ilə bağlı siqnallarını görür və bunu da təqdir edir.
CNN daha əvvəl bildirmişdi ki, Tramp yanvarın 20-də vəzifəyə gəldikdən sonra gələcək administrasiyasına Putinlə telefon danışığı təşkil etməyi tapşırıb. Söhbət zamanı əsas mövzunun Ukrayna münaqişəsinin həlli məsələlərinin müzakirə oluna biləcəyi mümkün görüşün təşkili olacağı aydınlaşdırılır .
AzNews.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 24 Yanvar 2025 01:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















