Putinə təhlükəli virus barədə xəbərdarlıq edildi
Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Rusiya Prezidenti Vladimir Putinə Moskva Fizika və Texnologiya İnstitutunda (MFTİ) ölkə ərazisində mövcud olan təhlükəli Honkonq qripi barədə məlumat təqdim olunub.
Globalinfo.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb. Universitetin rektoru Dmitri Livanov dövlət başçısına ayrı-ayrı institutlarda aparılan elmi-tədqiqat işləri haqqında məlumat verib.
Təqdimat zamanı Putinə dünyada ilk dəfə Rusiya tərəfindən hazırlanmış birbaşa təsirli antivirus preparatı da nümayiş etdirilib. Prezident təqdimatla tanış olarkən “Patogen qrip nədir?” sualını ünvanlayıb. Buna cavab olaraq Gələcəyin Biofizika İnstitutunun direktoru, eyni zamanda “ChemRar” şirkətinin direktorlar şurasının sədri Andrey İvaşçenko bildirib ki, söhbət hazırda Rusiyada yayılan virusdan gedir.
Vladimir Putin qeyd edib ki, qrip hazırda ən geniş yayılmış yoluxucu xəstəliklərdən biridir.
Tahir Turan
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 23 Yanvar 2026 22:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















