Icma.az
close
up
RU
Putini bir müsahibə ilə darmadağın etdi...

Putini bir müsahibə ilə darmadağın etdi...

Icma.az, Axar.az saytına istinadən bildirir.

Alla Puqaçova böyük sənətkardır – bütün ifası, peşəkarlığı, səs tempri və səsinin geniş imkanlarından istifadə məharətinə görə. Amma son müsahibəsi ilə təsdiqlədi ki, xarakterdir, şəxsiyyətdir, intellektdir...

O, ömrünü rahat, qayğısız, öz vətənində davam etdirə bilərdi: dövlət onu sevirdi, qayğısına qalmaq üçün bir müraciətinə bənd idi, Putin Allanın istənilən xahişini can-başla yerinə yetirməyə hazır idi; Rusiyada biznesi, hakimiyyətin ən üst təbəqəsi ilə əlaqələri, böyük hörməti, nüfuzu, adı...

Bu təntənəni davam etdirmək üçün Alladan yalnız və yalnız susmaq tələb olunurdu: yəni kimisə tərifləməyəcəkdi, nəyəsə dəstək verməyəcəkdi, nə müharibənin labüdlüyü, nə də Putinin müdrikliyindən danışmağa ehtiyac var idi, sadəcə, susmalıydı; sadəcə, öz işi ilə - sənəti ilə, yeni mahnıları ilə, konsertləri ilə və yaxud biznesinin idarə olunması ilə məşğul olmalıydı.

Bir neçə xarici ölkədə yaşamaq imkanı var – yenə eyni şeyi edə bilərdi, ancaq Rusiya ilə əlaqəsini də yüksək səviyyədə tuta bilərdi!

Amma Alla susmadı, susa bilmədi!

Əlbəttə, Azərbaycanda bir millət vəkili növbəti dəfə şoka düşə, “Axı sənin nəyin çatmır ki” deyə, Allanı ittiham edə bilər!

Deyəsən, Rusiyada məlum azərbaycanlı millət vəkili təfəkküründə olanların sayı-hesabı yoxdur, yoxsullaşmış, putinləşmiş “elita” təəccüblənir, valuyevləşmiş “düşüncə” Allanın niyə belə etdiyini anlamağa çalışır.

Bu “düşüncə” Allaya Putini bir müsahibəsi ilə yerbəyer etdiyi üçün hücum növbəsinə durub və hərə bir bəhanə tapır: Kadırov Cövhər Dudayevi “əsas” gətirir (Alla Dudayevi tərifləyib), hansısa “vəkil” guya müsahibədə xalq artistinin müharibə veteranlarını təhqir etdiyinə “sığınıb” və s.

Amma heç bir xeyri yoxdur: çünki Allanın həqiqəti yüksək intellektlə dilə gətirdiyini sövq-təbii anlayır və qəbul edirlər; Putinin Rusiya və dünya üçün hansı təhlükələr yaratdığını da bilirlər.

Allanın müsahibəsi məhz buna görə cəmi bircə günə yayımlandığı platformada 20 milyona yaxınlaşdı.

Alla Kremlin hər il milyardlar hesabına apardığı təbliğatı bircə müsahibəsi ilə darmadağın etdi!

Allanın bütün sözləri, bütün müsahibəsi intellektin, savadın, ağlın, məntiqin təntənəsidir, əlbəttə. Ancaq bu təntənənin zirvəsi “susa bilməzdim”i əsaslandırması idi!

Rusiya Alla kimi düşüncə və intellekt sahiblərinə görə həmişə güclü olub!

Ukrayna savaşı - əslində, qardaş qətliamı Rusiyadan həm də Allaları – intellektləri, məntiqi düşüncəni, yüksək ziyalı elitasını aldı!

Gör Rusiya nə günə düşdü ki, həmişə qolunun əzələsi ilə düşünən Valuyev Dumada əziz-xələf oldu və onun fikri qabağa çəkildi!

Gör Rusiya nə günə düşdü ki, Ukraynaya hücumu, qardaş qırğınını “öldür, öldür, öldür” sözləri ilə dəstəkləyən Dugin bu ölkənin ideologiyasının atası sayılır!

Rusiya yüzminlərlə insanının itkisini bəlkə də doldura bilər haçansa – hərgah, bu da çox çətin görünür, çünki 140 milyonluq ölkənin artıq 45 faizi başqa millətdəndir!

Ancaq fikir, düşüncə, elita boşluğunu doldura bilməyəcək və deməli, heç vaxt böyüməyəcək – indiki milyonların qanı hesabına şişən ərazisi isə mütləq bir gün şar kimi partlayacaq!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://axar.az
archiveBu xəbər 16 Sentyabr 2025 12:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see372

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see354

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see332

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see331

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see296

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see293

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see282

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see228

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see214

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see212

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see208

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see206

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see201

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see200

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see200

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see198

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see189

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see189

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see184

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri