Putini hədələdi: Moskvadan dərhal cavab gəldi
GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Almaniya kansleri Fridrix Merzin təhdidləri bizim üçün əhəmiyyətli deyil”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər üzrə komitəsinin sədr müavini Aleksey Çepa deyib.
“Biz Merzin nasist bəyanatlarını dəfələrlə eşitmişik. Onun açıqlamalarına, sanksiyalarla hədələnməsinə fikir vermirik”, – deputat bildirib.
Çepanın sözlərinə görə, Rusiya artıq bu cür hədələrə öyrəşib.
Bundan əvvəl Fridrix Merz Rusiya Prezidenti Vladimir Putinin Ukrayna Prezidenti Volodimir Zelenski ilə yaxın gələcəkdə görüşməyəcəyi təqdirdə Moskvaya qarşı sanksiyaları sərtləşdirəcəyini açıqlayıb.
Əliyar Xəlil
Globalinfo.az

Tramp Putini təhdid etmişdi: Moskvadan ilk açıqlama gəldi
23 Yanvar 2025 11:01
Aqasandyan Moskvadan İrəvanı hədələdi
01 May 2025 12:53
Rəsmi Moskvadan HAMASa çağırış DƏRHAL...
15 Noyabr 2024 13:08
Moskvadan Simonyana CAVAB
06 May 2025 20:09
Kiyev Moskvadan cavab gözləyir
27 İyul 2025 23:15

