Aqasandyan Moskvadan İrəvanı hədələdi
Yenisabah saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ermənistanın ittifaq müqaviləsini pozduğu halda, Aİİ (Avrasiya İqtisadi İttifaqı) üzv dövlətlərin maraqlarını qorumaq üçün beynəlxalq hüquqi sənədlərə malikdir.
Yenisabah.az RIA NOvosti-yə istinadla xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə birinci departamentinin direktoru Mikael Aqasandyan bildirib.
O deyib: “Əgər İrəvan Aİİ qanunvericiliyinə zidd addımlar atsa və əslində, bunun baş verməyəcəyinə ümid edirik, Aİİ haqqında Müqaviləni mahiyyətcə pozacaqsa, assosiasiyaya üzv olan digər dövlətlərin maraqlarını qorumaq üçün lazımi beynəlxalq hüquqi mexanizmlər var”.
Aqasandyan qeyd edib ki, Ermənistan heç vaxt açıq şəkildə və ya ikitərəfli təmaslar zamanı müqavilədən çıxmaq niyyətini bəyan etməyib, əksinə, ittifaq çərçivəsində danışıqlarda fəal iştirak edir. Bu, onun Avrasiya inteqrasiyasının inkişafında maraqlı olduğunu təsdiqləyir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 01 May 2025 12:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















