Icma.az
close
up
RU
Putini mühakimə etmək mümkün olmayacaq

Putini mühakimə etmək mümkün olmayacaq

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ukraynaya qarşı təcavüz cinayətinə görə Qərb dövlətlərinin yaratmaq niyyətində olduqları xüsusi tribunal Rusiya Federasiyasının Prezidenti postunu tutduğu müddətcə Vladimir Putinə qarşı qiyabi prosesə başlaya bilməyəcək. 

“Cebheinfo.az”-ın məlumatına görə, bu barədə “Euronews”-a təşəbbüsün hazırlanması ilə tanış olan iki avropalı məmur açıqlama verib. 

“Tribunalın Haaqada yaradılması gözlənilir. Lakin Putinin dövlət başçısı kimi indiki toxunulmazlığı onun məhkəmə zalında şəxsi iştirakı olmadan mühakimə olunmasını qeyri-mümkün edir. Gələcək prosesin memarları bunda israr edirlər. Bu məhdudiyyətlər Rusiyanın Baş naziri Mixail Mişustin və xarici işlər naziri Sergey Lavrova da şamil edilir”- “Euronews” belə qeyd edir. 

Nəşr bildirir ki, Ukraynaya müdaxilənin özünü cinayət kimi tanımayan Rusiya Qərb strukturları ilə əməkdaşlıqdan imtina edir və bu, istənilən yüksək rütbəli şəxslərin ekstradisiyasını praktiki olaraq mümkünsüz edir. Bütün bu şərtlər Avropa Şurasının himayəsi altında tribunalın fəaliyyəti üçün hüquqi əsas yaratmalı olan beynəlxalq müqavilə layihəsində öz əksini tapıb. Sənədin texniki hazırlığı martın sonunda Strasburqda “Əsas Qrup”un iclası zamanı başa çatıb. 

İştirakçılar üç əsas sənəd hazırlayıblar: Ukrayna ilə Avropa Şurası arasında ikitərəfli saziş, tribunalın özünün nizamnaməsi və onun idarə edilməsi prosedurunu tənzimləyən saziş. Sənədlərin imzalanması mayın 9-da Kiyevdə nəzərdə tutulub. Amma tarixlər dəyişdirilə bilər. Haaqadakı Beynəlxalq Cinayət Məhkəməsi “Kampala düzəlişləri” adlanan qanuna əsasən belə işlərə dair yurisdiksiyaya malik olsa da, o, yalnız Roma Statutunu ratifikasiya etmiş ölkələrə şamil edilir. Rusiya ABŞ kimi iştirakçı deyil. Ona görə də Ukraynanın Qərb müttəfiqləri ayrıca, müstəqil tribunal yaratmağı düşünürlər. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 11 Aprel 2025 12:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see398

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see337

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see334

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see305

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see304

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see292

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see289

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see286

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see278

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see272

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see267

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see266

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see254

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see251

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see246

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see241

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see240

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see235

Sabahdan hava dəhşət soyuyacaq

24 Noyabr 2026 17:39see226

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see223
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri