Icma.az
close
up
RU
Putinin adamı Vaşinqtonda elan etdi: Ağ Ev razıdır, iki hədəf var

Putinin adamı Vaşinqtonda elan etdi: Ağ Ev razıdır, iki hədəf var

Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.

ABŞ-da səfərdə olan Rusiya prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitrievin açıqlamaları diqqət çəkib. O, Prezident Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında Ukrayna ilə bağlı danışıqlarda mühüm irəliləyişin əldə olunduğunu açıqlayıb.

Dmitriev həmçinin, Tramp administrasiyasının Rusiya ilə dialoqda konstruktiv olduğunu və Moskvanın mövqeyini dinlədiyini bildirib.
Kreml rəsmisinin sözlərinə görə, Rusiya və ABŞ birbaşa hava nəqliyyatının bərpasını müzakirə edir. O cümlədən, Amerika şirkətlərinin Rusiyanı tərk etmiş Avropa şirkətlərinin buraxdığı boşluqları tutmağa hazır olduqları elan edilib.

İki ölkə nümayəndələrinin Arktika və nadir torpaq faydalı qazıntılar sahəsində əməkdaşlığı müzakirə etdikləri də qeyd olunub.

Globalinfo.az-a danışan politoloq İlyas Hüseynov deyib ki, Rusiya ilə ABŞ arasında məsləhətləşmələr öz nəticələrini verir:

“Əsas məsələ hazırda tərəflər arasında qarşılıqlı etimadın yaradılmasıdır. Müşahidələrimiz onu göstərir ki, Səudiyyə Ərəbistanındakı görüşdə rəsmi şəxslər iştirak edirdisə, sonrakı mərhələdə texniki şəxslər bir araya gəldi. Onu da deyim ki, ABŞ ilə Rusiya arasında birdən çox məsələ detallı şəkildə müzakirə edilir. Əslində bu, həm də prosesin bir qədər ləng getməsi kimi görüntü yaradır.

Vaşinqtonla Moskva arasında müəyyən razılıqlar əldə olunub. Amma bu, ümumi proses ilə müqayisədə çox azdır. Yəni həllini gözləyən məsələlər var. Məsələn, Rusiya və ABŞ-ın birbaşa hava nəqliyyatının bərpası sırf texniki məsələ olsa da, bu istiqamətdə belə razılıq əldə etmək üçün danışıqlar uzun çəkə bilər.


İlyas Hüseynov

ABŞ-ın məqsədi əslində bəllidir. Ağ Ev Kremllə ilə razılığa gəlib Çinə fokuslanmaq istəyir. Vaşinqton üçün Pekin daha ciddi problemdir. Hətta Arktika və Qrenlandiya kimi məsələlər sırf Çinlə rəqabət fonunda irəli sürülən nüanslardır.

Rusiya-ABŞ münasibətlərində normallaşmanın olacağını demək mümkündür, lakin tezliklə baş tutmaya da bilər. ABŞ bu yolla həm Rusiyanı ələ almaq, həm də yavaş-yavaş iqtisadi baxımdan özündən asılı etmək istəyir”.

Turan Rzayev
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:146
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 05 Aprel 2025 10:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see696

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see537

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see486

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see355

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see338

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see289

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see275

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see269

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see256

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see233

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see229

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see228

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see228

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see215

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see215

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see209

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

01 Noyabr 2026 21:10see192

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see188

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

01 Noyabr 2026 22:00see186

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri