Icma.az
close
up
RU
Putinin “Allahla görüşən” adamı müharibə anonsu verdi Nələr gözlənilir?

Putinin “Allahla görüşən” adamı müharibə anonsu verdi Nələr gözlənilir?

Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Rusiyanın geosiyasi ambisiyalarının ideoloji dayağı sayılan Aleksandr Duqin yenidən geniş müzakirələrə səbəb olacaq bir bəyanatla gündəmə gəlib. “Rus dünyası” konsepsiyasının əsas ideoloqlarından olan Duqin bu dəfə mistik və dini çalarlı açıqlaması ilə diqqət çəkib. Onun sözlərinə görə, yuxusunda Allahla qarşılaşıb və bu ilahi vəhydə Rusiyanın qarşıdakı 16–17 il ərzində müharibə aparacağı, daha sonra isə qlobal güc kimi yenidən çiçəklənəcəyi bildirilib.

Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, Duqinin davranış və çıxışları, xüsusilə də son “Allahla danışdım” kimi bəyanatları özünü müasir mistik-ideoloq kimi təqdim etdiyini göstərir:

“O, özünü sadəcə siyasi analitik və ya filosof kimi yox, qeyri-adi idrak gücünə malik şəxs, bəlkə də Rusiya üçün mənəvi bələdçi kimi təqdim etməyə çalışır. Bu davranışları mənə bir şəxsi xatırladır: Qriqori Rasputini. Rasputinin çar sarayında oynadığı rol hər kəsə məlumdur. Eynilə o da siyasətə mistika və dini vəhy iddiaları ilə təsir edirdi.

Duqin yalnız təhlil vermir, o, Rusiyanın taleyini “ilahi planla” əlaqələndirən, uzunmüddətli müharibə və “böyük gələcək” haqqında danışan bir mistik obraz yaradır”.

Politoloq qeyd edib ki, Duqin yeni Rasputin olacaqsa, gərək sonunu da nəzərə alsın:

“Çünki Rasputinin sonu heç də yaxşı olmadı. Görünür, Rusiyada hər yüz ildə bir Rasputin, Duqin gəlir. Mən ümumi mənada hər iki obrazı dəli hesab edirəm. Ona görə də bunun ciddi şəkildə üzərində durulacaq məsələ olduğunu düşünmürəm. Nəinki Rusiya, heç bir ölkə 16–17 il müharibə apara bilməz.

Hər şey bir yana, buna insan resursu tab gətirməz. Ona görə də bu şəxsin psixoloji problemlərinin olduğunu düşünürəm”.

Turan Rzayev
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 01 Sentyabr 2025 14:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see400

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see311

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see291

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see281

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see272

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see268

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see260

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see260

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see259

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see240

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see225

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see219

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see217

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see215

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see215

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see214

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see213

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see209

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see204

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri