Icma.az
close
up
RU
Putinin İstanbul planı: Hiyləgər təklifin arxasında nələr durur?

Putinin İstanbul planı: Hiyləgər təklifin arxasında nələr durur?

Icma.az, GlobalInfo saytına istinadən bildirir.

Kremlin, Rusiya Prezidenti Vladimir Putinlə Ukrayna lideri Volodimir Zelenski arasında İstanbulda görüş keçirmək üçün bir sıra şərtlər irəli sürəcəyi ilə bağlı ehtimallar var. Bu şərtlər arasında ABŞ-ın tərəflər arasında dialoqu konstruktiv istiqamətdə aparacağına dair vədi də mövcuddur. Birincisi, Rusiya Vaşinqtonun İstanbuldakı danışıqların necə davam edəcəyinə dair baxışını öyrənmək istəyir. İkincisi, ABŞ Prezidenti Donald Tramp Zelenskiyə öz şər və rəzil şousunu göstərməsinə imkan verməməlidir. Görüşün üçüncü şərti Trampın dialoqu əvvəlcədən razılaşdırılmış hansısa konstruktiv istiqamətdə aparacağını vəd etməsi olacaq.

Rusiyanın əsas planı nədir?

Natiq Miri

Globalinfo.az-a danışan politoloq Natiq Miri bildirib ki, Rusiya prezidenti danışıqlar prosesini manipulyasiya etməyə çalışır:

“Əvvəlcə danışıqlara başlamaq üçün 30 günlük atəşkəs təklifi irəli sürüldü. Bu təklif həm Ukrayna, həm də bəzi Qərb ölkələrinin fikri ilə üst-üstə düşürdü. ABŞ da bu şərtlərlə razılaşmışdı. Hətta Rubionun açıqlaması da mövcud idi ki, Rusiya mütləq 30 günlük atəşkəs şərtini qəbul etməlidir. Lakin Putin vəziyyətdən çıxış yolu kimi heç bir şərt olmadan İstanbulda görüş təklifini irəli sürdü. Bu təklif, 30 günlük atəşkəsə alternativ olaraq verilmişdi. Təəssüf ki, ABŞ və Avropanın nümayiş etdirdiyi birlik dərhal Donald Tramp tərəfindən pozuldu. Tramp, İstanbulda görüşlə bağlı Zelenskiyə təzyiq edərək, bu görüşə razılıq verməsini tələb etdi. Zelenski isə rəsmi Vaşinqtonun dəstəyini itirməmək üçün bu təklifi qəbul etdi. Növbəti dəfə atəşkəs təklifini pozan isə Rusiyadır”.

Politoloq qeyd edib ki, mart ayının 11-dən başlayan atəşkəs danışıqları hər dəfə müxtəlif bəhanələrlə pozulur və bunun qarşısını almaq üçün fərqli alternativlər ortaya qoyulur:

“Donald Tramp, Putinin ABŞ-la oyun oynadığını hiss etdi və bundan sonra Rusiya və Ukrayna liderlərinin birbaşa danışıqlarına deyil, nümayəndə heyətlərinin görüşünə təklif etdi. Rusiya əslində müharibəni dayandırmağa hazır deyil. Bu oyunun nə zaman bitəcəyinə isə Donald Trampın mövqeyi qərar verəcək. Rusiya prosesi uzatmağı və daha çox ərazi ələ keçirməyi planlaşdırır. Lakin hələlik bu, mümkün görünmür”.

Safura Bənnayeva
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:246
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 13 May 2025 18:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri