Putinin Astana səfəri: Görünməmiş mühafizə... Video
Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.
Rusiya Prezidenti Vladimir Putinin Astanaya səfəri misli görünməmiş təhlükəsizlik tədbirləri altında baş tutub. Prezidentin kortejini pulemyotlu zirehli avtomobil və radioelektron mübarizə (REM) maşını müşayiət edib, havadan isə helikopter qoruma təmin edib.
Axar.az xəbər verir ki, bu barədə “Agentstvo” nəşri məlumat yayıb.
Məlumata görə, Putinin limuzinini ümumilikdə 14 motosiklet və iyirmiyə yaxın avtomobil müşayiət edib. Kortejin sonunda pulemyot qurğusu ilə təchiz edilmiş zirehli avtomobil və pilotsuz uçuş aparatlarından müdafiə üçün nəzərdə tutulan REM sistemlərinə bənzər texnika müşahidə olunub.
Astanadan yayılan kadrlarda kortejin hərəkət etdiyi yollar boyunca silahlı hərbçilərin yerləşdirildiyi, bəzi ərazilərdə isə girişlərin zirehli texnika ilə bağlandığı görünür.
Ekspertlər bildirirlər ki, dövlət başçılarının xarici səfərləri zamanı bu səviyyədə mühafizə tədbirləri indiyədək qeydə alınmayıb
Baxış sayı:123
Bu xəbər 28 May 2026 23:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















