Icma.az
close
up
RU
“PUTİNİN DƏ SƏHVLƏRİ OLUB” “O, çox şeyə görə peşmandır”

“PUTİNİN DƏ SƏHVLƏRİ OLUB” “O, çox şeyə görə peşmandır”

Icma.az, Azpolitika.az saytına istinadən bildirir.

Vladimir Putin “hava atəşkəsinə”, yəni, dinc şəhərlərə qarşılıqlı raket və PUA zərbələrinin dayandırılmasına razılaşa bilər, lakin Ukrayna tərəfi də eyni zamanda bu addımı atmalıdır.

“AzPolitika” xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko “Time” jurnalına müsahibəsində deyib.

O iddia edib ki, ABŞ Prezidenti Donald Trampın Rusiya-Ukrayna müharibəsinə hazırkı ultimatum fotmasında yanaşması “uyğun deyil”.

Trampın bir sıra səhvlərini sadalayan Lukaşenko deyib ki, o, Putini də səhvlərinə görə qınayır: "Mən nələrisə sənə demirəmsə, o demək deyil ki, səni qınamıram. Putinin də müəyyən səhvləri var. Əminəm ki, o, çox şeyə görə peşmandır, çox şeyə görə! Amma reallıq reallıqdır və gəlin bu reallıqlardan çıxış edək. Nə mən, nə siz, nə Putin, nə də Tramp əbədi deyilik. Hər şey yaxın iki beşillikdə, yaxın 10 ildə dəyişəcək. Ancaq gəlin, bu günkü reallığa əsaslanaraq problemi həll edək”.

Lukaşenko hesab edir ki, danışıqlar ağılla aparılarsa, Moskva bir daha Kiyevlə döyüşməyəcək: "Əgər danışıqlar ağılla aparılsa, Rusiyaya güzəşt edilsə, Rusiya isə Ukraynaya güzəşt etsə, Rusiya Ukrayna ilə bir daha heç vaxt döyüşməyəcək. Heç vaxt".

Belarus dövlətinin başçısı həmçinin iddia edib ki, Zelenski vaxtında onu dinləsəydi, Ukrayna öz ərazilərini itirməzdi.

O, Rusiyanın NATO ilə müharibəyə hazırlaşması, Baltikyanı ölkələr və Polşaya hücum etmək istəməsi ilə bağlı fikirlərə də münasibət bildirib: "Bu, tamamilə cəfəngiyyatdır. İnanın ki, belə deyil. Mən bunu dəqiq bilirəm. Putinin və Rusiyanın hərbi-siyasi rəhbərliyinin belə məqsədləri yoxdur".

Eyni zamanda, Lukaşenko iddia edib ki, cəbhədə vəziyyət elə dəyişə bilər ki, sərhəd Dnepr boyunca çəkilməli olacaq. Lukaşenko əmin olduğunu bildirib ki, Rusiya uduzmayacaq, əks halda məğlubiyyət başqaları, o cümlədən ABŞ üçün çox baha başa gələcək: "Bu nüvə ölkəsi nüvə ehtiyatlarına görə birinci yerdədir. Heç bir məğlubiyyət olmayacaq. Amma Ukrayna məğlub ola bilər. Biz buna imkan verməməliyik. İndi razılığa gəlməliyik”.

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:193
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 08 Avqust 2025 18:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see513

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see281

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see275

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see270

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see263

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see262

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see257

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see250

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see231

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see229

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see228

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see224

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see216

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see215

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see215

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see209

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see205

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see204

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see202

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri