Röyadan valideynlərə mesaj: “Mən də o səhvləri bağışlayıram”
Icma.az bildirir, Yenisabah saytına əsaslanaraq.
Röya Ayxan övladının məktəbdə üzləşdiyi hadisə ilə bağlı fikirlərini bölüşüb.
“Yeni Sabah” xəbər verir ki, Xalq artisti övladının səhvlərinə anlayışla yanaşdığını və onun uşaq olduğunu unutmamağın vacibliyini vurğulayıb:
“Mən oğluma heç vaxt demirəm ki, sən yekə oğlansan. Səhvlər edir, mən də o səhvləri onun üçün bağışlayıram. Çünki uşaqdır. Bu məktəbdən də məni dəvət edib dedilər ki, belə-belə məsələlər var. Dedim ki, yaxşı, məktəbdən çıxarın, başqa məktəbə qoyaram. Qoy özü utansın. Axı mən bu məktəbə bu qədər ödəniş edirəm, ən yaxşı məktəbdir deyə övladımı ora qoymuşam, indi isə onu məktəbdən qovurlar. Niyə gedib xahiş etməliyəm ki, uşağım məktəbdə qalsın? Niyə özünə də deyim ki, sən yekə oğlansan? Xeyr, o, uşaqdır. Sadəcə, dəhlizdə qaçmaq istəyib. pizza mizza
Əvvəllər bu suala bəlkə də heç vaxt belə cavab verməmişəm. Amma özüm ana olandan sonra belə düşünürəm: uşaq uşaqlığını yaşamalıdır”.
Baxış sayı:73
Bu xəbər 23 Oktyabr 2026 17:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















