Icma.az
close
up
RU
Putinin “güzəşt” mesajı nə deməkdir?

Putinin “güzəşt” mesajı nə deməkdir?

Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Rusiya Ukrayna ilə bağlı güzəştə getməyə hazırdır”.

Bunu Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun plenar iclasında çıxışı zamanı deyib.

"Biz, şübhəsiz ki, Trampla Ankoricdə müzakirə etdiklərimizə əsasən, Ukrayna ilə sülh yolu ilə razılığa gəlməyə hazırıq və buna can atırıq. Ankoricdə müzakirə etdiyimiz güzəştlərə getməyə də hazırıq. Ukrayna da güzəştə getməyə hazır olmalıdır", - Putin bildirib.

Əslində Putinin “güzəştə hazırıq” mesajı əsasən tam geri çəkilmə yox, danışıqlarda mövqe yumşaltma və şərt mübadiləsi ehtimalını nəzərdə tutur.

Rusiya üçün mümkün “güzəştlər” adətən işğal etdiyi ərazilərin statusunun dondurulması və ya qismən kompromis, Ukraynanın NATO-ya üzvlüyünün uzun müddətə təxirə salınması kimi siyasi tələblərlə əlaqələndirilir.

Krımın qaytarılması və ya müharibə cinayətləri üzrə təzminat kimi məsələlər isə hazırkı Kremlin mövqeyinə görə danışıqlar masasında ən çətin və demək olar ki, qəbul olunmayan mövzulardır.

Politoloq Elman Telmanoğlu Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Putinin “güzəştə hazırıq” mesajını tam geri çəkilməyə hazırlıq kimi yox, danışıqlarda müəyyən mövqelərin yumşaldılması siqnalı kimi oxumaq daha məntiqlidir. Kremlin indiyədək nümayiş etdirdiyi mövqe göstərir ki, Rusiya müharibənin əsas siyasi nəticələrini qorumağa çalışacaq və mümkün güzəştlər də bu çərçivədə formalaşacaq. Ən real ssenarilərdən biri “ərazi qarşılığında təhlükəsizlik təminatları” modelidir.

Bu modeldə Rusiya işğal etdiyi bəzi ərazilərin statusunun uzunmüddətli dondurulmasına, yaxud müəyyən hissələr üzrə kompromis formuluna razı ola bilər.

Əvəzində isə Ukraynanın NATO-ya üzvlüyünün qeyri-müəyyən müddətə təxirə salınması, neytral statusun hansısa formada təsbit edilməsi və ya Rusiyanın təhlükəsizlik narahatlıqlarını nəzərə alan mexanizmlər tələb oluna bilər.

Politoloqun fikrincə, Kremlin qırmızı xətləri daha aydındır. Rusiya Konstitusiyasına daxil etdiyi və öz ərazisi elan etdiyi Ukrayna bölgələrindən tam imtina etməyə hazır görünmür.

Xüsusilə Krım məsələsi Moskva üçün təkcə geosiyasi deyil, həm də daxili legitimlik məsələsinə çevrilib. Buna görə Krımın Ukraynaya qaytarılması hazırkı hakimiyyət şəraitində ən az ehtimal olunan güzəştlərdən biridir.

Eyni vəziyyət müharibə cinayətləri və təzminat məsələlərinə də aiddir.

Politoloq vurğulayıb ki, Buça hadisələri ilə bağlı beynəlxalq araşdırmalar davam etsə də, Kremlin bu epizodlara görə hüquqi məsuliyyət və ya genişmiqyaslı təzminat öhdəliyini qəbul etməsi hazırkı siyasi xəttə uyğun görünmür. Belə addım Rusiya rəhbərliyi tərəfindən faktiki olaraq günahın etirafı kimi qəbul edilə bilər ki, bu da daxili və beynəlxalq nəticələr doğurar.

Buna görə mümkün sülh sazişi tam ədalət və ya tam qələbə modelindən çox, münaqişənin idarə olunması modelinə yaxın ola bilər. Belə bir razılaşmada əsas elementlər atəşkəs, cəbhə xəttinin dondurulması, təhlükəsizlik zəmanətləri, sanksiyaların mərhələli şəkildə yumşaldılması və gələcək status məsələlərinin sonrakı danışıqlara saxlanılması ola bilər.

“Rusiya müəyyən taktiki güzəştlərə gedə bilər, lakin Krımın qaytarılması, ilhaq edilmiş bütün ərazilərdən tam çıxış və ya Buça kimi hadisələr üzrə geniş təzminat öhdəliklərinin qəbul edilməsi hazırkı Kremlin mövqeyi baxımından ən çətin və ən az ehtimal olunan variantlar olaraq qalır”-deyən politoloq bildirib ki, ümumi siyasi mənzəyə nəzər salsaq, Kremlin Ukrayna munaqişəsində müəyyən müddətə taymaut götürmək istəməsi Ermənistanda keçirilən seçkilərin nəticələrindən sonrakı proseslərə bir növ hazırlıq da ola bilər.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 05 İyun 2026 15:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see318

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see317

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see305

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see254

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see250

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see248

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see243

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see241

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see239

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see229

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see210

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see206

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see206

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see204

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see204

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see203

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see200

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see200

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see198

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri