Icma.az
close
up
RU
Putinin Derkaç mesajı

Putinin Derkaç mesajı

Icma.az, Hurriyyet portalına istinadən məlumatı açıqlayır.

Beynəlxalq Cinayət Məhkəməsinin həbsinə order verdiyi Rusiya Prezidenti Vladimir Putin Ukrayna Təhlükəsizlik Xidmətinin keçmiş rəisi Leonid Derkaçın oğlu Andrey Derkaçı “Rusiya Qəhrəmanı” ulduzu ilə təltif edib.

Rusiya Federal Təhlükəsizlik Akademiyasının müdavimi olan Andrey Derkaç Ukrayna Prezidentinin Nəzarət Xidmətində işləyib və Baş nazirin köməkçisi vəzifəsinə qədər yüksəlib. 1998-2022-ci illərdə Ali Radanın deputatı olan Andrey Derkaç Moskvanın 24 fevral 2022-ci ildə başlatdığı işğalçı müharibənin məqsədinə çatmadığını gördükdən sonra Rusiyaya qaçıb. Andrey Derkaç Ukrayna torpaqlarının işğalını və Moskvanın planına uyğun hakimiyyət dəyişikliyini hazırlayan şəbəkənin rəhbəri olub.

Ukraynanın keçmiş Prezidenti Viktor Yanukoviç, keçmiş Baş nazir Nikolay Azarov kimi ən yüksək vəzifəli şəxslər də daxil olmaqla yüzlərlə nazir, deputat və dövlət məmuru Rusiyanın “adamı” olsa da, Putinin Kiyevdəki birinci adamı öncə Leonid Derkaç, daha sonra onun oğlu Andrey Derkaç olub.

2022-ci ildə Rusiyaya qaçan Andrey Derkaçın dərhal senator seçilməsi və indi “Rusiya Qəhrəmanı” ulduzu ilə təltif edilməsi bu ailənin Rusiyaya nə qədər bağlı olduğunu göstərir.

Putinin Derkaçı təltif etməsi Derkaçlar ailəsinin Ukraynaya xəyanətini, Rusiyaya xidmətini Kremlin unutmadığının ifadəsi olmaqla yanaşı çox geniş bir coğrafiyada Rusiyanın maraqlarına xidmət edənlərə verilən mesajdır. Tarixdə ilk dəfədir ki, Mərkəzi Asiyadan Şimali Amerikaya qədər çox geniş bir coğrafiyada Rusiyanın adamlarının və casus şəbəkəsinin ifşa edilməsi prosesi gedir. Putin Andrey Derkaçı mükafatlandırmaqla ifşa olunan adamlarına və casuslarına “sizi unutmamışam” mesajını verir. Sadəcə olaraq hələlik onların hamısını qorumaq üçün, “Exo Moskvı” radiosunun keçmiş baş redaktoru Aleksey Venediktovun sözləri ilə desək, “resurs” yoxdur. Çünki bütün resurslar Ukraynaya qarşı cinayətkar müharibəyə yönəldilib.

Rusiya hər hansı vasitə ilə mövcudluğunu, Putin hakimiyyətini qoruya bilsə, Moskva ifşa olunan adamlarının və casuslarının intiqamını ən sərt şəkildə almağa çalışacaq.

Xaqani Cəfərli,
politoloq

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:116
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 11 Dekabr 2025 22:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sərt ritorika davam edir, amma dialoq tam bitməyib ŞƏRH

15 May 2026 20:20see342

Bu gün Xalq artisti Arif Quliyevin doğum günüdür

16 May 2026 09:30see201

“Qarabağ” məşhur futbolçuları transfer edir RƏSMİ

16 May 2026 03:33see191

Dünyanın aparıcı şəhərlərinin yer aldığı beynəlxalq reytinqlərdə Bakının da olması müsbət göstəricidir RƏY

15 May 2026 18:16see188

Ronaldonun pəhrizinin effektivliyi...

16 May 2026 02:02see182

Tramp Tayvanın müstəqillik elanına qarşı çıxdı

16 May 2026 04:45see171

Köhnə binalar söküləndən sonra mənzillər BAHALAŞACAQ? AÇIQLAMA

16 May 2026 05:13see167

Bakı Xocalı Xankəndi Şuşa avtobus reysinin ilk sərnişinləri yol salınıb

16 May 2026 02:12see163

“Çinin sərt kredit siyasəti bir sıra ölkələri iqtisadi asılılıq vəziyyətinə salıb” Politoloq

15 May 2026 18:35see160

“Liverpul” yenə uduzdu

16 May 2026 01:42see160

Nə xəstəlikdirsə, müalicə effekt vermir

15 May 2026 20:39see157

İtaliya ordusunun minaaxtaran gəmiləri Hörmüz boğazına doğru yola çıxıb

16 May 2026 04:58see157

Bu əsasda daha çox gəminin keçidinə icazə veririk SEPAH

16 May 2026 01:50see154

Rusiya Çin tərəfindən iqtisadi cəhətdən mənimsənilməkdən qaça bilməz...

15 May 2026 19:23see154

Kral III Msvati Bakıya gəldi

17 May 2026 01:55see154

İran səfirliyindən “Avroviziya“ diplomatiyası“: Ermənistan sevgisini yenə gizlədə bilmədilər FOTO

16 May 2026 17:32see154

Fransanın təyyarədaşıyan gəmisi Ərəb dənizinə çatıb

15 May 2026 19:21see153

Yaxınlarınıza nəsə olsa, bilin ki, bizim bəddualarımızın nəticəsidir

16 May 2026 18:48see151

BMT dən İsrailə sərt ittiham: Sülhməramlılara maneələr törədir

15 May 2026 23:38see150

Ağcaqanadlar niyə məhz sizi dişləyir? Səbəbi maqnit təsiri ola bilər

16 May 2026 07:08see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri