Icma.az
close
up
RU
Putinin mesajı Paşinyana çatdırılıb: Qərar nə olacaq?

Putinin mesajı Paşinyana çatdırılıb: Qərar nə olacaq?

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Dekabrın 2-də “Avropa İttifaqı-Ermənistan Tərəfdaşlığı üçün Strateji Gündəlik” sənədinin imzalanması Rusiyada siyasi narahatlıqla qarşılanıb. 

“Cebheinfo.az”-ın məlumatına görə, bununla bağlı müzakirələr aparmaq üçün Rusiya Baş nazirinin müavini Aleksey Overçuk İrəvana gedib. Ermənistan Baş nazirin müavini Mher Qriqoryanın ofisi də bu məlumatı təsdiqləyib. Overçukun Ermənistan-Rusiya hökumətlərarası komissiyasının 24-cü iclasında iştirak etmək üçün səfər etdiyi bildirilsə də, rəsmi Moskvanın İrəvana ciddi mesaj göndərdiyi aydın olur. Rusiya Avrasiya İqtisadi İttifaqının üzvü olan Ermənistanın Avropa İttifaqına inteqrasiya siyasətini qəbul etmir.

Ona görə də ötən həftə Overçuk Ermənistanın müəyyən bir məqamda Avropa İttifaqı və Avrasiya İqtisadi İttifaqı arasında seçim etməli olacağını deyib. “Eyni zamanda, hər iki ittifaqda qalmaq mümkün deyil”,-deyə Rusiya rəsmisi bildirib. Əslində, eyni yanaşmanı Avropa İttifaqı da nümayiş etdirir. 

Brüssel Ermənistandan Avropa İttifaqına üzvlük statusunun verilməsi müqabilində Rusiyanın liderlik etdiyi Avrasiya İqtisadi İttifaqı, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Müstəqil Dövlətlər Birliyi kimi qurumlardan çıxmasını tələb edir. Qərbin Ermənistanda Moldova modelini tətbiq edəcəyi barədə son vaxtlar artan məlumatlar da bununla bağlıdır. 

Rusiya isə Ermənistanın xüsusilə Avrasiya İqtisadi İttifaqından və KTMT-dən çıxacağı təqdirdə bu prosesin “domino” effekti verəcəyi və adıçəkilən birliklərin dağılacağından narahatdır: 

“Biz bu barədə dəfələrlə danışmışıq. İnanırıq ki, iki inteqrasiya blokuna üzvlük bir-biri ilə uyğun gəlmir. Nə vaxtsa Ermənistan xalqı düzgün seçim etməli olacaq”,-deyə Overçuk bildirib. 

Onun İrəvana səfəri Nikol Paşinyan hakimiyyətini Aİİ-da qalmağın vacibliyinə inandırmaq məqsədi daşıyır. Əks halda, Ermənistan ittifaq daxilində idxal-ixrac əməliyyatlarında əldə etdiyi güzəştli gömrük rüsumlarından məhrum edilə bilər. 

Bu, həmçinin Rusiyanın Ermənistana qarşı iqtisadi sanksiyalar tətbiq etməsi, xüsusilə də enerji daşıyıcılarının qiymətlərinin artması ilə nəticələnək. Overçuk qeyd edib ki, ümumilikdə Ermənistan və Rusiya yaxşı münasibətlər saxlayır. Lakin bu il ticarət dövriyyəsi xeyli azalıb. 

Rusiya hökumət nümayəndəsinin bu açıqlaması iqtisadi münasibətlərin mövcud durumununn Moskvanı qane etmədiyini göstərir. Daha dəqiq desək, Ermənistanın ticari-iqtisadi münasaibətləri şaxələndirməsi Rusiyanın narazılığına səbəb olub. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Açar sözlər: Putin Paşinyana mesaj

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:113
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 17 Dekabr 2025 17:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

10 Sentyabr 2026 16:09see297

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

10 Sentyabr 2026 16:06see285

Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq

10 Sentyabr 2026 18:14see269

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

10 Sentyabr 2026 22:16see259

Freydin anatomiyası ilə Haydeqqerin ontologiyası arasında

10 Sentyabr 2026 22:27see256

Gündə 50 qramdan artıq yemək zərərlidir

10 Sentyabr 2026 20:37see255

Gəncədə Oftalmologiya şöbəsi yenilənib

10 Sentyabr 2026 16:06see253

Məşhur aparıcı keçmiş həyat yoldaşı tərəfindən döyülüb

10 Sentyabr 2026 15:57see248

Uşaqlarda “6 cı xəstəlik” Xəstəlik zamanı inteqrativ müalicənin effekti

10 Sentyabr 2026 20:12see238

Bakıda köhnə avtobusların sayı nə qədərdir? RƏSMİ CAVAB

10 Sentyabr 2026 18:23see236

Böyük etimad, sonsuz inam

10 Sentyabr 2026 20:59see229

“Putin bir addım belə geri çəkilməyəcək” Trampın planı sual altına düşdü

10 Sentyabr 2026 20:42see223

Bitki mənşəli içki faciəsi: 24 nəfər həyatını itirdi

10 Sentyabr 2026 19:48see213

Uşaqlarda qarın ağrısının adi və cərrahi səbəbləri

11 Sentyabr 2026 15:27see190

Süni kirpiklər gözlər üçün risk yaradır Araşdırma

11 Sentyabr 2026 17:03see189

Ağdərədə minaya düşən gənc müalicəsini evdə davam etdirəcək

11 Sentyabr 2026 16:25see188

Keçmiş general Netanyahunun həyat yoldaşından 843 min dollar tələb edir

11 Sentyabr 2026 05:01see187

Alimlər Teylor Sviftə gözlənilməz bir mükafat verdilər...

11 Sentyabr 2026 21:20see181

“Azəri Çıraq Günəşli” yataqlar blokunun ikinci həyatı

12 Sentyabr 2026 01:58see174

Məni ad günlərinə çağırmayın , deyən Röya onun doğum günündə (Fotolar)

11 Sentyabr 2026 17:12see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri