Icma.az
close
up
RU
Putinin hamıdan gizlətdiyi üçüncü qızı DANIŞDI Xadimədən doğulubmuş (FOTOLAR)

Putinin hamıdan gizlətdiyi üçüncü qızı DANIŞDI Xadimədən doğulubmuş (FOTOLAR)

Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

"Milyonlarla insanın həyatına son qoyan və mənimkini məhv edən adam”...
SAVASHMEDİA.az Avropa mətbuatına istinadən xəbər verir ki, bu fikir Rusiya Prezidenti Vladimir Putinin bütün dünyadan gizlətdiyi üçüncü  qızı, Elizabeta Krivonoqiçə aiddir.
Bu günə qədər Vladimir Putinin Mariya və Yekaterina adlı iki qızının olduğu bilinirdi. Rusiya prezidenti özü də müsahibələrində onlardan və nəvələrindən geniş bəhs edib.
Bəs avropalıların təbirincə desək, “kölgə qız”, “kabus qız” Elizabeta Krivonoqiç kimdir?
Elizabetanın atası haqqında fikirlərinə keçmədən öncə bildirək ki, onun haqqında ilk məlumat 2020-ci ildə verilib. 
Rusiya hökumətinə müxalif olan “Proyekt” nəşrinin yazdığına görə, Elizabeta Krivonoqiç 3 mart 2003-cü ildə Sankt- Peterburqda doğulub. O, Vladimir Putinin evində xadimə işləyən Svetlana Krivonoqiçdən olan qızıdır. Məlumatda bildirilib ki, Elizabeta doğulandan sonra Svetlana külli miqdarda pul qarşılığında susmağı seçib. 
Elizabeta Krivonoqiç
Elizabetanın doğum şəhadətnaməsində atasının adı qeyd olunmasa da, patronimik (yəni atanın və ya babanın adından törəmiş ad) olaraq “Vladimirovna” yazılıb. Nəşr qeyd edib ki, Elizabeta Rusiyada yaşayan vaxtlarda lüks həyat sürüb. Şəxsi təyyarə ilə dünyanı gəzib, dizaynerlər tərəfindən hazırlanmış bahalı paltarlarla gecə klublarında diceylik edib. Sosial şəbəkələrin aktiv istifadəçisi olub. 
Putinin hamıdan gizlətdiyi üçüncü qızı
Lakin Ukrayna müharibəsi başladıqdan sonra sirli bir şəkildə sosial şəbəkə hesabları silinib və yoxa çıxıb. Elizabetanın Rusiyadan getmədən öncə “İnstagram”dakı son paylaşımı isə belə olub: 
“Çox sevdiyim Sankt-Peterburqumu son dəfə gəzə bilmirəm, sevimli yerlərimi və məkanlarımı ziyarət edə bilmirəm”...
Avropa həyatı 
Elizabeta Krivonoqiçin Rusiyadan sonrakı həyatına isə Avropa mediası işıq salıb.
“Bild” nəşri Elizabeta ilə bağlı xəbəri “Kabus qız Putinlə hesabını çəkdi: Telegramda maskasını çıxardı” başlığı ilə verib. Məlumata görə, 22 yaşlı Elizabeta Fransada yaşayır. 2024-cü ilin iyununda Parisdə ICART Mədəniyyət və İncəsənət İdarəetmə Məktəbini bitirib. Luiza Rozova adından istifadə edir. Belivildəki “L Galerie” və Montereyldəki “Escape Albatros” qalereyalarında direktor işləyir.  “Telegram”dakı “Art of Luiza” kanalı da ona aiddir. 
Putinin xadimədən doğulmuş qızı Elizabeta
Nəşr yazır ki, Elizabetanın Rusiyadakı sosial şəbəkə paylaşımları ilə Fransadakı paylaşımları arasında kəskin fərq var. Belə ki, Rusiyada lüks həyatından paylaşımlar edən Krivonoqiç Fransada dəbdəbəli istehlakı pisləyir. Əvvəllər əyləncədən bəhs edən Elizabeta artıq ciddi kimliyə bürünüb. Müharibə və Rusiya hökuməti əleyhinə paylaşımlar edir. 
Qalereyalarında Ukrayna müharibəsi əleyhinə sərgilər təşkil edir, videolar hazırlayır. Elizabeta yenidən sosial şəbəkəyə qayıtdıqdan sonra etdiyi ilk paylaşımlardan biri “Üzümü yenidən dünyaya göstərə bilməyim azadlıq deməkdir” olub. Nəşr qeyd edir ki, bu paylaşım Elizabetaya müharibə başlayandan sonra Rusiyada basqının olmasından xəbər verir.
Elizabeta atası Putinə qarşı
"Milyonlarla insanın həyatına son qoyan və mənimkini məhv edən adam”. 
“Daily Mail” iddia edir ki, bu fikri Elizabeta atası Putinə həsr edib və fikrin ikinci hissəsi Elizabetanın yaşaya bilmədiyi ata-qız münasibətinin dəhşətli ifadəsidir. Elizabetanın Rusiyada yaşadığı dəbdəbəli həyat isə Putinin qızına vermədiyi sevginin və onu bütün dünya qarşısında qəbul etməməsinin qarşılığıdır. 
Lakin Elizabeta atasına kinli olsa da, onu inkar da etmir. Bunu onun Nastya Rodionovaya verdiyi cavabdan da görmək olar. 2022-ci ildə müharibə başlayandan sonra Fransaya köçmüş rusiyalı yazıçı, şair, rəssam Nastya Rodionova Elizabetanın direktoru olduğu qalereyaları ilə əlaqələrini kəsərək yazıb:
"Təqsirsizlik prezumpsiyasına inanıram və uşaqların valideynlərinin cinayətlərinə görə məsuliyyət daşımadığını qəbul edirəm. Ancaq müharibənin zirvəyə yüksəldiyi bir vaxtda rejimin birinci adamının ailə üzvünün həmin rejimin qurbanları ilə üzləşməsinə icazə verməyi qəbul edə bilmirəm. Mən buna “yox” deyirəm”.
Elizabeta Krivonoqiç isə Rodionovaya “Ailəmin əməllərinə görə həqiqətənmi mən cavabdehəm?” cavabını verib...




Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:94
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 05 Avqust 2025 16:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see156

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see155

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see155

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see154

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see150

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see149

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see146

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see143

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see143

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see139

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see138

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see136

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see135

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see131

ABŞ ın neftini KİM OĞURLAYIB KONKRET

21 Dekabr 2025 18:34see131

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri