Icma.az
close
up
RU
Putinin imperiya planı genişlənir: Ukraynadan sonra hansı ölkələr hədəfdədir? ŞƏRH

Putinin imperiya planı genişlənir: Ukraynadan sonra hansı ölkələr hədəfdədir? ŞƏRH

Turkstan.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Rusiya-Ukrayna müharibəsi 3 ildən çoxdur ki, Avropanın təhlükəsizlik arxitekturasını sarsıtmağa davam edir. Münaqişənin diplomatik yolla həlli istiqamətində səylərə baxmayaraq, Moskvanın geri addım atmaması və hücumları davam etdirməsi beynəlxalq ictimaiyyətdə narahatlıq doğurur.

ABŞ prezidenti Donald Trampın sülh çağırışları və Avropa ölkələrinin təzyiqlərinə rəğmən, Kreml müharibəni dayandırmaq əvəzinə daha genişmiqyaslı planların siqnallarını verir.

Almaniya kansleri Fridrix Merz bugünkü açıqlamasında bildirib ki, Rusiya Prezidenti Vladimir Putinin imperialist niyyətlərinin Ukrayna ilə məhdudlaşmayacağını, əksinə, bu prosesin yalnız başlanğıc olduğunu bəyan edib. Merzin sözləri Qərb liderləri arasında Rusiyanın geosiyasi ambisiyalarına qarşı artan narahatlığın bir göstərisi kimi qiymətləndirilir.

Maraqlıdır görəsən, Merzin açıqlamalarına həqiqət payı nə qədərdir? Turkustan.az olaraq bu sualı politoloq Oqtay Qasımova ünvanladıq.

Oqtay Qasımov

Almaniya kansleri əslində bu fikrində müəyyən qədər haqlıdır. Çünki Rusiya dövlətinin siyasətinə və rəsmi şəxslərin açıqlamalarına nəzər yetirdikdə, biz bu eyhamları görə bilirik. İlk hədəfdə ola biləcək ölkələrin sırasında Baltikyanı dövlətlər, eləcə də Polşa gəlir.

Bundan əlavə, Rumıniya üçün də müəyyən təhlükələr mövcuddur. Bu baxımdan kanslerin dediklərində həqiqət payı var. Eyni zamanda mən hesab edirəm ki, bu açıqlamalar müəyyən qədər ictimai rəyi yönləndirmək məqsədi daşıyır.

Belə ki, bu fikirlərlə Avropa cəmiyyətində Rusiyaya qarşı etiraz və narazılıqları artırmaq, həmçinin Avropa dövlətlərinin Moskva əleyhinə formalaşdırdıqları cəbhəni legitimləşdirmək hədəflənir.

Yəni burada həm həqiqət var, həm də Avropa cəmiyyətlərinin və dövlətlərinin toparlanmaq niyyəti sezilir.

Aytən Yaşar/ Turkustan.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:269
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 08 Sentyabr 2025 20:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri