Icma.az
close
up
RU
Putinin Ukraynadan başı açılsa , Ermənistanı müharibəyə sürükləyəcək ŞƏRH

Putinin Ukraynadan başı açılsa , Ermənistanı müharibəyə sürükləyəcək ŞƏRH

Icma.az, Turkstan.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ermənistan müdafiə naziri Suren Papikyan parlamentdə çıxış edib. O, bildirib ki, bu il Ermənistan ordusunda genişmiqyaslı və köklü islahatlara başlanılıb. Ordunun transformasiyası konsepsiyası hazırlanıb və təsdiq edilib. Müdafiə sektorunda da silah və hərbi texnikanın modernləşdirilməsi prosesi davam etdirilib. Bu məqsədlə müxtəlif yerli və beynəlxalq şirkətlərlə müqavilələr bağlanıb.

Bir yandan da Ermənistan aldığı bu silahları sərhədə yığmaqda davam edir. Ona dəstək olan ölkələr isə əsasən Hindistan, Fransa və ABŞ-dır. Maraqlıdır, bu ölkələr Ermənistanı Azərbaycanla növbəti müharibəyə təşviq edə bilərmi?

Digər tərəfdən iddialar gəzir ki, Rusiya-Ukrayna arasında atəşkəs olarsa, Putinin "başı açılacaq" və bütün diqqətini Cənubi Qafqaza yönləndirəcək. Bununla da Ermənistanı növbəti təxribata sürüklənəcək və bu zaman bölgədə müharibə qaçınılmaz olacaq.

Bu iddialarin real olmaq ehtimalı nə qədərdir? Turkustan.az olaraq suallarımızı siyasi şərhçi Məhəmməd Əsədullazadəyə ünvanladıq.

Bəli, Ermənistan Hindistandan da yeni silahlar tədarük edir. Görünən odur ki, ölkənin bu cür ciddi şəkildə silahlanması Paşinyanın dedikləri ilə əməlinin tam əksini sübut edir. Yəni baş nazir heç də sülhdə maraqlı deyil. Baxmayaraq ki, 17 maddədən ibarət mətn hazırdır, amma sülhün əsas bazası konstitusiya dəyişikliyidir. Əgər konstitusiya dəyişməsə, indiki mərhələdə sülh müqaviləsi mümkün deyil.

Ermənistanda bir tərəfdən silahlanır, həmçinin sərhədin müxtəlif istiqamətlərindən təxribatlar törədir, yeni artileriya sistemlərini Azərbaycanla sərhəd bölgələrinə gətirir və atəş nöqtələri quraşdırlır. Düşünürəm ki, Ermənistan tərəfi hərbi eskalasiyaya gedə bilər. Rusiya-Ukrayna müharibəsinə gəldikdə isə əlbəttə ki, burada baş verənlərin Cənubi Qafqaza da təsiri var. Rusiya atəşkəs əldə etsə, diqqətini Cənubi Qafqaza yönəldəcəyi istisna hal deyil. Lakin, Rusiya ilk növbədə Ukraynada qalib gəlməyi planlaşdırır. Bundan sonra regiona üzün çevirə bilər, təbii ki, Ermənistanı təhrik edə bilər ki, Azərbaycana qarşı hərbi təxribatlara əl atsın, sülh müqaviləsi olmasın. Rusiyanın istəyi budur ki, Cənubi Qafqazda sülh müqaviləsi bağlanmasın, regionu böhranda saxlasın. Ümumiyyətlə, Cənubi Qafqazda sülhün gecikməsində Ermənistan siyasi rəhbərliyi məsuliyyət daşıyır. Çünki, bütün əldə olunan razılaşmalar sülh müqaviləsinin əsas bazasını təşkil etmir. Ermənistan hələ də Avropa İttifaqının mülki missiyasını sərhəddə saxlamaqdadır. Bir tərəfdən də Ermənistan ABŞ-ın Almaniyadakı hərbi bazasından bura texnikalar yığır. Bir sözlə, Ermənistan oyun oynayır, dildə sülh desə də, ciddi şəkildə müharibəyə hazırlaşır. Bu onun planıdır!

Aytən Yaşar/ Turkustan.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:225
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 21 Mart 2025 18:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see356

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see348

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see268

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see261

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see253

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see245

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see243

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see242

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see236

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see236

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see226

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see219

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see215

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see212

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see206

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see202

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see198

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see196

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see193

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri