Icma.az
close
up
RU
Putinin hiyləgər həmləsi: topu onlara atdı 7 gündən sonra...

Putinin hiyləgər həmləsi: topu onlara atdı 7 gündən sonra...

GlobalInfo saytına istinadən Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Rusiyanın xarici işlər naziri Sergey Lavrov ölkəsinin Ukrayna ilə heç bir ilkin şərt olmadan birbaşa danışıqlara başlamağa hazır olduğunu deyib. Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putinin Qələbə Günü münasibətilə atəşkəs təklif etməsi də bunu təsdiqləyir. Ukrayna Prezidenti Volodimir Zelenski isə sözügedən addımı siyasi manipulyasiya kimi qiymətləndirib. Hətta insan həyatının önəmini vurğulayaraq, dərhal 30 günlük atəşkəsə çağırış edib. Tərəflərin fərqli mövqeləri isə münaqişənin həllinə olan ümidləri azaldıb.

Globalinfo.az-a danışan politoloq Cavanşir Abbaslı deyib ki, Rusiya işğal etdiyi əraziləri əlində saxlamaq şərti ilə danışıqlara başlamaq niyyətindədir və Lavrovun açıqlaması açıq mesaj idi:

“Artıq dünya ictimaiyyəti də bunu qəbul etməyə başlayır. Almaniyanın müdafiə nazirinin açıqlamaları, ardınca Fransa Prezidenti Emmanuel Makronun “təkcə Ukraynaya deyil, Rusiyaya da təzyiqlər artırılmalıdır” deməsi, bir növ kapitulyasiyaya bərabər sənəd ətrafında razılaşmanın ilkin siqnallarını verir. Putin atəşkəs təklifi irəli sürməklə həm simvolik, həm də strateji gediş edib. Bu, Kremlin siyasi taktikasının davamıdır. “Biz humanist addım atdıq, qəbul olunmasa, gələcəkdə daha sərt olacağıq”, mesajı verilir. Rusiya görür ki, Qərbin Ukraynaya verdiyi dəstəklə bağlı parçalanma əlamətləri var. Donald Trampın məlum mövqeyindən sonra Avropa ölkələri arasında fikir ayrılıqları daha da dərinləşir. Putin isə bu çatları genişləndirmək üçün növbəti həmlələrə başlayır”.

Cavanşir Abbaslı

Politoloq vurğulayıb ki, Lavrovun fikirləri Rusiyanın rəsmi mövqeyidir:

“Fikrimcə, Ukrayna Putinin üç günlük atəşkəs təklifi ilə razılaşacaq. Kiyev təklifi rədd etsə belə, ABŞ və Trampın ritorikasından sonra Qərb ölkələri Zelenskini buna məcbur edə bilər. Rusiya lideri isə topu rəqibin meydanına atıb, indi Kiyevdən cavab gəlməlidir. Ümumiyyətlə, müharibə yekun mərhələyə doğru irəliləyir. Qərb müəyyən mənada istədiyinə çatdı və münaqişənin davam etməsində maraqlı görünmür. Avropanın aparıcı dövlətləri çalışırlar ki, imzalanacaq atəşkəs və ya kapitulyasiya sənədində yer alsınlar, qənimətlərə şərik olsunlar. Amma bu, real deyil. Çünki Moskva ABŞ-ı əsas tərəf kimi görür və razılaşma əsasən bu iki ölkə arasında olacaq”.

Qeyd edək ki, Vladimir Putin 9 May – Faşizm üzərində Qələbə Günü münasibətilə atəşkəs elan edib. Qərara əsasən, 7-11 may tarixlərində atəşkəs elan olunacaq.

Turan Rzayev
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 30 Aprel 2025 19:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see295

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see291

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see276

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see271

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see269

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see269

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see263

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see257

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see255

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see245

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see235

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see231

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see230

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see228

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see222

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see216

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see215

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see212

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see209

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri