Icma.az
close
up
RU
Putinin sensasiyalı müraciəti Bu sözü niyə işlətmədi?

Putinin sensasiyalı müraciəti Bu sözü niyə işlətmədi?

Icma.az, Manset portalına istinadən məlumat verir.

"Kreml sahibi Vladimir Putin ABŞ və Böyük Britaniya raketləri ilə Rusiya ərazisinə zərbələr endirilməsinin Rusiya-Ukrayna müharibəsini regional qarşıdurmadan qlobal qarşıdurmaya çevrildiyini bidirib. Haqlıdır, ancaq bu haqda Ukraynaya qarşı müharibəyə başlamadan əvvəl düşünmək lazım idi".

Manset.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Rusiya lideri Vladimir Putinin ötəngünkü video-müraciətini şərh edərkən deyib.

“Putinin sözlərinə görə, Rusiya ərazisini hədəf alan raketlər məhz amerikalı hərbçilər tərəfindən idarə olunur, çünki ukraynalı hərbçilər həmin raketləri idarə edə bilməzlər. Putin bu məsələdə də haqlı ola bilər. Ancaq yenə eyni sual yaranır: İkinci Dünya müharibəsindən sonra ilk dəfə Rusiya ərazisində niyə partlayışlar baş verir?

Vladimir Putin vide-müraciətində “təcavüzkar hərəkətlərin eskalasiyası halında biz də qətiyyətlə və qarşılıqlı şəkildə cavab verəcəyik” ifadəsini işlətdi. Ancaq Putin təxminən 8 dəqiqəlik çıxışının heç bir yerində “nüvə silahı” ifadəsini dilinə gətirmədi. Kreml sahibi bununla nüvə müharibəsi təhlükəsinin miqyasını anladığına və bundan çəkinəcəyinə işarə etdi. O, danışıqlardan imtina etmədiyi fikrini bir daha xatırlatdı. Buna rəğmən, tərəflər bir-birlərinə uzaqmənzilli raketlərlə zərbələr endirməkdə davam edəcəklər”, - politoloq bildirib.

E.Şahinoğlunun fikrincə, hazırda gərginliyin artmasında Ukrayna maraqlı görünür:

“Kiyev Rusiya ərazisini ABŞ və Böyük Britaniya raketləri ilə vurduqca Kremlin Vaşinqton və Londonla qarşıdurması artır. Kiyev bununla müharibəni Putinin də dediyi kimi, qlobal müstəviyə keçirir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:224
embedMənbə:https://www.manset.az
archiveBu xəbər 22 Noyabr 2024 10:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see286

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see275

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see272

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see266

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see266

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see255

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see250

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see249

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see245

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see243

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see230

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see225

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see224

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see224

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see221

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see217

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see213

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see212

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see206

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri