Icma.az
close
up
RU
Putinin Trampa Donetsk qarşılığında təklifi gündəm oldu

Putinin Trampa Donetsk qarşılığında təklifi gündəm oldu

Icma.az xəbər verir, Milli.az saytına əsaslanaraq.

ABŞ Prezidenti Donald Tramp ilə Rusiya Prezidenti Vladimir Putin arasında Alyaskada keçirilən tarixi zirvənin pərdəarxası üzə çıxmağa başlayıb. Ukraynadakı müharibənin sona çatması üçün bir çox mövzuda yumşaldığı bildirilən Putinin, Trampdan Donetsk bölgəsinin Rusiyaya verilməsini istədiyi qeyd olunub. Putin bunun müqabilində Xerson və Zaporijya bölgələrindəki cəbhə xəttini dondurmağı təklif edib.

Hər iki tərəf görüşdən sonra verdikləri açıqlamada bir çox mövzuda irəliləyiş əldə olunduğunu, lakin hələ də həll edilməli məsələlərin olduğunu bildiriblər.

İngiltərə mərkəzli Financial Times qəzetinin məlumatına görə, görüşdə ərazi mübadiləsi də gündəmə gəlib. Danışıqlara yaxın 4 mənbəyə əsaslanaraq yayımlanan xəbərdə Putinin, Trampdan Ukraynanın Donetsk bölgəsinin Rusiyaya verilməsini istədiyi bildirilib.

Rusiya lideri bunun əvəzində isə Ukraynanın cənubundakı Xerson və Zaporijya bölgələrində cəbhə xəttini dondurmağı təklif edib.

Donetsk bölgəsi Ukrayna ilə Rusiya arasında davam edən müharibənin ən şiddətli döyüş sahələrindən biri olaraq qalır. 2014-cü ildə başlayan separatçı hərəkatlardan sonra, 2022-ci ildə Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı ilə bölgədəki döyüşlər daha da güclənib. Rusiyapərəst separatçılar və Rusiya ordusu Donetskin nəzarətini ələ keçirmək üçün Ukrayna ordusuna qarşı intensiv hücumlar təşkil edir. Ukrayna isə bölgəni müdafiə etməkdə qərarlıdır və tez-tez əks-hücumlar həyata keçirir. Mülki əhalinin böyük zərər gördüyü Donetsk hazırda müharibənin ən kritik və dağıdıcı cəbhələrindən biri kimi ön plana çıxır.
Lalə Qüdrətova
Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 16 Avqust 2025 23:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see371

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see353

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see322

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see303

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see282

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see272

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see265

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see255

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see250

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see239

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see239

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see238

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see236

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see235

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see226

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see224

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see214

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see210

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see205

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri